Blog Arşivi

2 Mart 2013 Cumartesi

Şirin-şirin danışmaqla deyil, bunun adı oğurluqdur

Evin qapısından və ya pəncərəsindən girib, ələ gələn nə varsa, qarət edirlər. Heç düşünmədən deyirik ki, oğrular evi yarıb.
 
 Və ya basırıqda kimsə cibinizə girib, maaşdan qalan 5-10 manatınızı çıxarır. Bu da oğurluqdur. Oğurluğun müxtəlif növləri, variantları var. Bazarda önə yaxşı mal düzüb, ancaq siz alanda arxadan xarabı, çürüyü torbanıza dolduranlar da oğurluq edirlər. Parça alırsınız, satıcı arşını hərləyəndə hərəsindən 2-3 sm qırpır, bu da oğurluqdur. Tərəzidə sizi aldadırlar. Son dövrlərdə ən geniş yayılmış oğurluq növlərindən biri də budur. Bilmirsən işlətdikləri tərəzinin yayını boşaldırlar, yoxsa onu çəpinə tuturlar, hər nədirsə, bir üsulla sizə üç kilo alma əvəzinə, 2 kilo yarım alma çəkirlər. Bu da oğurluqdur.
Oğurluq təkcə birinin qapısını qırıb, evindəki əşyasını oğurlamaq, yaxud cibindən pul kisəsini çıxarmaqla məhdudlaşmır. Dükanlarda, bazarlarda, bütün alış-veriş yerlərində oğurluğun müxtəlif növlərinə rast gəlirik. Alma çəkəndə bizi aldadan satıcı cibimizdən yarım kilo almanın haqqını oğurlayır.
Oğurluq istər dinimizdə, istərsə də cəmiyyətimizdə ən çox qınanan əməllərdəndir. Qurani-Kərimdə ölçüdə və çəkidə insanları aldadanların dəhşətli cəzaya məruz qalacaqları bildirilməkdədir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd də (s.ə.s.) tacirləri bu mövzuda həssas olmağa çağırmış, ticarətdə insanları aldadanları dəhşətli əzab və cəzanın gözlədiyini söyləmişdir.
Son dövrlərdə, xüsusilə də bazarlarımızda bu problem ən çox rast gəlinən hallardan biridir. Aldadıldığını anlayan müştəri satıcı ilə deyişir, aldığını geri qaytarır. Satıcılar arasında razılaşdırılmış belə bir gizli qayda var ki, heç kim başqasının çəkdiyi malı tərəziyə qoyub yoxlamır. Oğurluq, yalançılıq insanı, sözün hər mənasında, fəlakətə, uçuruma aparır.

Ticarətin ilk şərti doğru danışmaqdır
Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) Mədinədə bazarda dolaşarkən bir nəfərin buğda satdığını görür. Əlini buğdanın içinə salır və altının yaş olduğunu görür. Peyğəmbərimiz bu vəziyyətdən tutulur və “bizi aldadan bizdən deyildir” buyurur. Üzdən quru görünən buğdanın altının yaş olması Peyğəmbərimizin heç də xoşuna gəlmir və o bu vəziyyəti satıcının yalançılığı kimi qiymətləndirir. Həqiqətən də, ticarət həyatında dürüstlük, satılan malın yaxşı və ya pis tərəflərini müştəriyə söyləmək çox mühüm məsələdir. Bəzən alıcı malı əməlli-başlı yoxlamadan alır, bir qədər sonra isə geri qaytarmaq istəyir. Nəticədə tərəflər arasında narazılıq meydana çıxır.
Yenə bu mövzuda Peyğəmbərimizin buyruqlarına müraciət edək. Bir dəfə o, bazarda yaxşı və pis malı qarışdıraraq satan satıcıya məsləhət görür ki, malı çeşidləsin, yaxşısını baha, pisini ucuz qiymətə satsın. Bu da mühüm məsələdir. Çünki bir qədər əvvəl dediyimiz kimi, adam malın yaxşısını önə yığır, torbaya doldurmaq məqamı gələndə xarabları işə salır.
Dürüstlük əxlaqın ən gözəl cəhətlərindən biridir. Cəmiyyətdə dürüst insanlar nə qədər çox olsa, o cəmiyyətin xeyir-bərəkəti də çox olar.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel