Blog Arşivi

31 Temmuz 2013 Çarşamba

“İsrail 2020-ci ilədək Qəzzanı xarabalığa çevirəcək”




Bir müddət əvvəl BMT-nin xüsusi məruzəçisi Riçard Folk tərəfindən hazırlanaraq, qurumun İnsan Haqları Şurasına təqdim olunan hesabatda İsrailin mühasirəsi altındakı Fələstinin Qəzza zolağının 2020-ci ilədək insanın yaşaması qeyri-mümkün əraziyə çevriləcəyi öz əksini tapıb. İşğal edilmiş Fələstin torpaqlarındakı humanitar vəziyyətlə bağlı hazırlanan hesabatda Folk İsrailin Qəzza zolağına embarqo tətbiq etməsi ucbatında ərazidə səhiyyə və ekoloji problemlərin günbəgün artdığını qeyd edib. Folk şuradakı çıxışında Fələstinin öz müqəddəratını müəyyən etmə haqqının uzun müddət gecikdirildiyini və qəbul olunmadığını vurğulayaraq, minlərlə fələstinlinin İsrail həbsxanalarındakı vəziyyətindən dolayı narahatlığını ifadə edib. İsrailin Fələstin torpaqlarını sistemli şəkildə işğal etdiyini hesabatda bildirdiyini deyən məruzəçi bunun Yaxın Şərq regionunda sülhün əldə olunmasına xidmət etmədiyini vurğulayıb.

Qüdsdə yəhudi mühacirlərlə müsəlmanlar arasında qarşıdurma baş verib




Təqribən 100 yəhudi mühacir İslam və müsəlmanlar əleyhinə şüarlar səsləndirərək zorla məscidin həyətinə daxil olublar. Məsciddəki müsəlmanlar onlara öz etirazlarını bildiriblər.

Yəhudilər İsrail rejiminə etiraz edib




Ortodoksal yəhudilər: "Onlar bizim gənclərimizi sionist edirlər"
Avropanın müxtəlif ölkələrindən gələn təxminən min nəfər yəhudi Belçikanın paytaxtı Brüssel şəhərində yerləşən Avropa Birliyinin ofisi qarşısında İsraildəki mövcud hökumət əleyhinə aksiya keçirib. Ortodoksal yəhudilərdən ibarət nümayişçilər İsrail hökumətinin inanclıları zorla sionist əqidəsinə xidmət etdirdiyini açıqlayıb.
Qeyd edək ki, aksiya zamanı çıxış edən yəhudi alimlərindən biri deyib: "İsrail üçün həqiqət sionizm əqidəsidir ki, bunu da orduda gənclərə öyrədirlər. Bizim qəhrəmanlarımızı pis adam, pis adamlarımızı isə yəhudi olaraq elan edirlər. Yəhudilər elə fikriləşməyə başlayıb ki, sanki bizim orduya ehtiyacımız var. Amma bu əslində belə deyil, məgər yəhudilərin 2000 il ərzində ordusu olub?"

siyonizmin fələstini işğal etməsi (2)

Seçilən zaman da təsadüfi olmayıb




münaqişənin başlanacağı vaxta qədər əvvəlcədən planlaşdırılıb. Bir sözlə, heç nə təsadüfi deyil.
  
   - Yanvarın 20-si saat 12:00-a qədər kiçik Corc Buş hakimiyyətdə qalacaq. Bu prezident İsrailin ən yaxın dostlarından biridir. İsrailin rəhbərliyi arasında belə hesab edilir ki, bu ölkədə parlament seçkiləri olacaq, yeni baş nazir seçiləcək. Güman edirlər ki, baş nazir hazırkı xarici işlər naziri olacaq. Ona görə də belə bir məqamda HƏMAS-ı Qəzza zolağından tamamilə sıxışdırmaq, bu təşkilatı gücsüzləşdirmək, lidersiz buraxmaq və Qəzzada hakimiyyəti Fələstin ərəblərinin digər qoluna vermək niyyətindədirlər. Çünki FAT-ın İsraillə danışıqlara hazır olduğu və bu dövlət üçün problem yaratmayacaqları güman edilir. ABŞ-ın güclü dəstəyi sayəsində İsrail dünyaya yeni il hədiyyəsini verdi. İndi ərəbləri qırırlar. Bəhanə də budur ki, HƏMAS-ın rəhbərləri İsrailin şimalını raket atəşinə tuturlar. Bunlar əlbəttə ki, bəhanədir. Bu, İsrail rəhbərliyinə onun üçün lazımdır ki, milçəyi fil etsinlər və bunla da HƏMAS-ı bir təşkilat kimi silsinlər.

Münaqişə niyə həllini tapmır?




 
İsrail dövlətinin yaradılmasında birinci növbədə ABŞ maraqlıdır. Çünki Yaxın və Orta Şərqin çox geniş, zəngin neft ehtiyatlarını əldə saxlamaqdan ötrü ona belə bir dövlət lazım idi.
  
   - İkinci bir tərəfdən, Birləşmiş Ştatlarda yəhudilərin çox güclü icmaları var. Hardasa, bu icmanın tərkibi 6 milyondur və nəzərdə tutsaq ki, Amerikanın bütün bank, maliyyə sistemində bu icma aparıcı rola malikdir, aydın olar ki, ABŞ iqtisadiyyatının təmin edilməsi üçün mütləq belə bir dövlətin yaradılmasına ehtiyac var idi. Bundan başqa ABŞ-la İsrail dövlətləri strateji müttəfiqdirlər. Və bu, İsrailə imkan verir ki, ərəblərə məxsus olan Colan təpələrini, İordan çayının qərb sahilini əlində saxlasın. İndiyə qədər problemin həlli ona görə tapılmır ki, İsrail heç bir güzəştlə ərəblərə məxsus torpaqları geri qaytarmaq istəmir. Gülməli cəhət nədir: 1948-ci ildə İsrail dövlətinin yaranmasını qeyd edirik. Amma bu günə qədər Fələstin adlı dövlət olmayıb. Fələstin administrasiyası, muxtariyyəti var, amma dövləti yoxdur. Düzdür, bunu elan etməyə yaxın olublar, hətta elan ediblər. Amma fakt odur ki, belə bir dövlət yaransa belə, çox qəribəlik olacaq. Bu dövlət iki hissədən ibarət olacaq. Bir hissəsi olacaq Qəzza bölgəsi, ikincisi isə İordan çayının qərb sahili. Nə qədər ki, Yasir Ərəfat Fələstin ərəblərinin ümummilli lideri idi, müxtəlif qruplaşmaları bir məcraya yönəldə bilirdi. 1964-cü ildə Fələstin ərəbləri Fələstin Azadlığı Təşkilatı (FAT) yaratmışdılar. Lakin Fələstinin yeni rəhbəri Mahmud Abbas haqqında bunu demək olmaz. O, Yasir Ərəfatdan fərqli olaraq İsraillə danışıqlar stolunun arxasında əyləşmək, ABŞ və Qərbin digər dövlətlərinin təzyiqi altında müəyyən kompromislərə getməyə qadir olan siyasi şəxsiyyət kimi qiymətləndirilir. Bu baxımdan M.Abbasın yeritdiyi siyasət Fələstin ərəbləri tərəfindən heç də birmənalı qarşılanmır. Təsadüfi deyil ki, təxminən iki il bundan əvvəl Qəzza zolağında keçirilən seçkilərdə HƏMAS təşkilatı qalib gəldi. Bu sözün mənası İslam Müqavimət Hərəkatı deməkdir. Fələstində çoxlu belə təşkilatlar olub. 2006-cı ildə HƏMAS-ın qələbə çalması faktiki olaraq strateji əhəmiyyətli Qəzzada onları hakimiyyətə gətirdi. O vaxtdan bu günə qədər Fələstin ərəbləri arasında iki nüfuzlu təşkilat "stul davası"nı həll edə bilmir. Biri HƏMAS-dır, hansı ki bu təşkilata hazırda Suriyada yaşayan Xalid Məşəl liderlik edir. Amma onun inandığı adam - İsmayıl Xaniyyə hazırda Qəzzadakı Fələstin ərəbləri hökumətinin başçısıdır. İkinci hökumət isə Mahmud Abbasın başçılığı ilə İordan çayının qərb sahilində Rəmallah şəhərində oturan FAT-dır. Yəni bu iki təşkilat İsraillə danışıqlarda heç cür bir araya gələ bilmirlər.
  
   HƏMAS isə İsraillə heç bir danışığa getməmək, onu bir dövlət kimi qəbul etməmək siyasətini yürüdür.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel