Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
2 Ekim 2013 Çarşamba
Azərbaycanda ailəni dağıdan səbəblər
Bu il 2,3 min belə fakt qeydə alınıb
Son illər ölkədə boşanma hallarının sayı durmadan artır. Çoxları bunun əsas səbəbi kimi sosial problemləri göstərir. Ancaq məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda artan boşanma halları tək sosial problemlərlə bağlı deyil.
Komitə sədri bildirib ki, bu qənaətə son 5 il ərzində aparılan araşdırmalar nəticəsində gəlinib: "2009-cu illə müqayisədə 2010-cu ildə boşanma halları daha çox olub. Araşdırma göstərir ki, boşanma hallarının səbəblərindən biri də kişilərin məsuliyyətlərini bilməmələridir.Məcburi şəkildə qurulan ailələr də bir neçə il keçdikdən sonra dağılır".
Boşanmağa daha çox qadınlar ərizə verir
Azərbaycanda daha bir əsgər ölümü
Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi
xidmətə çağırılan 19 yaşlı Namiq Nasif oğlu Pirməmmədov ölüb.
Korrupsiya ilə mübarizə effektlidirmi?
Azərbaycanda korrupsiya ilə mübarizə də öhdəlikılər sırasına
aiddir. Bu məsələ ilə bağlı Prezident Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə
Komissiya yaradılıb. Bundan başqa Baş Prokuror Yanında da Korrupsiya cinayətlərini
araşdıran xüsusi idarə fəaliyyət göstərir. Amma ictimaiyyət Azərbaycan hökumətinin
korrupsiyaya qarşı mübarizədə səmimi olmadığı qənaətindədir. Hökumət bir qayda
olaraq aşağı ranqlı məmurların həbsini korrupsiyaya qraşı mübarizənin məntiqi nəticəsi
kimi dəyərləndirir.
Seçki Məcəlləsi niyə təminatlı qanunverici bazaya çevrilmədi?
Hər bir seçkinin nəticəsinin ictimai etimada əsaslanması
üçün vacib şərtlərdən biri təminatlı qanunverici bazanın olmasıdır. Bu məqsədlə
Avropa Şurası Azərbaycan hökuməti qarşısında Seçki Məcəlləsinin qəbulu ilə
bağlı xüsusi öhdəlik götürdü. Hökumət və parlament rəsmiləri Azərbaycanın öhdəliklərini
vicdanla yerinə yetirdiyini bəyan edirlər. Doğrudur, Seçki Məcəlləsi qəbul
edildi. Amma bu sənədin qəbulu zamanı Azərbaycan hökuməti ilə Avropa Şurasının
Venesiya Komissiyası arasında ciddi mübahisələr oldu və irəli sürülən tövsiyyələrin
böyük əksəriyyəti qəbul edilmədi. Xüsusilə, seçki komissiyalarının
formalaşdırılması məsələsində yerli və beynəxalq ictimaiyyətin rəyi nəzərə
alınmadı. Bu gün də Avropa Şurası, ATƏT-in Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu Azərbaycandan seçki qanunverciliyində ciddi islahatlar tələb
edir. Yəqin ki, prezident seçkiləri ərəfəsində bu çağırışlar daha da davamlı
hala çevriləcək.
Bir millət-iki dövlət, amma fərqli niyyət...
Ancaq həm Azərbaycanda, həm də Türkiyədə bu siyasi niyyətlərin
reallaşması xalqdan asılıdır
Alınacaqmı? Bu sualın cavabını zaman və Anayasa
referendumunda siyasi iradəsini göstərməli olan Türkiyə vətəndaşları verəcək.
Azərbaycana gəldikdə isə, Türkiyədən fərqli olaraq, bizim
ölkəmizdə səlahiyyətləri hakimi-mütləq səviyyədə olan prezident üsul-idarəsi
mövcuddur. Yəni Azərbaycanın siyasi idarəçiliyi və onun gələcək taleyi barədə həlledici
qərarların verilməsi bir şəxsin öhdəsindədir.
