Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
28 Temmuz 2013 Pazar
İsrail Məscidi-Əqsanı söküb, yerinə heykəl tikmək fikrinə düşüb
16 İyun tarixində İsrailin "Kanal
2" telekanalında yayımlanan verilişində heykəlin inşa planı, layihə xəritələri
və inşaatda istifadə ediləcək texnikalar barədə məlumat verib.
İşğalçı İsrail Məscidi-Əqsanı sökməyə
hazırlaşır və yerində heykəl inşaası planlarını
açıqlayıb.
"Məscidi-Əqsa Vəqfi və Mədəniyyət
Mirası Müəssisəsi" dünya ictimaiyyətinə müraciət ünvanlayaraq, bunun
qarşısını alınmasını istəyib.
25 Temmuz 2013 Perşembe
Bir millətin tarixçəsi “Fələstin”
Birinci Dünya
müharibəsi qurtardıqdan sonra 1919-cu il Paris sülh konfransında Osmanlı Türkiyəsinə
mənsub olan ərazilərin bir hissəsi yeni yaradılmış
Millətlər Liqasının
mandat idarəçiliyinə verildi. O zaman üç qrup mandat müəyyən edilmişdi.
"A" adı altında olan mandat idarəçiliyinə Osmanlı imperiyasının əlindən
alınacaq ərazilər daxil idi. O cümlədən Fələstin. Həmin vaxt belə qərar qəbul
olundu ki, "A" mandatı üzrə Fələstinin idarəçiliyi verilsin İngiltərəyə.
Və 1919-cu ildən II Dünya müharibəsi qurtarana qədər Fələstin ərazisi İngiltərənin
idarəçiliyində olub. Məqsəd isə bundan ibarət olub ki, "A" mandatına
malik olan İngiltərə gələcəkdə bu ərazilərdə müstəqil dövlətlərin yaradılmasını
hazırlamalı idi. "A" mandatının mahiyyətində də məhz bu amil dururdu.
1945-ci ildə II Dünya müharibəsi yekunlaşdıqdan sonra yaradılmış Birləşmiş Millətlər
Təşkilatı (BMT) 1947-ci ildə Fələstinə dair məşhur qətnamə qəbul etdi ki, Fələstin
ərazisində paralel olaraq yəhudi dövləti və ərəb dövləti yaradılsın. Həqiqətən
də 1948-ci il mayın 14-də Fələstinin bir hissəsində yəhudi İsrail dövlətinin
yaradılması elan edildi. Bu hadisədən sonra ərəb dövlətləri ilə İsrail arasında
birinci müharibə başlandı. Bu müharibə 1948-ci ilin mayından 1949-cu ilin
yanvarına qədər davam etdi. Nəticədə, İsrail fələstinlilərə məxsus olan, ərəblər
üçün nəzərdə tutulmuş əraziləri də tutdu. Bu o dövr idi ki, ABŞ, İngiltərə kimi
böyük dövlətlər İsrailə dəstək verirdilər. O vaxtdan bu günə qədər, yəni 60 ildən
çoxdur ki, bu problem həllini tapa bilmir.
"Amnesty İnternational": "İsrail Livan xalqına qarşı hərbi cinayətlər törədib"
təşkilatın son hesabatında qeyd olunur ki, Livanda həyata keçirilən əməliyyatlar zamanı İsrail hərbçiləri məqsədyönlü şəkildə bu ölkənin mülki əhalisinə zərər vurub, mülki obyektləri dağıdıblar. Hüquq müdafiəçilərinin fikrincə, İsrail ordusu ərzaq mağazalarını, elektrik stansiyalarını, su mənbələrini və xəstəxanaları qəsdən raket atəşinə tutub. "Bu zərbələr Livan əhalisini öz ev-eşiyindən getməyə məcbur etmək məqsədilə endirilib. "Hizbullah"ın İsrail əsgərlərini girov götürməsi bu dövlətin Livanda törətdiklərinə haqq qazandıra bilməz". "İsrail/Livan: məqsədyönlü dağıntılar və dolayı zərər" adlanan hesabatda İsrail ordusunun 5 həftəlik müharibə ərzində 7 mindən artıq obyektə 7 min raket, 2.500 artilleriya zərbəsi endirdiyi, zərbələr nəticəsində 1.100 nəfərin həlak olduğu faktı öz əksini tapıb. "Ölənlərin üçdə biri azyaşlı uşaqlardır, bombardmanlar zamanı 4 min livanlı yaralanıb, 970 min nəfər isə öz ev-eşiyini tərk etməli olub".
