Blog Arşivi

30 Eylül 2013 Pazartesi

Azərbaycanda intiharlar artır



Az qala hər gün kiminsə intihar, özünə qəsd etməsi barədə xəbərlər eşidirik. Bu, son vaxtlar adi bir hala çevrilib. Həm də  bunlar rəsmi qeydə alınan və ictimaiyyətə açıqlanan intihar hadisələridir. Ekspertlərin fikrincə, getdikcə artan intiharların gerçək statistikası daha yüksəkdir və əsl rəqəmləri əks etdirmir.Hətta bir ayda 30-40, bəzən 50-yə yaxın intiharın baş verdiyi deyilir.


2012-ci ildə rəsmən qeydə alınan intihar hadisələrinin statistikasına baxaq: Daxili İşlər Nazirliyinin hesablamalarına görə ötən il Azərbaycanda
482 nəfər - 320 kişi, 105 qadın həyatına qəsd edib. İntihar edənlər arasında müxtəlif təbəqələrin nümayəndələrinin statistikası da xeyli diqqət çəkir. Belə ki, ötən il özünü öldürənlərin 34-ü məktəbli və yeniyetmə, 19-u hərbçi, 5-i məhbus olub.
Müqayisə göstərir ki, intihar nəticəsində dünyasını dəyişənlərin sayı az qala yol qəzalarında ölənlərin yarısına bərabərdir. Ümumilikdə 2012-ci ildə baş vermiş yol qəzalarında 1168 nəfər dünyasını dəyişib.Bunların 79-u məktəb yaşlı uşaq və yeniyetmələrin, 393-ü piyadaların payına düşür.

Maraqlıdır ki, istər intiharların, istərsə də avtomobil qəzalarının qurbanlarının sayında artım 2010-cu ildən bəri daha çox müşahidə edilir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel