Əlaqə
25 Temmuz 2013 Perşembe
Bir millətin tarixçəsi “Fələstin”
Birinci Dünya
müharibəsi qurtardıqdan sonra 1919-cu il Paris sülh konfransında Osmanlı Türkiyəsinə
mənsub olan ərazilərin bir hissəsi yeni yaradılmış
Millətlər Liqasının
mandat idarəçiliyinə verildi. O zaman üç qrup mandat müəyyən edilmişdi.
"A" adı altında olan mandat idarəçiliyinə Osmanlı imperiyasının əlindən
alınacaq ərazilər daxil idi. O cümlədən Fələstin. Həmin vaxt belə qərar qəbul
olundu ki, "A" mandatı üzrə Fələstinin idarəçiliyi verilsin İngiltərəyə.
Və 1919-cu ildən II Dünya müharibəsi qurtarana qədər Fələstin ərazisi İngiltərənin
idarəçiliyində olub. Məqsəd isə bundan ibarət olub ki, "A" mandatına
malik olan İngiltərə gələcəkdə bu ərazilərdə müstəqil dövlətlərin yaradılmasını
hazırlamalı idi. "A" mandatının mahiyyətində də məhz bu amil dururdu.
1945-ci ildə II Dünya müharibəsi yekunlaşdıqdan sonra yaradılmış Birləşmiş Millətlər
Təşkilatı (BMT) 1947-ci ildə Fələstinə dair məşhur qətnamə qəbul etdi ki, Fələstin
ərazisində paralel olaraq yəhudi dövləti və ərəb dövləti yaradılsın. Həqiqətən
də 1948-ci il mayın 14-də Fələstinin bir hissəsində yəhudi İsrail dövlətinin
yaradılması elan edildi. Bu hadisədən sonra ərəb dövlətləri ilə İsrail arasında
birinci müharibə başlandı. Bu müharibə 1948-ci ilin mayından 1949-cu ilin
yanvarına qədər davam etdi. Nəticədə, İsrail fələstinlilərə məxsus olan, ərəblər
üçün nəzərdə tutulmuş əraziləri də tutdu. Bu o dövr idi ki, ABŞ, İngiltərə kimi
böyük dövlətlər İsrailə dəstək verirdilər. O vaxtdan bu günə qədər, yəni 60 ildən
çoxdur ki, bu problem həllini tapa bilmir.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.