Amnistiya niyə siyasi məhbuslara şamil edilmir?
QurbanMəmmədov: «Bu hakimiyyətin əxlaqı belədir»
GözəlBayramlı: «Hakimiyyətqeyri-səmimiliyiniortayaqoydu»
HeydərƏliyevin 90 illik yubileyi münasibətilə imzalanacaq Amnistiya
Aktı siyasi motivlərlə həbs edilən məhbuslardan heçkimə şamil edilməyəcək.Baxmayaraqki,
beynəlxalq təşkilatların hakimiyyətə qarşı irəli sürdüyü iradlardan biri məhz siyasi
məhbuslarla bağlıdır.
HəttaBinə, Quba, Ismayıllı olaylarında həbs olunanlara qarşı
irəli sürülən maddə (ictimai qaydanın pozulması hərəkətlərində iştirak) aktın təsiri
altına düşməyib. Ismayıllı hadisələrinə görə həbs olunan Müsavat başqanının müavini
TofiqYaqublu və REAL Hərəkatının sədri Ilqar Məmmədova da eyni maddə üzrə ittiham
olunurdu.Lakin bu yaxınlarda onlara qarşı daha ağır ittihamlar irəli sürüldü.Bu
da böyük ehtimalla onların amnistiyaya düşməməsinə hesablanmış bir addımidi. Tofiq
Yaqublunun qızı Nigar Yaqubluya irəli sürülən ittihamın maddəsi də aktın təsiri
altına düşmür. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, Islam Partiyasının sədri Mövsüm Səmədov, ilahiyyatçı
alim Abgül Süleymanov, keçmiş nazirlər Fərhad Əliyev və Əli Insanov, AXCP sədri
Əli Kərimlinin qohumu, “Texnikabankın” Yasamal filialının keçmiş müdir müavini Elnur
Seyidov, AXCP fəalı Təzəxan Mirələmlinin
oğlu Vasif Mirələmov, NIDA-çıgənclər, baş redaktor Hilal Məmmədov, “Kür” Vətəndaş
Cəmiyyəti Qərargahının fəalı Ilham Əmiraslanov, ilahiyyatçı Taleh Bağırzadə,
AXCP Gənclər Komitəsinin fəalı Daşqın Məlikov, AXCP üzvü Ilqar Rzayevdə amnistiya
ilə azadlığa çıxmayacaq.
Ölkədə intihar dalğası durmadan güclənir: 1 gündə 3 nəfər
21 yaşlı oğlan özünü ağacdan asıb
Məlumata görə, Samux sakini, 1989-cu il təvəllüdlü Məmmədov Rafael Namiq oğlu özünü yolun kənarındakı ağacdan asıb.
Məlumata görə, Samux sakini, 1989-cu il təvəllüdlü Məmmədov Rafael Namiq oğlu özünü yolun kənarındakı ağacdan asıb.
75 yaşlı qoca özünü asdı
Mingəçevir şəhərində intihar hadisəsi baş verib. aprelin 2-də 75 yaşlı Nisə Məmmdova özünü asıb.Onun meyiti yaşadığı evin balkonunda asımış vəziyyətdə aşkar edilib.
Mingəçevir şəhərində intihar hadisəsi baş verib. aprelin 2-də 75 yaşlı Nisə Məmmdova özünü asıb.Onun meyiti yaşadığı evin balkonunda asımış vəziyyətdə aşkar edilib.
Azərbaycanda nikahların sayı azalıb, boşanmalar isə artıb
Azərbaycanda ötən il qeydə alınan nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
Dövlət Statistika Komitəsindən məlumata görə, 2012-ci ildə 79,3 min nəfər nikah bağlayıb ki, bu da 2011-ci illə müqayisədə 8800 nəfər azdır.
Boşananların sayı isə ölkədə il ərzində 17 min nəfər təşkil edib.
