Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
31 Mart 2013 Pazar
Azərbaycan aksiyaları dağıtmaq üçün xüsusi qurğuları ABŞ-dan alıb
Hakimiyyət nümayişçilərə qarşı LRAD tətbiq etməyə hazırdır
Bazar günü etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin
dağıdılması üçün “səs/akustik top” kimi də tanınan uzaq məsafədən təsir göstərən
akustik qurğu (LRAD “Long Range Acoustic Device”) tətbiq etməyə hazır idi.
Bu qurğular bazar günü ən az dörd yerdə, o cümlədən hakim
Yeni Azərbaycan Partiyasının qərargah-mənzilində görünüb.
“Vikipediya”dakı məlumata görə, LRAD 2000-ci ildə American
Technology Corporation tərəfindən terrorçulardan, piratlardan, hərbi nümayişçilərdən
müdafiə üçün hazırlanıb. İnsanlara təsir üçün 150 desibel gücündə səsdən
istifadə olunur.
Müqayisə üçün reaktiv təyyarənin mühərrikinin səsi təxminən
120 desibel təşkil edir, 130 desibel isə insanın eşitmə aparatını zədələyə bilər.
Ekspertlər iddia edirlər ki, bu sistemlər daxili orqanların
ağır xəsarət almasına səbəb ola bilər.
2007-ci ildə Gürcüstanda hökumət əleyhinə nümayişçilərin
dağıdılması zamanı akustik toplardan istifadə olunub. Nəticədə 508 nəfər tibbi
yardım üçün müraciət etmək məcburiyyətində qalıb. Zərərçəkənlərdə zəhərli maddələr
üçün səciyyəvi olan simptomlar qeydə alınıb: şüurun pozulması, panika, yaddaşın
itirilməsi.
Maraqlıdır ki, Amerika QHT-lərini inqilabi siyasi
texnologiyalar ixrac etməkdə imtina edən Azərbaycan hakimiyyəti özü Qərbdən cəza
vasitələri alır.
Martın 10-da Bakıda “Əsgər ölümlərinə son!” tələbi ilə
keçirilən etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin dağıdılması üçün küçəyə
uzaq məsafədən təsir göstərən akustik qurğu (LRAD “Long Range Acoustic Device”)
çıxarıb. Xəbərdə bildirilir ki, bu qurğular martın 10-da ən azı dörd yerdə, o
cümlədən hakim Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında görünüb. “Yeni
Müsavat”ın aksiyanı izləmiş reportyor qrupu da silahın həmçinin “McDonalds”
restoranının qarşısında, “Zümrüd” restoranının yaxınlığında və Mərkəzi
Universal Mağazanın qarşısında yerləşdirildiyini müşahidə ediblər.
İstanbulda erməni fonduna mehmanxana tikir
İstanbulda fəaliyyət göstərən erməni fonduna mehmanxana və
bina tikmək icazəsi verilib.
Ermənistan mətbuatına verilən xəbərinə görə, Mxitaryan
kolleci və kilsəsi Fondunun 15 min kvadrat metrlik ərazidə tikinti layihəsi təsdiqlənib.
Layihəyə edilən dəyişikliklər nəticəsində indiyədək “İnci
Sineması” kimi tanınan fondun ərazisində erməni kilsəsi və kollec qorunub
saxlanmaqla mehmanxana və yaşayış evi tikiləcək.
Son illərdə rəsmi əlaqələr qurulmasa da Türkiyə ilə Ermənistan
arasında ticarət əlaqələri və hava üçüşlarının sayı artıb.
Qeyd edək ki, dəyişiklik nəticəsində ərazidə ticarət mərkəzi
tikilməsi planı ləğv edilib.
Hacı Mövsüm və digər dindarların kassasiya şikayəti təmin edilməyib
bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Fərhad
Kərimovun sədrliyi ilə Hacı Mövsüm və digər dindarların ilkin məhkəmə
instansiyalarından kassasiya şikayətinə baxılmışdır. Məhkəmə prosesində vəkillərin
ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin olunmamış, bəhanə
kimi məhkumların ərizəsinin olmaması əsas kimi gətirilmişdir.
Müxbirimizin verdiyi məlumata görə, vəkillərin çıxışından
sonra dövlət ittihamçısı məhkəməyə kassasiya şikayətinin təmin olunmaması barədə
çıxış edib və məhkəmənin yekun qərarı fevralın 21-də saat 14.30-a qədər təxirə
salınmışdır.
Qeyd edək ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər
Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi
qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa
cinayətlərdə təqsirli bilinib.
Mövsüm Səmədovla birgə həbs edilən digər dindarlar da şərlənərək
Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə
hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan
predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq
odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə),
278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə
ittiham olunurlar.
Nazirlərin əyləndikləri yer
Azərbyacan Respublikasının nazirləri və onların ailələri
hökumətin 2 milyard avroya yaxın vəsait xərclədiyi Şahdağ Qış-Yay Turizm
Kompleksində əylənirlər.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən
Şahdağ Qış-Yay Turizm Kompleksində əylənərkən idman və gənclər naziri Azad Rəhimov
Yeni Musavat qəzetinin müxbirinin foto-aparatında qaça bilməyib.
Qəzetin müxbiri yazır : “Kompleksdə bizim isə diqqətimizi
kurort zonasında idman və gənclər naziri Azad Rəhimov çəkdi. Nazir kafedə
oturub dincəlirdi. O da xizək sürməkdən gəlmişdi. Onunla birlikdə yaxınları
oturmuşdular. Biz həmin şəxslərin nazirin ailəsi olduğunu güman edib jurnalist
kimi yaxınlaşmağı, onu narahat etməyi etik saymadıq. Nazirin şəkillərini çəkdik”!!
Indi də qadınlar icra hakimiyyətindən narazıdırlar
Zaqatala rayonunun Mamrıx kəndinin qadınlarından ibarət
bir qrup icra hakimi Mübariz Əhmədzadənin əməlləri ilə bağlı etirazlarını
bildirmək üçün Azərbaycan Prezident Administrasiyasına yürüş edəcəklərini
bildirir.
Qadınlar icra hakimiyyəti başçısının fevralın 17-də kəndə gəldiyi
zaman davranışını özləri üçün təhqiredici hesab ediblər. Həmin gün Əhmədzadənin
kartejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan
qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər.
Qadınların bu hərəkəti icra hakimiyyəti başçısını özündən
çıxarıb, o, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb
şokundan iki qadın – M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb.
Bu barədə azadliqnews.tv saytına məlumat verən Mamrıx kənd
sakini Fatimə Əfəndiyeva deyib ki, mayda baş vermiş zəlzələsindən sonra kənddə
bir çox evlər yararsız hala düşüb, lakin bərpa işləri zəif gedir və heç kim
şikayətlərə cavab vermir.
Zəlzələ zamanı yaşadığı mənəvi travma nəticəsində Əfəndiyevanın
oğlu Mərkəzi Tibbi Yardım Xəstəxanasında müalicə alıb. Onun evi yararsız hala
düşüb, lakin FHN evin yaşayış üçün yararlı olduğunu bildirir.
Mənbənin verdiyi məlumata görə, maşında Əhmədzadə ilə yanaşı,
fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var idi və o, qadınların
etirazına heç bir reaksiya verməyib.
Bir gün əvvəl “Kür” vətəndaş cəmiyyəti qərargahının
monitorinq qrupu Zaqatala rayonunda olub. Yerli icra hakimiyyəti rəhbərliyinə və
FHN-ə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin birgə
monitorinqini həyata keçirmək təklif olunub, lakin bu təşəbbüs dəstəklənməyib.
Qara bayraq
Cavanşir küçəsi 38-də Z.Tağıyev adına yataqxanda yaşayanların
mənzil maxinasiyası ilə üzləşmələri barəsində yazmışdıq. Onlar keçən həftə
binlarının qarşısında “Qara bayraq” aksiyası keçirmişdilər.