İsrail rejimi Livan və Qəzzanı bombaladı
Sionist İsrail rejiminin Hərbi Hava Qüvvələri Livanın cənubunda Vazzani rayonunda yerləşən hərbi bazaya raket zərbələri endirib. Livan hərbçiləri sionist cinayətkarlarına cavab atəşi açıblar. Livan sərhəddində baş vermiş hadisə zamanı bir livanlı hərbçinin yaralandığı bildirilir, - “İslamNyus” xəbər verir.
Baş vermiş hadisədən sonra Livan ordusu döyüş vəziyyətinə gətirilib. BMT isə sionist İsrail rejiminin bu hücumunu pisləyən bəyanatla çıxış edib.
Eyni zamanda İsrail rejiminin qırıcıları qəddar blokadada saxlanılan Qəzzaya da raket zərbələri endirib. Aviasiya zərbələri zamanı fələstinlilərin ərzaq gətirdikləri tunellər dağıdılıb.
Mingəçevirdə məcburi köçkünlərin həyatı təhlükədə
Hər an uça biləcək binada məskunlaşmış vətəndaşların harayına isə heç bir dövlət strukturu səs vermir
200 nəfər məcburi köçkün, eləcə də onlara sığınacaq vermiş sahibkarlar Mübariz Abbasov və Ramiz Məmmədov “Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinə müraciət edib. Onlar bildiriblər ki, məcburi köçkünlər 1990-cı ildən Mingəçevir şəhərində "Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə və Idarə binasında məskunlaşıblar.
Onların sığındığı həmin binalarda uzun illərdir ki, heç bir təmir-tikinti işləri aparılmadığından kanalizasiya, su, işıq və elektrik xətləri yararsız vəziyyətə düşüb. Bu səbəbdən xətlərdə tez-tez qəzalar baş verir. 2011-ci ildən isə kommunal xətlər, hətta kanalizasiya xətti belə, sıradan çıxıb, binaların zirzəmisi çirkab sularla dolub. Bu suların aylarla təmizlənməməsi nəticəsində binanı bürümüş pis qoxu ağcaqanadların, cürbəcür həşəratların artmasına, nəticədə binada dözülməz vəziyyətin yaranmasına, infeksion xəstəliklərin sürətlə çoxalmasına səbəb olub. Binanın divarlarında, örtük panellərində böyük çatlar əmələ gəlib.
Bu da həmin binalara sığınmış məcburi köçkünlərin həyatı üçün ciddi, ölümcül təhlükə yaradır.
“Mingəçevir Təmir Tikinti” MMCÿbalansında olan həmin binalarda 200 məcburi köçkün ailəsini təmənnasız məskunlaşdırıb. Binaların cari təmirini də, kommunal xidmətlər və bu xidmətləri göstərən işçilərin əmək haqlarını, kirayə haqlarını 2000-ci ilədək müəssisə ödəyib. Lakin son illərdə müəssisədə vəsait olmadığından binanın təmir-tikinti işləri, kommunal xidmətlər göstərən işçilərin əmək haqlarının ödənilməsi dayandırılıb. Hazırda məcburi köçkünlər yaşayan binada ÿhər an çökməÿ təhlükəsi artır vəÿbuna görə ÿdövlət ÿməsuliyyət daşıyır.
Məcburi köçkünlər, eləcə də onlara sığınacaq vermiş sahibkarlarÿ deyir ki, “QaçqınKom”dan tutmuş, Prezident Administrasiyasına qədər ən müxtəlif dövlət strukturlarına dəfələrlə müraciət etsələr də, problemə əhəmiyyət verən olmayıb.
“Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Iradə Cavadova deyir ki, Qaçqınlar vəÿ Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1-ci maddəsindəÿbu qurumun yaradılmasının məqsədi və vəzifələri öz əksini tapıb. Orada göstərilib ki, qurumun yaranma məqsədləri və ÿəsas vəzifələrindən biri qaçqın vəÿ məcburi köçkünlərin qarşılaşdıqları problemlərin, o cümlədən mənzil-məişət şəraitilə ÿbağlıÿ problemlərin həlli sahəsində dövlət siyasətini həyata keçirməkdir. Amma digər dövlət strukturları kimi bu komitə də üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir: “Iqtisadi Inkişaf Nazirliyi başda olmaqla, yerli vəÿmərkəzi icra hakimiyyəti orqanlarının da ümdəÿ vəzifələrindəndir ki, sahibkarlara problemlərinin həllində ÿdəstək olsunlar. Lakin binanın mülkiyyətçisi olan sahibkarlar Mübariz Abbasovÿvə Ramiz Məmmədova indiyəÿqədər heç bir kömək göstərilmir, məcburi köçkünləri hər gün daha da yaxınlaşan faciədən qorumaq üçün heç bir addım atılmır”.
Iradəÿ Cavadova özü də həyatı təhlükə altında olan məcburi köçkünlərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə müraciət edib. Lakin nə onun, nə də məcburi köçkünlərin, sahibkarların müraciətlərinə heç bir cavab verilməyib.
“Konstitusiyanın 12-ci maddəsinə ÿgörə,ÿinsanların layiqli həyat şəraitinin vəÿrifah səviyyəsinin təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ÿhəmçinin 43-cü maddəyəÿ əsasən,ÿyaşayış binalarının və ÿevlərin tikintisinə ÿrəvac vermək,ÿinsanların mənzil hüququnu gerçəkləşdirmək,ÿyoxsulluğun azaldılması dövlətin vəzifəsidir. Bu mənada, cavabdeh orqanlardan ÿməcburi köçkünlərin məskunlaşdığı ”Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə vəÿ Idarə ÿbinasında təmir-tikinti işlərinin aparılması üçün tədbirlərin görülməsini tələb etmək vətəndaşların hüququdur. Dövlət məmurunun borcu isə vətəndaşların qanuni tələblərini yerinə yetirməkdir.
Bundan əlavə, “Vətəndaşlarınÿ müraciətlərinəÿ baxılması haqqında” qanunvericilikdə bunun üçün qısa müddət müəyyənÿolunsa da, sahibkarlarÿMübariz Abbasov və Ramiz Məmmədovun, eləcə də məcburi köçkünlərin özlərinin şikayət və ÿərizələrinə heç bir cavab verilməməsi, bununla da açıq-aşkar laqeydlik nümayiş etdirilməsi yolverilməzdir", - deyə Iradə Cavadova vurğulayıb.

Dövlət müəssisələri Azərbaycan büdcəsinə niyə borclanırlar?
Vüqar Bayramov: “Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır”
Ölkədə vergilərin toplanması ilə bağlı
problemlər davam etməkdədir. İri vergi ödəyiciləri dövlət büdcəsinə
külli miqdarda borcludur. "Azərenerji" ASC, "Azərkimya" Dövlət Şirkəti,
"Azərsu" ASC, "AZAL", Xəzər Dəniz Gəmiçiliyi, "Azərbaycan Dəmir
Yolları", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft
Şirkəti bu sıradandır. Hesablama Palatasının son rəqəmlərinə görə, təkcə
2008-ci ilin 1-ci yarısında vergi borclarının ümumi məbləği 3 milyard
manat təşkil edib. 2009-cu ildə bu rəqəm 4 milyard manat idisə, son bir
il yarımda rəqəm 1 milyard manat artıb. Hazırda bir sıra iqtisadi
qurumların, iri şirkətlərin dövlət büdcəsinə vergi borcu 5 milyard
manatı keçib. Sözü gedən problemlərlə bağlı FaktXeber.com-a açıqlama
verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu sahədə iri
borclanmalar daha çox dövlət müəssisələrində müşahidə edilir. Qarşılıqlı
və dövlət büdcəsinə olan borcların artmasının müşahidə edildiyini
bildirən ekspert, “Azərbaycanda dövlət büdcəsinə olan borcların
silinməsi bir neçə dəfə həyata keçirildi. Bu prosedur sözü gedən dövlət
müəssisələrinin borclanmasının azalmasına şərait yaratmadı. Təəssüf ki,
borclar yenidən artdı və yenidən həmin borcların silinməsi ilə bağlı
qərara qəbul edildi”, - deyə bildirdi: “Bu əslində onu göstərir ki,
borcların silinməsi mexanizmi hələlik praktiki olaraq effektiv deyil.
Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına
şərait yaradır. Şirkətlərin bir qismi kommunal öhdəliklərini yerinə
yetirə bilmirlər. Bura xüsusilə qaz, su və elektrik borcları daxildir.
Vaxtlı-vaxtında borcların ödənməməsi iri borclara şərait yaradır.”
Müsahib onu da bildirdi ki, hazırda yeni
mexanizmin tətbiqinə ehtiyac var: ”İlk öncə borcların çoxalması ilə
bağlı məsuliyyət artırılmalıdır. Müəssisələrin borclarının artmasına
baxmayaraq onlar heç bir məsuliyyət daşımırlar. O, baxımdan məsuliyyətin
artırılmasına ehtiyac var. Məsuliyyətin artırılması eyni zamanda
gücləndirilmiş nəzarət mexanizmi ilə birgə həyata keçirilməlidir. Yeni
mexanizm praktiki olaraq standart xidmətlərə görə şirkətlərin
öhdəliklərinin artırılması və müəyyən edilməsi istiqamətində olmalıdır.
Ona görə də öhdəliklərin müəyyən edilməsi olduqca vacibdir. Öhdəliklər
müəyyən edilmədən və öhdəliklərə görə məsuliyyət artırmadan problemin
qarşısını almaq mümkün deyil.“
Azərbaycan hökuməti saxta narkotik ittihamları ilə siyasi fəalları susdurur
Human Rights Watch təşkilatının mayın 27-də yaydığı bəyanatda
bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama
ittihamlarından istifadə etməklə onu tənqid edən siyasi fəalları
susdurur.
Qurum son vaxtlar dörd fəalın həbsiylə bağlı araşdırma apardığını, onlardan üçünün polisdə pis rəftarla üzləşdiyini bəyan edir.
Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib:
«Hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi
əslində yeni hal deyil. Amma son vaxtlarda baş verən hallar, xüsusilə
seçkilər yaxınlaşdıqca hökumətin tənqidçilərə qarşı apardığı
kampaniyanın tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi
fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı
verir».
Human Rights Watch bildirir ki, Azərbaycan hökuməti saxlanma
yerlərində baş vermiş pis rəftar iddiaları ilə bağlı dərhal tərəfsiz və
səmərəli araşdırmaya başlamalı, qaldırılan ittihamların həqiqiliyinin
müstəqil şəkildə qiymətləndirilməsinə qədər fəallar azadlığa
buraxılmalıdır:
«Həbs olunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha
pis rəftarla üzləşmək riski var. Hökumət, həbs olunan şəxslərin pis
rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların
öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz
görüşlərinə imkan yaratmalıdır», deyə Gogia bildirib.
«ƏRƏB BAHARI»NDAN SONRA BAŞLAYAN HÜCUM...
Təşkilat hesab edir ki, dörd fəalın həbsi ölkədəki vətəndaş
cəmiyyətinə qarşı «Ərəb Baharı»ndan sonra başlayan hücumun bir
hissəsidir və prezident seçkiləri yaxınlaşdıqca daha da intensivləşir.
HRW yada salır ki, son iki ildə Azərbaycan hökuməti onlarla fəalı,
jurnalisti və hüquq müdafiəçisini şübhəli ittihamlarla və ya heç bir
dəlil olmadan həbs edib. Onlara qarşı narkotik, silah saxlama,
xuliqanlıq və ya ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli
sürüb. 2011-ci ilin avqustundan 2012-ci ilin mayı arasındakı dövrdə
polis ən azı 5 jurnalist və hüquq müdafiəçisinə qarşı saxta narkotik
saxlama ittihamları irəli sürərək həbs edib.
- 9 may tarixində həbs olunaraq və sonra pis rəftara məruz qalan 31
yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan
hökumətini kəskin tənqid edən Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaəddin).
- Oxuduğu xütbədə Azərbaycan hökumətini və xüsusilə prezident İlham
Əliyevi kəskin tənqid edəndən az sonra, martın 31-də həbs olunan və
sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh
Bağırov;
- 26 mart tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı
fəalı Daşqın Məlikov Facebook və digər sosial şəbəkələrdə hökuməti
tənqid edən yazılarından sonra həbs olunub.
- NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizov mart ayının 7-də həbs olunmuş və sonradan pis rəftara məruz qalıb.
NARKOTİK SAXLAMA İLƏ TƏQSİRLƏNDİRİLƏNLƏR
Human Rights Watch bildirir ki, fəallar saxlanıldıqdan sonra polis
onların üzərində az miqdarda narkotik tapdığını iddia edərək narkotik
saxlama ittiham irəli sürüb:
«Polisin bildirdiyinə görə, həbs olunanların üzərində polis
idarəsində aparılan axtarışda narkotik vasitə onların ciblərində,
pulqabında və ya həbs olunan Əzizovun işində isə onun evində aparılan
axtarış zamanı aşkar edilib. Bu axtarışların heç birində həbs
olunanların vəkilləri orada olmayıb və hətta həbsdən bir neçə gün sonra
hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşə bilməyiblər».
Human Rights Watch yada salır ki, günahlandırılan şəxsin vəkillə
əlaqə qurmasına imkan yaradılmaması Mülki və Siyasi Hüquqlar üzrə
Beynəlxalq Paktın və İnsan Hüquq və Azadlıqları üzrə Avropa
Konvensiyasının müvafiq maddələrinin birbaşa pozulmasıdır. Azərbaycan
hər iki bu beynəlxalq müqavilələrin tərəfdaşıdır. Saxlanma yerlərində
pis rəftara məruz qalma həm bu iki beynəlxalq sənədə və həm də
beynəlxalq hüquqi qaydaya əsasən birmənalı şəkildə qadağan edilir.
20 Mayıs 2013 Pazartesi
Beynəlxalq təşkilatlardan hakimiyyətə etiraz
Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) mayın 14-də ölkə parlamentinin qanunvericiliyə repressiv düzəlişləri qəbul etməsini qəti şəkildə pisləyir. Düzəlişləri baş prokuror təqdim edib və bu, prezident seçkiləri ərəfəsində qəbul olunub. Bundan sonra böhtan və təhqirə görə ağır cərimələr onlayn-kontentə, o cümlədən sosial şəbəkələrə şamil ediləcək. Bundan əlavə, inzibati həbsin müddəti iki dəfə uzadılıb. “Düzəlişlər tənqidə qadağa qoyulmasına yönəlib. Düzəlişlər repressiv ab-havaya baxmayaraq, etirazını davam etdirənləri susmağa məcbur etmək məqsədi güdür”, - İGPA-nın birgə bəyanatında deyilir. “Diffamasiyaya görə cinayət təqibini cəmiyyətin daha geniş dairəsinə, o cümlədən onlayn ifadəyə şamil etməklə Azərbaycan hakimiyyəti İlham Əliyevin özünün də bəyan etdiyi islahatların keçirilməsi ilə bağlı öhdəliklərini pozur və beynəlxalq tendensiyaların əksinə hərəkət edir. Eyni zamanda polis icazəsiz mitinqin təşkilinə və ya tabe olmamağa görə istənilən şəxsi inzibati qaydada saxlamaqda tam sərbəstdir. Seçkilərə bir neçə ay qalmış hakimiyyət rejimi tənqid edənləri qorxutmaqda əvvəlkindən daha qətiyyətlidir. İfadə azadlığı üçün mühit gündən-günə pisləşir, jurnalistlər, blogerlər, müxalifət fəalları artmaqda olan təzyiqlərə məruz qalırlar. Bura repressiv qanunlar, həbslər, fiziki hücumlar, böhtan kampaniyaları daxildir.