15 yaşlı qız yenə evdən qaçdı
Ananı gözləri yaşlı qoyan 15 yaşlı qızı Günay Abdullayeva
ikinci dəfə evdən qaçıb.İlk qaçışı aprel ayının 25-nə təsadüf edib.Daha dəqiq
Günay anasından parka getmək üçün icazə verməsini istəyib.İcazəni alaraq da
yola düzəlib.Zavallı ana nə biləydi ki, izni verməklə övladını bir daha görmək
şansını da itirəcək.
16 yaşlı qız evdən qaçıb
Tolstoy küçəsi ev 75-də yaşayan 16 yaşlı Sevinc Zalovanın evdən çıxıb bir daha geri qayıtmaması ilə bağlı məlumat vermşdi.
Ötən il ölkədə işsizlik üzrə müavinət orta hesabla 19 faiz artıb
Ötən ilin yekunlarına görə, ölkədə real
işsizlik səviyyəsi 5,2 faizlə qiymətləndirili
2013-cü ilin yanvarında Azərbaycanda işsizliyə görə verilən müavinətin həcmi 2012-ci ilin yanvarın 1-i ilə müqayisədə orta hesabla 19% artaraq 190,4 manatdan 224,1 manata yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin ilk gününə ölkədə işsiz qismində rəsmi qeydiyyata alınan şəxslərin sayı 36,791 min nəfər olub.
2013-cü ilin yanvarında Azərbaycanda işsizliyə görə verilən müavinətin həcmi 2012-ci ilin yanvarın 1-i ilə müqayisədə orta hesabla 19% artaraq 190,4 manatdan 224,1 manata yüksəlib.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin ilk gününə ölkədə işsiz qismində rəsmi qeydiyyata alınan şəxslərin sayı 36,791 min nəfər olub.
Azərbaycanda rüşvət nəqədər azalıb?
Rüşvətin-korrupsiyanın-oğurluğun-soyğunçuluğun-monopoliyanın
DÖVLƏT SIYASƏTINƏ çevrildiyi yerdə abır-həya, əxlaq, doğru-düzgünlük kimi
anlayışlar əliyevçi rejimdəki donluq artımı kimi necə dəyərsiz-gərəksiz olarmış
(öncəki sonugörünməz qiymət artımları üzündən).
Azərbaycanda intiharlar artır
Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib. Həm də bunlar rəsmi qeydə alınan və ictimaiyyətə açıqlanan intihar hadisələridir. Ekspertlərin fikrincə, getdikcə artan intiharların gerçək statistikası daha yüksəkdir və əsl rəqəmləri əks etdirmir.Hətta bir ayda 30-40, bəzən 50-yə yaxın intiharın baş verdiyi deyilir.
Alman mətbuatı yenə Əliyev avtoritarizmindən yazır
- «Elə bir gün yoxdur ki, bu ölkədən yeni siyasi həbslər barədə xəbər gəlməsin...»
- Seçki yaxınlaşdıqca təbiiki, dünya mətbuatının da Azərbaycana diqqəti artır.
- Müəllif yada salır ki, Ilham Əliyevin avtoritarrejimi üçün təbliğat məqsədilə yarışma zamanı iki həftə şou davam etdi. Rejimin təbliği məqsədilə ölkəni yaxşı tərəfdən göstərməyə çalışdılar - xüsusən möhtəşəm binalar, müasir otellər və yarışmanın keçirildiyi konsert salonu ilə...
- Media Azərbaycandakı siyasi vəziyyəti, xüsusən müstəqil mətbuatın boğulması, insan hüquqlarının pozulması hallarını dəfələrlə tənqid edirdi
Azadlıq və bərabərliyin bərpası 23 aprel hərəkatı üçün əsas prinsiplərdəndir...