Dünən hüququ pozulan 80 ailənin hüquqlarını müdafiə edən Ələkbər
Məmmədov “Bizim Yol”a bildirdi ki, keçilən aksiyaya reaksiya olub: “Aldadılmış
vətəndaşların keçirdiyi etiraz aksiyasının mətbutda işıqlandırılmasının təsiri
olub. Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərlə görüşüb, onların tələblərini
dinləyiblər. Qurumun əməkdaşları problemin həll olunacağına vəd veriblər. Məndə
olan məlumata görə, icra hakimiyyətinə göstəriş Nazirlər Kabinetindən olub. Biz
hələ ki, verilən vədin gerçəkləşməsini gözləməkdəyik. Əgər görsək ki, hökumət
vaxt qazanmaq istəyir, yenidən etiraz aksiyalarına başlayacağıq”.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev kombinatına məxsus 5 mərtəbəli
yataqxanada məskunlaşmış 160 ailədən 80-ə 2012-ci ilin mayında mənzil verilib,
qalan 80 ailəyə və əlavə olaraq 12 qaçqın ailəsinə isə mənzil verilməyib.
Yataqxanadakı ailələrə verilən mənzillər 40-45 kv.metr, satdıq mənzillər isə 60
kv.metr olub. Mənzil ala bilməyən qalan 80 ailənin nümayəndələri müraciət
etdikdə onlara mənzillərin artıq satıldığı deyilib.
2 Mart 2013 Cumartesi
Azərbaycan Ordusu daha bir əsgərini itirib
Göyçayın Kürdəmiş kəndindən olan Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmalı şəkildə dünyasını dəyişib.
Avropa.info saytının yaydığı məlumatda əsgərin cəsədini gətirən hərbçilərin meyiti açmağa icazə vermədiyi qeyd olunmuşdu.
Müəmmalı əsgər ölümü - Valideynləri əsgərin özünə qəsd etməsinə inanmırlar
Hal-hazırda Göyçayda olan hüquq müdafiəçisi Oqtay İsgəndərli açıqlamasında deyib ki, Hərbi Komissarlıqdan əsgərin valideynlərinə verilən ekspertiziya rəyində bir cümlə qeyd olunub: "Güllə beyin qapaq nahiyyəsinə dəyərək ölüb".
"Güllə mərhumun sağ qulağının yanından dəyib. Bizdə olan məlumata görə hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Valideynləri deyir ki, uşağın özünə qəsd etməsinə inanmırlar. Onlar təkrar ekspertizanın keçirilməsini istəyirlər. PKM markalı pulemyotla özünə qəsd etmək absurt məsələdir. Bu mümkünsüzsür",-deyə hüquq müdafiəçisi deyib.
PKM-lə özünü güllələmək mümkün deyil
musavat.com əməkdaşı Göyçayda olub, o, bir aydan sonra tərxis olunacaq əsgərin müəmmalı intiharı barəsində yeni məlumatlar əldə edub.
Əməkdaşımızın dediyinə görə, əsgərin valideynləri intihar versiyası ilə barışmırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
Onların təzyiqi ilə əsgərin cəsədinə baxış keçirilib və məlum olub ki, mərhumun sağ gicgahında güllə yarası var və beyin qapağı yoxdur. Əvvəlcə valideynlərə onların oğlunun əsgər yoldaşı tərəfindən vurulduğu bildirilsə də sonradan PKM markalı pulemyotla özünü vurduğunu deyiblər.
Ancaq əsgərin silahlardan baş çıxaran qohum-əqrəbası adı çəkilən silahın lüləsinin iki metrə yaxın olduğunu bildirərək, onunla adamın öz başına atəş açmasının mümkünsüzlüyünü bilidiriblər.
Əməkdaşımız bildirir ki, bu hadisə mərhum əsgərin doğulduğu kənddə ciddi narazılıq yaradıb.
Müdafiə Nazirliyi: Əsgər özü-özünü güllələyib
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.
17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi mətbuat xidmətindən verdiyi məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.
