Əlaqə
16 Eylül 2013 Pazartesi
2013 seçkiləri təhlükədə
«Beynəlxalq təşkilatlara yaradılan maneələr seçkinin
leqitimliyini şübhə altına alabilər»
«Artıq proses bu istiqamətdə gedir»
Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyətin beynəlxalq aləmlə
münasibətləri gərginləşməkdə davamedir. ABŞ-ın Milli Demokratiya Institutuna
(MDI) qarşıbaşlanankampaniya, həmçinin ATƏT-in Bakı ofisinə qarşı artan təzyiqlərdə
bunun görsənişidir. Bütün bunlar isə ölkədə baş verənlərə diqqəti bir qədərdə
artırır. Son günlərdə ABŞ və Avropa rəsmilərininsəsləndirdiyi bəyanatlar da
bunu deməyə əsasverir.
Demokratiya və beynəlxalq münasibətlər sahəsində amerikalı
analitik bildiribki, prezident seçkiləri
ərəfəsində Azərbaycan hakimiyyətinin beynəlxalq müşahidəçilərə təzyiqi, ATƏT və
MDI-dən imtina seçkilərin legitimliyini şübhə altına alacaq.
Amerikalı ekspertin sözlərinə görə, MDI-dənvə ATƏT-dənimtina
demokratiyadan imtina deməkdir.
Azərbaycan hakimiyyəti bu mesajdan nəticə çıxarmasa, nələrlə
üzləşə bilər?
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin
rəhbəri AnarMəmmədli hakimiyyətin beynəlxalq institutlara qarşıkampaniyasını
yersiz və əsassız hesab edir. Hətta problemlər olsaydı, bunu həmin qurumların
nümayəndələri ilə danışıb həlletmək olardı. Hakimiyyətin əsas hədəfə seçkilərər
əfəsində beynəlxalq təşkilatları, Qərb
ölkələrini zərərsizləşdirmək, onların mümkün təzyiqlərinin, çağırışlarının
qarşısınıalmaq olub . Çünki Azərbaycan demokratiya sahəsində ciddi problemləri
olan ölkədir.
Ekspertin sözlərinə görə, test xarakteri daşıyan seçkilərdə ən
böyük məsuliyyət hakimiyyətin, seçkiləri qiymətləndirmək isə yerli və beynəlxalq
təşkilatların üzərinə düşür. Seçkiər əfəsində ATƏT-in, MDI-nin fəaliyyəti ilə
bağlı araşdırma aparmaq isə hakimiyyətin öz ziyanına dır: “Insan hüquqları və
demokratiya ilə bağlı problemləri olan ölkədə beynəlxalq təşkilatların fəaliyyətini
da yandırmaq birbaşa seçkilərlə əlaqəlidir.
Təkcə beynəlxalq təşkilatlara yaradılan maneələr deyil, yerli vətəndaş cəmiyyəti
institutlarına qarşı təzyiqlər, sərbəst toplaşmaq azadlığının təmin olunmaması
də seçkinin leqitimliyini şübhə altına alabilər. Artıq proses bu istiqamət də
gedir”.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.