Azadlıq
və bərabərliyin bərpası 23 aprel hərəkatı üçün əsas prinsiplərdəndir. Bu
məqsədlə mətbuatda, siyasətdə inhisarçılığa son qoyulmalı və ideoloji baxışına
görə insanların fiziki məhvinin qarşısı alınmalıdır. Xalqın zülmdən qurtuluşu
üçün istibdad və inhisarçılığa, ayrıseçkilik və ictimai bərabərsizliyə,
ideoloji asılılığa yol verilməməlidir.
hər bir şəxsin şərəf və ləyaqətinin dəyərləndirilməsi
23 aprel hərəkatının nəzərdə tutduğu ilk ictimai dəyər
əqidəsindən, cinsindən, milli mənsubiyyətindən, ictimai mövqeyindən asılı
olmayaraq hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasıdır.
Yalançı statistika diktatorları xilas etmir
Avtoritar rejimlərin devrildiyi ölkələrdə inkişaf Azərbaycandan xeyli yüksək idi
Amma bütün bunlar azadlıq istəyinin qarşısını ala bilmədi
Ölkə başçısı Ilham Əliyevin Münhendə üzləşdiyi sual hələ də müzakirə mövzusudur. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes iştirakçılara "öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı” sualını ünvanlayıb. Bu sualdan hiddətlənən Əliyev buna cavab kimi ölkədəki durumla bağlı rəqəmlər açıqlayıb. Ölkə başçısı 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını deyib. Onun sözlərinə görə, bu dövrdə yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Prezident ölkədə siyasi vəziyyətin də sabit olduğunu, mətbuat, din, internetin də azad olduğunu bildirib. Çıxışının yekununda isə deyib ki, kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, bunu görməyəcəksiniz.
Yanlış siyasətin nəticəsi olan fitnə-fəsadlara qarşıdırlar
Biz bu gündən başlayıb sabahı qurmalıyıq
Bu gün məmləkətin problemləri bizi narahat edir. Ölkənin taleyini onun vətəndaşları müəyyən etməlidir. Biz bu gündən başlayıb sabahı qurmalıyıq.
Xalq onu doğma sayan hökumətə etimad edir
Xalq onu doğma sayan hökumətə etimad edir.Ölkənin ən mühüm məsələləri nə üçün xalqdan gizli qalmalıdır?!
Bizim xalqımız hətta bir neçə qəzetin xəbərlərini oxumaq həddində də doğma sayılmırlar.
Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi
Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngdən və bizim azəri qeyrətimizin dərin köklərindən xəbər verən Azadlıq şüarından əl çəkməyək. Bu rəng və bu şüar bizim xalqımızın sıralarını birləşdirəcək, qəlblərimiz və istəklərimiz arasında ən yaxşı ünsiyyət vasitəsi olacaq.
28 Eylül 2013 Cumartesi
Azərbaycan hakimiyyətini təhrik edirlər..."
“Azərbaycan bu gün sözün həqiqi mənasında həm regionun, həm
də dünyanın ciddi bir amilinə çevrilmiş dövlətdir. Azərbaycanın müstəqil siyasəti
ilə ya hesablaşırlar, ya da bəziləri ona qarşı tədbirlər görmək istəyirlər,
amma gücləri çatmır. Bu gün xüsusilə Xəzər hövzəsində transenerji layihələrinin
həyata keçirilməsi, Şərq-Qərb transmilli nəqliyyat-kommunikasiya əlaqələrinin
qurulması, inkişafı və digər məsələlərdə Azərbaycanın rəyi mütləq şəkildə nəzərə
alınır. Azərbaycan iqtidarı həqiqi mənada dövlətin, xalqın maraqlarını təmsil
etmək iqtidarındadır”. Əli Həsənov deyib.
Sülhməramlı səfirin oğlu, deputat sürücüsü maşınla adam vurub öldürəndə onları tutmurlar, amma...
Yol-nəqliyyat hadisəsi ilə bağlı Səbayel Rayon Polis İdarəsinin
əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. İlkin ehtimala görə,
avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən
qeydə alınıb.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.














.jpg)




