Şirin-şirin danışmaqla deyil, bunun adı oğurluqdur
| Evin qapısından və ya pəncərəsindən girib, ələ gələn nə varsa, qarət edirlər. Heç düşünmədən deyirik ki, oğrular evi yarıb. | |
|
Və ya
basırıqda kimsə cibinizə girib, maaşdan qalan 5-10 manatınızı çıxarır.
Bu da oğurluqdur. Oğurluğun müxtəlif növləri, variantları var. Bazarda
önə yaxşı mal düzüb, ancaq siz alanda arxadan xarabı, çürüyü torbanıza
dolduranlar da oğurluq edirlər. Parça alırsınız, satıcı arşını
hərləyəndə hərəsindən 2-3 sm qırpır, bu da oğurluqdur. Tərəzidə sizi
aldadırlar. Son dövrlərdə ən geniş yayılmış oğurluq növlərindən biri də
budur. Bilmirsən işlətdikləri tərəzinin yayını boşaldırlar, yoxsa onu
çəpinə tuturlar, hər nədirsə, bir üsulla sizə üç kilo alma əvəzinə, 2
kilo yarım alma çəkirlər. Bu da oğurluqdur. Oğurluq təkcə birinin qapısını qırıb, evindəki əşyasını oğurlamaq, yaxud cibindən pul kisəsini çıxarmaqla məhdudlaşmır. Dükanlarda, bazarlarda, bütün alış-veriş yerlərində oğurluğun müxtəlif növlərinə rast gəlirik. Alma çəkəndə bizi aldadan satıcı cibimizdən yarım kilo almanın haqqını oğurlayır. Oğurluq istər dinimizdə, istərsə də cəmiyyətimizdə ən çox qınanan əməllərdəndir. Qurani-Kərimdə ölçüdə və çəkidə insanları aldadanların dəhşətli cəzaya məruz qalacaqları bildirilməkdədir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd də (s.ə.s.) tacirləri bu mövzuda həssas olmağa çağırmış, ticarətdə insanları aldadanları dəhşətli əzab və cəzanın gözlədiyini söyləmişdir. Son dövrlərdə, xüsusilə də bazarlarımızda bu problem ən çox rast gəlinən hallardan biridir. Aldadıldığını anlayan müştəri satıcı ilə deyişir, aldığını geri qaytarır. Satıcılar arasında razılaşdırılmış belə bir gizli qayda var ki, heç kim başqasının çəkdiyi malı tərəziyə qoyub yoxlamır. Oğurluq, yalançılıq insanı, sözün hər mənasında, fəlakətə, uçuruma aparır. Ticarətin ilk şərti doğru danışmaqdır Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) Mədinədə bazarda dolaşarkən bir nəfərin buğda satdığını görür. Əlini buğdanın içinə salır və altının yaş olduğunu görür. Peyğəmbərimiz bu vəziyyətdən tutulur və “bizi aldadan bizdən deyildir” buyurur. Üzdən quru görünən buğdanın altının yaş olması Peyğəmbərimizin heç də xoşuna gəlmir və o bu vəziyyəti satıcının yalançılığı kimi qiymətləndirir. Həqiqətən də, ticarət həyatında dürüstlük, satılan malın yaxşı və ya pis tərəflərini müştəriyə söyləmək çox mühüm məsələdir. Bəzən alıcı malı əməlli-başlı yoxlamadan alır, bir qədər sonra isə geri qaytarmaq istəyir. Nəticədə tərəflər arasında narazılıq meydana çıxır. Yenə bu mövzuda Peyğəmbərimizin buyruqlarına müraciət edək. Bir dəfə o, bazarda yaxşı və pis malı qarışdıraraq satan satıcıya məsləhət görür ki, malı çeşidləsin, yaxşısını baha, pisini ucuz qiymətə satsın. Bu da mühüm məsələdir. Çünki bir qədər əvvəl dediyimiz kimi, adam malın yaxşısını önə yığır, torbaya doldurmaq məqamı gələndə xarabları işə salır. Dürüstlük əxlaqın ən gözəl cəhətlərindən biridir. Cəmiyyətdə dürüst insanlar nə qədər çox olsa, o cəmiyyətin xeyir-bərəkəti də çox olar. |
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.