Beynəlxalq birlik fikrin ifadə olunması azadlığı (o cümlədən İnternetdə) ilə bağlı öhdəliklərini Azərbaycana xatırlatmalıdır və hüquqi islahatları təmin etməlidir”, - bəyanatda bildirilir. Sənəddə konkret qanunverici dəyişikliklər sadalanır, təhlil edilir və səbəb ola biləcəyi nəticələr göstərilir. Bəyanatda jurnalistlərin, blogerlərin və fəalların hüquqlarının pozulması ilə bağlı konkret hallar qeyd olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İGPA Azərbaycan hakimiyyətini aşağıdakılara çağırır:
• söz azadlığına və dinc toplaşmaya, o cümlədən onlayn azadlığına hörmətlə yanaşmağa;
• böhtan və təhqirin dekriminallaşdırılması barədə öz vədlərinə hörmətlə yanaşma;
• icazəsiz toplaşmanın təşkilinə və ya keçirilməsinə görə cəza kimi inzibati saxlamanın ləğvi;
• narazıların cəzalandırılması üçün saxta cəza və ya inzibati işlərdən istifadə edilməsinə son qoyulması;
• KİV işçilərinin və blogerlərin təqib edilməsinə son qoyulması;
• Hilal Məmmədov, Əvəz Zeynallı, Zaur Qurbanlı və həbsdə olan digər jurnalistlərin, blogerlərin və fəalların azad edilməsi.
Bəyanatı Article 19; Freedom House; KİV-ə Beynəlxalq Dəstək, KİV Müxtəlifliyi İnstitutu, Norveç Helsinki Komitəsi, Beynəlxalq PEN-klub, Sərhədsiz Reportyorlar imzalayıblar.
Azərbaycanın Qərb bölgəsindən Mövsüm Səmədova 21 min imzalıq müraciət
Məlum
olduğu kimi ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident
seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda yaşayan
vətəndaşlar-ziyalı, dindar, mömin insanlar Azərbaycan İslam Partiyasının
sədri Mövsüm Səmədova müraciət ünvanlamaq barədə təşəbbüs qaldırıblar
və bu təşəbbüsə artıq ölkənin müxtəlif bölgələrindən minlərlə imza
toplanıb. Vətəndaşlar hazırda 11 saylı cəzaçəkmə müəssisəndə həbs
müddəti çəkən Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsini
xahiş edirlər.
İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonundan ümumilikdə 20 minə yaxın imza atıblar.
Bu rayonların sırasına Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə və Ucardan olan 21700 nəfər də qoşulub. Vətəndaşlar keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulduqlarını bildirirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

Jurnalist və AXCP fəalı mal-qara aksiyasına görə cərimələndi
Mayın 10-da Imişlinin Otuzikikənd kəndinin sakinləri örüş yerlərinin qanunsuz satılmasına etiraz olaraq, mal-qaraları ilə birlikdə rayon Icra Hakimiyyətinin qarşısına gəlib orada aksiya keçirməyə cəhd göstərmişdi. Lakin polislər Icra Hakimiyyətinin yaxınlığında etirazçıların qarşısını kəsərək, onların bir qismini tutub polis şöbəsinə aparmışdılar. Saxlanılanlar arasında AXCP-nin Imişli şöbəsinin fəalı Vüqar Qədirov, aksiyanı lentə alan “Azadlıq” radiosunun əməkdaşı Azər Əli də var idi.
Saxlanılan şəxslər həmin gün buraxılsa da, onlardan başqa yerə getməmək barədə iltizam alınmışdı. Dünən isə onların məhkəməsi keçirilib. Imişli Rayon Məhkəməsinin qərarı ilə onlar polisin qanuni tələblərinə əməl etməməkdə günahlandırılaraq, hər biri 200 manat cərimələniblər.
Jurnalistin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Azadlıq” radiosuna açıqlamasından bildirib ki, məhkəmənin qərarından narazıdır: “Bu, qanunsuz və ədalətsiz bir qərar idi. Cərimə etməklə guya ədalət nümayiş etdirdiklərini göstərmək istəyiblər. Əslində, jurnalistin saxlanması ciddi səhv idi. Biz müdafiə tərəfi olaraq apelyasiya şikayəti verəcəyik”.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.