Blog Arşivi

2 Mart 2013 Cumartesi

Azərbaycan Ordusu daha bir əsgərini itirib





Göyçayın Kürdəmiş kəndindən olan Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmalı şəkildə dünyasını dəyişib.

Avropa.info saytının yaydığı məlumatda əsgərin cəsədini gətirən hərbçilərin meyiti açmağa icazə vermədiyi qeyd olunmuşdu.
Müəmmalı əsgər ölümü - Valideynləri əsgərin özünə qəsd etməsinə inanmırlar
Hal-hazırda Göyçayda olan hüquq müdafiəçisi Oqtay İsgəndərli  açıqlamasında deyib ki, Hərbi Komissarlıqdan əsgərin valideynlərinə verilən ekspertiziya rəyində bir cümlə qeyd olunub: "Güllə beyin qapaq nahiyyəsinə dəyərək ölüb".

"Güllə mərhumun sağ qulağının yanından dəyib. Bizdə olan məlumata görə hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Valideynləri deyir ki, uşağın özünə qəsd etməsinə inanmırlar. Onlar təkrar ekspertizanın keçirilməsini istəyirlər. PKM markalı pulemyotla özünə qəsd etmək absurt məsələdir. Bu mümkünsüzsür",-deyə hüquq müdafiəçisi deyib.


PKM-lə özünü güllələmək mümkün deyil
musavat.com əməkdaşı Göyçayda olub, o, bir aydan sonra tərxis olunacaq əsgərin müəmmalı intiharı barəsində yeni məlumatlar əldə edub.

Əməkdaşımızın dediyinə görə, əsgərin valideynləri intihar versiyası ilə barışmırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

Onların təzyiqi ilə əsgərin cəsədinə baxış keçirilib və məlum olub ki, mərhumun sağ gicgahında güllə yarası var və beyin qapağı yoxdur. Əvvəlcə valideynlərə onların oğlunun əsgər yoldaşı tərəfindən vurulduğu bildirilsə də sonradan PKM markalı pulemyotla özünü vurduğunu deyiblər.

Ancaq əsgərin silahlardan baş çıxaran qohum-əqrəbası adı çəkilən silahın lüləsinin iki metrə yaxın olduğunu bildirərək, onunla adamın öz başına atəş açmasının mümkünsüzlüyünü bilidiriblər.

Əməkdaşımız bildirir ki, bu hadisə mərhum əsgərin doğulduğu kənddə ciddi narazılıq yaradıb.

 Müdafiə Nazirliyi: Əsgər özü-özünü güllələyib
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.

17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyi mətbuat xidmətindən verdiyi məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel