Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
28 Eylül 2013 Cumartesi
Azərbaycanda etirazçılar amansızcasına susdurulur
Kommunist rejiminin 70 il Azərbaycanda hökumət başında
olması və dini dəyərlərlə amansız mübarizəsi hamımıza məlumdur. Azərbaycan müstəqil
dövlət olduqdan sonra da antidin mübarizələrdən qurtulmadı.
26 Eylül 2013 Perşembe
Dünya bazarında qiyməti düşən neftin pərakəndə satış qiyməti nə üçün dəyişmir?
Röyal Bank iflasa uğrayıb
1 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarı ilə "Royal
Bank" ASC müflis elan edilib. Artıq bankın iflas proseduru başlanıb.
“Azerbaijan Consulting Company" MMC bankın ləğvedicisi elan edilib.
Azərbaycanda silahı necə almaq olar?
Son bir həftə ərzində paytaxtda qeydə alınan silahlı
insidentlər nəticəsində ümumilikdə dörd nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Bundan əlavə, qanunsuz silah gəzdirdiyinə görə həbs edilənlər də olub. Bütün bu
faktlar son dövrlərdə silahın əldə edilməsi, saxlanılması və daşınması məsələsini
aktual edib. Görəsən, ümumiyyətlə, insanlar nə üçün silah əldə etməyə səy göstərirlər?
AZƏRBAYCANDA NƏ QƏDƏR YOXSUL VAR?
Azərbaycanda yoxsulluğun səviyyəsi rəsmi rəqəmlərə görə 6
faizdir. Azərbaycanda yoxsulluğun səviyyəsi barədə rəsmi rəqəmlərin
“obyektivliyinə” şübhə edən müstəqil iqtisadçılar, bu sahədə alternativ ölçmələrə
ehtiyac olduğunu, lakin məlumatlara çıxışları olmadığını bildirirlər. İqtisadçı ekspert Sabit Bağırov öz
açıqlamasında deyib ki, yoxsulluq məhfumu ilə bağlı dünyada müxtəlif yanaşma
vardır.
Təhsildə rüşvət problem deyil, bəladır, müalicəsi olmayan xəstəlikdir
Türkiyədə
təhsil azaddır. Hər hansı bir basqı sistemini görmək çətindir. Eyni zamanda,
xüsusilə də ali təhsildə təşviqlər və alternativlər olduqca çoxdur.
Türkiyənin
təhsil sistemində rüşvətə yer yoxdur. Bu da Türkiyədə ölkənin gələcəyi olan gənclərin
yetişdirilməsinə nə qədər önəm verildiyinin göstəricisidir.
Türkiyədə
təhsildə rüşvət və ya hər hansı bir yolverilməz variantlardan danışmaq
yersizdir. Belə bir hadisə ağlagəlməzdir və bu yola getmək cəhdləri acımasızca
cəzalandırılır.
23 aprel hərəkatının logosi
İttifaq və birlik üçün 23 Aprel hərəkatının hamiləri sevənləri sosial şəbəkələrində bu logonu istifadə etsinlər.(öz avatalarnızı dəyişin)
Vətənimiz
Bura bizim vətənimizdir, biz öz həyatımıza görə narahat olub, münasibət bildirməliyik. Dövlətin rəsmi nümayəndələri ötən illərdə 10 milyardlarla dollar büdcənin ortada olmamasını şərh etmirlər. Rəsmilər baş verənlərə biganəlik göstərir, bir neçə ordunu təchiz etməyə çatası məbləğlərin haraya silindiyini açıqlamırlar.
Dini məhbuslara azadlıq
Onlara qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb
Daha iki müxalifətçi - Müsavat Partiyasından Əhəd Məmmədli və
AXCP-dən Şahin Həsənli qanunsuz döyüş sursatı saxlamaqda ittiham olunur.
polis saxlama məntəqələrində və həbsxanalarda işgəncə verilməsı praktikası geniş yayılıb və davam edir.
İkinci qrup - Azərbaycan İslam Partiyasının liderləri və
üzvləri:
Mövsüm Səmədov (AİP lideri);
Vaqif Abdullayev (AİP sədr müavini);
Dəyanət Səmədov;
Firdovsi Məmmədrzayev;
Ruhulla Axundzadə (AİP Astara təşkilatının sədri);
Yusif Fəxrəddin oğlu Ələkbərov (AİP Gəncə təşkilatının sədri,
barəsində axtarış elan olunub);
Fəramiz Abbasov - Masallı rayonunun Hil kəndinin axundu;
Zülfüqar Mikayılzadə.
Azərbaycanda iş niyə yoxa çıxıb?
Əmək bazarına daxil işsiz reinteqrasiya və sosial müdafiəsi
milli proqramların olmaması üçün azerbaycan proqramlarının səbəb oldu. Bu səviyyədə,
nəhəng son keçmişlə müqayisədə baxmayaraq, lakin, bir real şəkil təmin edir.
23 Eylül 2013 Pazartesi
xalqın dözümü bitib
Hərəkat bu günlər ərzində ölkədə
yoxsulluğun, fəsadın və ədalətsizliyin artmasından dəfələrlə danışmış və bu
halların mütləq diktatorluq və ümumi narazılıqla nəticələnəcəyini bildirmişdir.
Bu gün bizim xalqımız bu həqiqətləri yaxşı dərk edir.
Azərbaycanda inflyasiyası nəqədər dir?
2013-ci ildə Azərbaycanda inflyasiyanın 9% təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “World Economic Outlook 2013” (Dünya iqtisadiyyatının inkişaf perspektivləri) hesabatında deyilir.
Hesabatda 2014-cü il üçün proqnoz da verilir. Qeyd olunur ki, 2014-cu ildə inflyasiya 7.5% -dək azala bilər.
21 Eylül 2013 Cumartesi
Avropa Məhkəməsinə edilən şikayətləri “Azərpoçt” “itirir”
05 dekabr 2012-ci ildə Milli Məclisə və deputat Elmira
Axundovaya müraciətimi geri qaytarmalari ilə insanı əlil-vətəndaş huququmun
pozulması və yerli məhkəmələrin də məhkəmə müdafiəsi huququma qadağa qoyan qərarlarından
Fransaya - Avropa Insan Huquqları Məhkəməsinə (AIHM) Mərkəzi poçt vasitəsilə xəbərnaməli
şikayət məktubu göndərmişəm.
17 Eylül 2013 Salı
İnternet məhdudiyyətləri prezident seçkiləri ilə bağlıdır.
məlumatına əsasən,
Qax, Zaqatala və Balakən rayonlarında internet kəsilib.Əvvəllər bəzi internet klublar
lisenziya bəhanəsi ilə bağlanır, bəzi proqramların istifadəsinə məhdudiyyətlər qoyulurdu.
rayonlarının əksər təşkilat və müəssisələrində, xüsusən
bank əməliyyatlarında məhdudiyyətlərin yaranmasına səbəb olub.
2013 seçkiləri təhlükədə
«Beynəlxalq təşkilatlara yaradılan maneələr seçkinin
leqitimliyini şübhə altına alabilər»
«Artıq proses bu istiqamətdə gedir»
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin beynəlxalq aləmlə
münasibətləri gərginləşməkdə davamedir. ABŞ-ın Milli Demokratiya Institutuna
(MDI) qarşıbaşlanankampaniya, həmçinin ATƏT-in Bakı ofisinə qarşı artan təzyiqlərdə
bunun görsənişidir. Bütün bunlar isə ölkədə baş verənlərə diqqəti bir qədərdə
artırır. Son günlərdə ABŞ və Avropa rəsmilərininsəsləndirdiyi bəyanatlar da
bunu deməyə əsasverir.
Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı
analitik bildiribki, prezident seçkiləri
ərəfəsində Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçilərə təzyiqi, ATƏT və
MDI-dən imtina seçkilərin legitimliyini şübhə altına alacaq.
14 Eylül 2013 Cumartesi
Diktatorların oxşar və fərqli cəhətləri
Ölkə boyu heykəlləri və portretləriylə Heydər Əliyev bəzi
diktatorları qabaqlayır
Tarix boyu bəzi dövlət rəhbərləri özlərinə xüsusi münasibət
tələb edirdi.Qədim dövrlərdə mütləq monarxiyalarda imperator, kral, sultanlar bəzən
ilahiləşdirilirdi.Müasir dövrdə də diktatorların şəxsiyyətinə pərəstiş ənənəsi
aradan qalxmayıb.Bəzi dövlətlərdə hakimiyyətin atadan oğula keçməsi bütöv bir
ailəyə pərəstişə gətirib çıxarır.
20 ildir Azərbaycanda mövcud quruluş da digər diktaturalardan
fərqlənmədiyi kimi Əliyevlərin şəxsiyyətinə pərəstiş də başqa diktatorlara
münasibətdən fərqlənmir.Heydər Əliyevin ad günlərinin təmtəraqla keçirilməsi, hər
addımda ata-oğul Əliyevlərin portretlərinin asılması, küçə, park, mərkəzlərə
Heydər Əliyevin adının verilməsi, onun şəninə şeirlər yazılması, mahnılar bəstələnməsi,
hər rayonda, kənddə muzeylərinin açılması, heykəllərinin qoyulması, ildə bir
neçə dəfə onun adı ilə bağlı bayramların təşkili Azərbaycanda diktatora pərəstişin
bariz nümunəsidir. Avtoritar rejimlərin hökm sürdüyü digər ölkələrə baxanda da
oxşar vəziyyəti görmək olur.
Müqayisə üçün bir neçə diktatoru göstərmək olar.
10 Eylül 2013 Salı
“Anonymous” hakerləri Azərbaycan hakimiyyətinə müharibə elan etdi və 23 aprel hərəkatına məktub göndərilib
Beynəlxalq hakerlər qrupu olan “Anonymous”un Azərbaycanın enerji nəhəngi
“Azərenerji” ASC-nin kompüterlərinə girərək ələ keçirdiyi onlarla məxfi
sənədləri aşkarlanıb.
Sənədlər “Azərenerji” ASC-nin qapalı maliyyə əməliyyatlarını, mühasibat uçotunu, müxtəlif avadanlıqlar almaq üçün verdiyi sifarişləri və s. əks etdirir.
Hakerlər bəyan edir ki, Azərbaycan hakimiyyətinin siyasəti onları qane etmir və bu hücumlar davam edir
“Bu, hələ başlanğıcdır...” və 23 aprel hərəkatından istəyib ki onları reklam etsin.
Sənədlər “Azərenerji” ASC-nin qapalı maliyyə əməliyyatlarını, mühasibat uçotunu, müxtəlif avadanlıqlar almaq üçün verdiyi sifarişləri və s. əks etdirir.
Hakerlər bəyan edir ki, Azərbaycan hakimiyyətinin siyasəti onları qane etmir və bu hücumlar davam edir
“Bu, hələ başlanğıcdır...” və 23 aprel hərəkatından istəyib ki onları reklam etsin.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.





































