Əlaqə
5 Şubat 2013 Salı
Füzuli sakini özünü İcra Hakimiyyətinin qarşısında yandırdı
Füzuli rayonunun Horadiz şəhərində bir nəfər özünü yandırıb.
Füzuli rayon Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs Füzuli rayon
İcra Hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünə od vurub.
Qohumları bildiriblər ki, D.Adıgözəlovun Ağdam rayonundan məcburi
köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub.
Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul
olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə
müraciət ediblər. D.Adıgözəlov dünən Füzuli rayon Polis Şöbəsinin rəis müavini
Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında
üzərinə benzin tökərək özünü yandırıb. D.Adıgözəlov ilkin tibbi yardım göstərildikdən
sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.