Əlaqə
16 Şubat 2013 Cumartesi
Bakıda qara bayraqla etiraz
ağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu
gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz aksiyası keçiriblər.
Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı
yataqxanasının sakinləri bu gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz
aksiyası keçiriblər.
Bu barədə bu gün hüquq müdafiəçisi Ələkbər Məmmədov Media Mərkəzində
keçirilən mətbuat konfransında bildirib. Onu sözlərinə görə, yataqxanada
yaşayan 80 ailə artıq qəzalı binada qala bilmir, yeni mənzil isə verilmir. Heç
kim sakinlərin şikayətlərinə məhəl qoymur. Yeni ildən əvvəl sakinlər baş
nazirin müavini Abid Şərifovla görüşmüşdülər. O, bir ay ərzində problemin həll
olunacağını vəd etmişdi, lakin olmadı.
Ə.Məmmədov bildirib ki, dünəndən MİS əməkdaşları yataqxananın
qarşısında ərazini abadlaşdırırlar və “yuxarıdan” kiminsə gələcəyini deyirlər.
Bundan əlavə, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini yataqxana ərazisinə
gələrək sakinlərə bildirib ki, onlara mənzil bir şərtlə veriləcək ki, şikayət
etməsinlər.
Hüquq müdafiəçisi həmçinin deyib ki, yataqxananın sakinləri
binaya baxış keçirmək üçün ekspert tutublar. Ekspert deyib ki, 3,5 bal gücündə
zəlzələ olarsa bina uçacaq və təmiri də mümkün olmayacaq.
Ə.Məmmədov qeyd edib ki, sakinlər Prezident
Administrasiyasının qarşısında piket keçirmək niyyətindədir, artıq belə yaşaya
bilmirlər.
Xatırladaq ki, 2000-ci ilin noyabrında baş vermiş zəlzələdən
sonra bina yararsız vəziyyətə düşüb. Paytaxtın İcra Hakimiyyəti yataqxanada
yaşayan 160 ailə üçün yeni binanın tikintisi məqsədilə 40 sot ərazi ayırıb. 18
mərtəbəli, 2 bloklu, 432 mənzilli ev tikilib. Lakin binaya yalnız 80 ailə
köçürülüb. Qalan 80 ailə hələ də yataqxanada qalır.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.