Blog Arşivi

16 Şubat 2013 Cumartesi

""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"


 
""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə  əlaqəsi yoxdur". Bu açıqlamanı Ziyalılar Forumunun üzvlərindən tanınmış alim-ziyalı Rafiq Əliyev verib. Forumla qurulmaqda olan hərəkatı eyniləşdirənlərə R.Əliyevin mesajı belə olub: "Şəxsən mən Rafiq Əliyevlə "El" hərəkatının heç bir əlaqəsi yoxdur. Bir qrup insanlar ki, hərəkat yaratmaq istəyirlər, bu insanların kimlikləri də mətbuatda açıqlanıb. Mənim bu insanlara bu mənada heç bir aidiyyətimi yoxdur, bu hərəkatda da iştirak etmirəm. Ancaq Ziyalılar Forumu təqdir edib ki, belə bir hərəkat yaranarsa, yaxşı olar. Onu biz qurmuruq. Mən əvvəllər də demişəm, bu, Ziyalılar Forumunun layihəsi deyil və şəxsən mən Rafiq Əliyev də bu layihədə təmsil olunmuram".

"Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, inidi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq", - sonda R.Əliyev vurğulayıb.

Bakıda qara bayraqla etiraz



ağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz aksiyası keçiriblər.
Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz aksiyası keçiriblər.
Bu barədə bu gün hüquq müdafiəçisi Ələkbər Məmmədov Media Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Onu sözlərinə görə, yataqxanada yaşayan 80 ailə artıq qəzalı binada qala bilmir, yeni mənzil isə verilmir. Heç kim sakinlərin şikayətlərinə məhəl qoymur. Yeni ildən əvvəl sakinlər baş nazirin müavini Abid Şərifovla görüşmüşdülər. O, bir ay ərzində problemin həll olunacağını vəd etmişdi, lakin olmadı.
Ə.Məmmədov bildirib ki, dünəndən MİS əməkdaşları yataqxananın qarşısında ərazini abadlaşdırırlar və “yuxarıdan” kiminsə gələcəyini deyirlər. Bundan əlavə, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini yataqxana ərazisinə gələrək sakinlərə bildirib ki, onlara mənzil bir şərtlə veriləcək ki, şikayət etməsinlər.
Hüquq müdafiəçisi həmçinin deyib ki, yataqxananın sakinləri binaya baxış keçirmək üçün ekspert tutublar. Ekspert deyib ki, 3,5 bal gücündə zəlzələ olarsa bina uçacaq və təmiri də mümkün olmayacaq.
Ə.Məmmədov qeyd edib ki, sakinlər Prezident Administrasiyasının qarşısında piket keçirmək niyyətindədir, artıq belə yaşaya bilmirlər.
Xatırladaq ki, 2000-ci ilin noyabrında baş vermiş zəlzələdən sonra bina yararsız vəziyyətə düşüb. Paytaxtın İcra Hakimiyyəti yataqxanada yaşayan 160 ailə üçün yeni binanın tikintisi məqsədilə 40 sot ərazi ayırıb. 18 mərtəbəli, 2 bloklu, 432 mənzilli ev tikilib. Lakin binaya yalnız 80 ailə köçürülüb. Qalan 80 ailə hələ də yataqxanada qalır.
9 Şubat 2013 Cumartesi

İsmayıllılara da qubalılarla eyni ittihamlar irəli sürüldü


Ombudsman Aparatının əməkdaşları DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində 23-24 yanvar İsmayıllı hadisələri üzrə həbs edilmiş 12 nəfərə baş çəkiblər.
“Bu şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında bildirilir.
10 nəfər barəsində CM-in 186.2.1 (əmlakı qəsdən məhvetmə və ziyan vurma, zərərçəkmişə böyük ziyan vurulduqda), 233 (ictimai asayişin pozuntusunun təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zorakılıq göstərilməsi) maddələri üzrə cinayət işi başlanıb. Qeyd edək ki, ötən il Quba hadisələri iştirakçılarına da bu maddələrlə ititham irəli sürülmüşdü.
Daha iki nəfər – “Çıraq” otelinin inzibatçısı və daha bir nəfər isə xuliqanlıqda ittiham edilir. Təqsirləndirilən şəxslərin hər biri dövlət hesabına vəkillə təmin edilib, bu barədə 23-24 yanvar iğtişaşları zamanı İsmayıllıda olmayan ombudsman işçiləri məruzə edir.
Öz növbəsində, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və onun köməkçisi Elçin Şirinov da MCMBİ təcridxanasına baş çəkiblər. Elçin Behbudovun Turan-a verdiyi məlumata görə, o, “Çıraq” otelinin inzibatçısı Emin Şəmdinov və Bakı sakini Elməddin Məmmədov da daxil olmaqla, 12 məhbusla görüşüb.
Birinci təqsirini etiraf edərək, hadisə zamanı sərxoş olduğunu bildirib. Elməddin Məmmədova gəlincə, o, özünü təqsirli bilmir. O, Şəmdinova hücum olduğunu görərək, onun köməyinə gəlib.
Behbudov İsmayıllı sakinləri ilə də söhbəti edib. “Biz onların bədənlərinə baxdıq, amma döyülmə izləri görmədik. Onlar saxlanma şəraitindən və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə hüquq müdafiəçisi bildirib.

5 Şubat 2013 Salı

Füzuli sakini özünü İcra Hakimiyyətinin qarşısında yandırdı



Füzuli rayonunun Horadiz şəhərində bir nəfər özünü yandırıb. Füzuli rayon Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs Füzuli rayon İcra Hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünə od vurub.
Qohumları bildiriblər ki, D.Adıgözəlovun Ağdam rayonundan məcburi köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub.
Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə müraciət ediblər. D.Adıgözəlov dünən Füzuli rayon Polis Şöbəsinin rəis müavini Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında üzərinə benzin tökərək özünü yandırıb. D.Adıgözəlov ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib

İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb



İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb. Əhalının sözlərinə görə, yanvarın 25-də İsmayıllı şəhərində keçirilən aksiyada iştirak edənlər polisə çağırılır. Yanvarın 25-inə keçən gecə baş verən hadisələrin iştirakçılarının ardınca bu dəfə səhəri günkü aksiyanın iştirakçılarının da dindirilmə adı ilə İsmayıllı rayon Polis Şöbəsinə çağırılmasına başlanılıb. Aksiyanın videogörüntülərinin incələnməsindən sonra görüntülərdəki adamlar sahə müvəkillərinin vasitəsilə istintaqa cəlb edilir. Polisə getməkdən imtina edənlərin zorla aparılması barədə göstəriş var. Sahə müvəkkillərindən biri etiraf edib ki, onlara xüsusi siyahılar verilib və adı siyahıda olanların gətirilməsi tələb edilir. İlkin məlumatlara görə, saxlanılanları İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov dindirilir.
Bu videoda çoxlu sözlər deyilib və aşkarlama var.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel