Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
31 Mart 2013 Pazar
Hacı Mövsüm və digər dindarların kassasiya şikayəti təmin edilməyib
bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Fərhad
Kərimovun sədrliyi ilə Hacı Mövsüm və digər dindarların ilkin məhkəmə
instansiyalarından kassasiya şikayətinə baxılmışdır. Məhkəmə prosesində vəkillərin
ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin olunmamış, bəhanə
kimi məhkumların ərizəsinin olmaması əsas kimi gətirilmişdir.
Müxbirimizin verdiyi məlumata görə, vəkillərin çıxışından
sonra dövlət ittihamçısı məhkəməyə kassasiya şikayətinin təmin olunmaması barədə
çıxış edib və məhkəmənin yekun qərarı fevralın 21-də saat 14.30-a qədər təxirə
salınmışdır.
Qeyd edək ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər
Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi
qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa
cinayətlərdə təqsirli bilinib.
Mövsüm Səmədovla birgə həbs edilən digər dindarlar da şərlənərək
Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil
dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə
hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan
predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq
odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və
həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə),
278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə
ittiham olunurlar.
Nazirlərin əyləndikləri yer
Azərbyacan Respublikasının nazirləri və onların ailələri
hökumətin 2 milyard avroya yaxın vəsait xərclədiyi Şahdağ Qış-Yay Turizm
Kompleksində əylənirlər.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən
Şahdağ Qış-Yay Turizm Kompleksində əylənərkən idman və gənclər naziri Azad Rəhimov
Yeni Musavat qəzetinin müxbirinin foto-aparatında qaça bilməyib.
Qəzetin müxbiri yazır : “Kompleksdə bizim isə diqqətimizi
kurort zonasında idman və gənclər naziri Azad Rəhimov çəkdi. Nazir kafedə
oturub dincəlirdi. O da xizək sürməkdən gəlmişdi. Onunla birlikdə yaxınları
oturmuşdular. Biz həmin şəxslərin nazirin ailəsi olduğunu güman edib jurnalist
kimi yaxınlaşmağı, onu narahat etməyi etik saymadıq. Nazirin şəkillərini çəkdik”!!
Indi də qadınlar icra hakimiyyətindən narazıdırlar
Zaqatala rayonunun Mamrıx kəndinin qadınlarından ibarət
bir qrup icra hakimi Mübariz Əhmədzadənin əməlləri ilə bağlı etirazlarını
bildirmək üçün Azərbaycan Prezident Administrasiyasına yürüş edəcəklərini
bildirir.
Qadınlar icra hakimiyyəti başçısının fevralın 17-də kəndə gəldiyi
zaman davranışını özləri üçün təhqiredici hesab ediblər. Həmin gün Əhmədzadənin
kartejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan
qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər.
Qadınların bu hərəkəti icra hakimiyyəti başçısını özündən
çıxarıb, o, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb
şokundan iki qadın – M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb.
Bu barədə azadliqnews.tv saytına məlumat verən Mamrıx kənd
sakini Fatimə Əfəndiyeva deyib ki, mayda baş vermiş zəlzələsindən sonra kənddə
bir çox evlər yararsız hala düşüb, lakin bərpa işləri zəif gedir və heç kim
şikayətlərə cavab vermir.
Zəlzələ zamanı yaşadığı mənəvi travma nəticəsində Əfəndiyevanın
oğlu Mərkəzi Tibbi Yardım Xəstəxanasında müalicə alıb. Onun evi yararsız hala
düşüb, lakin FHN evin yaşayış üçün yararlı olduğunu bildirir.
Mənbənin verdiyi məlumata görə, maşında Əhmədzadə ilə yanaşı,
fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var idi və o, qadınların
etirazına heç bir reaksiya verməyib.
Bir gün əvvəl “Kür” vətəndaş cəmiyyəti qərargahının
monitorinq qrupu Zaqatala rayonunda olub. Yerli icra hakimiyyəti rəhbərliyinə və
FHN-ə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin birgə
monitorinqini həyata keçirmək təklif olunub, lakin bu təşəbbüs dəstəklənməyib.
Qara bayraq
Cavanşir küçəsi 38-də Z.Tağıyev adına yataqxanda yaşayanların
mənzil maxinasiyası ilə üzləşmələri barəsində yazmışdıq. Onlar keçən həftə
binlarının qarşısında “Qara bayraq” aksiyası keçirmişdilər.
Dünən hüququ pozulan 80 ailənin hüquqlarını müdafiə edən Ələkbər
Məmmədov “Bizim Yol”a bildirdi ki, keçilən aksiyaya reaksiya olub: “Aldadılmış
vətəndaşların keçirdiyi etiraz aksiyasının mətbutda işıqlandırılmasının təsiri
olub. Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərlə görüşüb, onların tələblərini
dinləyiblər. Qurumun əməkdaşları problemin həll olunacağına vəd veriblər. Məndə
olan məlumata görə, icra hakimiyyətinə göstəriş Nazirlər Kabinetindən olub. Biz
hələ ki, verilən vədin gerçəkləşməsini gözləməkdəyik. Əgər görsək ki, hökumət
vaxt qazanmaq istəyir, yenidən etiraz aksiyalarına başlayacağıq”.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev kombinatına məxsus 5 mərtəbəli
yataqxanada məskunlaşmış 160 ailədən 80-ə 2012-ci ilin mayında mənzil verilib,
qalan 80 ailəyə və əlavə olaraq 12 qaçqın ailəsinə isə mənzil verilməyib.
Yataqxanadakı ailələrə verilən mənzillər 40-45 kv.metr, satdıq mənzillər isə 60
kv.metr olub. Mənzil ala bilməyən qalan 80 ailənin nümayəndələri müraciət
etdikdə onlara mənzillərin artıq satıldığı deyilib.
2 Mart 2013 Cumartesi
Azərbaycan Ordusu daha bir əsgərini itirib
Göyçayın Kürdəmiş kəndindən olan Müdafiə Nazirliyinin Qazaxda yerləşən N saylı hərbi hissəsində xidmət edən, 1990-cı il təvəllüdlü, əsgər Allahverdiyev Seymur Mürvət oğlu müəmmalı şəkildə dünyasını dəyişib.
Avropa.info saytının yaydığı məlumatda əsgərin cəsədini gətirən hərbçilərin meyiti açmağa icazə vermədiyi qeyd olunmuşdu.
Müəmmalı əsgər ölümü - Valideynləri əsgərin özünə qəsd etməsinə inanmırlar
Hal-hazırda Göyçayda olan hüquq müdafiəçisi Oqtay İsgəndərli açıqlamasında deyib ki, Hərbi Komissarlıqdan əsgərin valideynlərinə verilən ekspertiziya rəyində bir cümlə qeyd olunub: "Güllə beyin qapaq nahiyyəsinə dəyərək ölüb".
"Güllə mərhumun sağ qulağının yanından dəyib. Bizdə olan məlumata görə hadisə ilə əlaqədar bir nəfər saxlanılıb. Valideynləri deyir ki, uşağın özünə qəsd etməsinə inanmırlar. Onlar təkrar ekspertizanın keçirilməsini istəyirlər. PKM markalı pulemyotla özünə qəsd etmək absurt məsələdir. Bu mümkünsüzsür",-deyə hüquq müdafiəçisi deyib.
PKM-lə özünü güllələmək mümkün deyil
musavat.com əməkdaşı Göyçayda olub, o, bir aydan sonra tərxis olunacaq əsgərin müəmmalı intiharı barəsində yeni məlumatlar əldə edub.
Əməkdaşımızın dediyinə görə, əsgərin valideynləri intihar versiyası ilə barışmırlar və hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.
Onların təzyiqi ilə əsgərin cəsədinə baxış keçirilib və məlum olub ki, mərhumun sağ gicgahında güllə yarası var və beyin qapağı yoxdur. Əvvəlcə valideynlərə onların oğlunun əsgər yoldaşı tərəfindən vurulduğu bildirilsə də sonradan PKM markalı pulemyotla özünü vurduğunu deyiblər.
Ancaq əsgərin silahlardan baş çıxaran qohum-əqrəbası adı çəkilən silahın lüləsinin iki metrə yaxın olduğunu bildirərək, onunla adamın öz başına atəş açmasının mümkünsüzlüyünü bilidiriblər.
Əməkdaşımız bildirir ki, bu hadisə mərhum əsgərin doğulduğu kənddə ciddi narazılıq yaradıb.
Müdafiə Nazirliyi: Əsgər özü-özünü güllələyib
Azərbaycan Ordusu daha bir əsgərini itirib. Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı “N” saylı hərbi hissədə xidmət edən Göyçayın Kürdəmiş kənd sakini, 1990-cı il təvəllüdlü Allahverdiyev Seymur Mürvət oğlu dünən postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq intihar edib.
17 aydır hərbi xidmətdə olan Seymur Allahverdiyev bu ilin aprelində əsgəri xidmətini başa vuracaqdı. Əsgərin meyiti bu gün səhər saatlarında Göyçaya gətirilərək ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyi mətbuat xidmətindən verdiyi məlumata görə, hadisə ilə bağlı cinayət işi qaldırılıb. İntiharın səbəbi araşdırılır.
Şirin-şirin danışmaqla deyil, bunun adı oğurluqdur
| Evin qapısından və ya pəncərəsindən girib, ələ gələn nə varsa, qarət edirlər. Heç düşünmədən deyirik ki, oğrular evi yarıb. | |
|
Və ya
basırıqda kimsə cibinizə girib, maaşdan qalan 5-10 manatınızı çıxarır.
Bu da oğurluqdur. Oğurluğun müxtəlif növləri, variantları var. Bazarda
önə yaxşı mal düzüb, ancaq siz alanda arxadan xarabı, çürüyü torbanıza
dolduranlar da oğurluq edirlər. Parça alırsınız, satıcı arşını
hərləyəndə hərəsindən 2-3 sm qırpır, bu da oğurluqdur. Tərəzidə sizi
aldadırlar. Son dövrlərdə ən geniş yayılmış oğurluq növlərindən biri də
budur. Bilmirsən işlətdikləri tərəzinin yayını boşaldırlar, yoxsa onu
çəpinə tuturlar, hər nədirsə, bir üsulla sizə üç kilo alma əvəzinə, 2
kilo yarım alma çəkirlər. Bu da oğurluqdur. Oğurluq təkcə birinin qapısını qırıb, evindəki əşyasını oğurlamaq, yaxud cibindən pul kisəsini çıxarmaqla məhdudlaşmır. Dükanlarda, bazarlarda, bütün alış-veriş yerlərində oğurluğun müxtəlif növlərinə rast gəlirik. Alma çəkəndə bizi aldadan satıcı cibimizdən yarım kilo almanın haqqını oğurlayır. Oğurluq istər dinimizdə, istərsə də cəmiyyətimizdə ən çox qınanan əməllərdəndir. Qurani-Kərimdə ölçüdə və çəkidə insanları aldadanların dəhşətli cəzaya məruz qalacaqları bildirilməkdədir. Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd də (s.ə.s.) tacirləri bu mövzuda həssas olmağa çağırmış, ticarətdə insanları aldadanları dəhşətli əzab və cəzanın gözlədiyini söyləmişdir. Son dövrlərdə, xüsusilə də bazarlarımızda bu problem ən çox rast gəlinən hallardan biridir. Aldadıldığını anlayan müştəri satıcı ilə deyişir, aldığını geri qaytarır. Satıcılar arasında razılaşdırılmış belə bir gizli qayda var ki, heç kim başqasının çəkdiyi malı tərəziyə qoyub yoxlamır. Oğurluq, yalançılıq insanı, sözün hər mənasında, fəlakətə, uçuruma aparır. Ticarətin ilk şərti doğru danışmaqdır Bir dəfə Peyğəmbərimiz (s.ə.s.) Mədinədə bazarda dolaşarkən bir nəfərin buğda satdığını görür. Əlini buğdanın içinə salır və altının yaş olduğunu görür. Peyğəmbərimiz bu vəziyyətdən tutulur və “bizi aldadan bizdən deyildir” buyurur. Üzdən quru görünən buğdanın altının yaş olması Peyğəmbərimizin heç də xoşuna gəlmir və o bu vəziyyəti satıcının yalançılığı kimi qiymətləndirir. Həqiqətən də, ticarət həyatında dürüstlük, satılan malın yaxşı və ya pis tərəflərini müştəriyə söyləmək çox mühüm məsələdir. Bəzən alıcı malı əməlli-başlı yoxlamadan alır, bir qədər sonra isə geri qaytarmaq istəyir. Nəticədə tərəflər arasında narazılıq meydana çıxır. Yenə bu mövzuda Peyğəmbərimizin buyruqlarına müraciət edək. Bir dəfə o, bazarda yaxşı və pis malı qarışdıraraq satan satıcıya məsləhət görür ki, malı çeşidləsin, yaxşısını baha, pisini ucuz qiymətə satsın. Bu da mühüm məsələdir. Çünki bir qədər əvvəl dediyimiz kimi, adam malın yaxşısını önə yığır, torbaya doldurmaq məqamı gələndə xarabları işə salır. Dürüstlük əxlaqın ən gözəl cəhətlərindən biridir. Cəmiyyətdə dürüst insanlar nə qədər çox olsa, o cəmiyyətin xeyir-bərəkəti də çox olar. |
23 Şubat 2013 Cumartesi
Abdullah Gül Serj Sarkisyanı təbrik etdi
Türkiyə prezidenti Abdullah Gül Serj Sarkisyana təbrik
ünvanlayıb. “Anadolu” agentliyinin verdiyi məlumata görə, Türkiyənin dövlət
başçısı Serj Sarkisyanı yenidən Ermənistan prezident seçilməsi münasibətilə təbrik
edib.
Elşad Abdullayevdən növbəti video bomba
Hazırda Fransada olan ABU-nun sabiq rektoru Elşad Abdullayev
20 fevral, axşam saatlarında yeni video paylaşacağı ilə bağlı anons verib. Bu
barədə müxbirimizi E.Abdullayevlə bağlı araşdırma aparan Elnur Məcidli məlumatlandırıb.
E.Məcidli deyib ki, videonun 90 faizi artıq yüklənsə də, tam yüklənmə gecə
saatlarında yekunlaşacaq. Biz də qəzet çapa gedən saatlarda yayımlanacaq
videonun tərkibi ilə bağlı oxucuları məlumatlandırmaq istədik. Videogörüntüləri
isə, hər hansı bir əskiklik olmasa, musavat.com saytına yerləşdirəcəyik.
E.Məcidli videonun ümumi tərkibi ilə bağlı məlumat verərək,
onun bütün hissələriylə yayımlanacağını vurğuladı. Müsahibimiz video görüntülərin
09.Xl.2004-cü il tarixində qeydə alındığını dedi. Onun deməsinə görə, videonun əsas
qəhrəmanı DİN polkovniki Rasim İldrımzadədir.
E.Məcidlidən yazılı gələn aşağıdakı mətdə vurğulanır ki,
DİN-in polkovniki Rasim İldrımzadənin cinayət xarakterli əməlləri
aşagıdakılarla xarakterizə olunur :
1. Rasim İldırımzadə Azərbaycanda adam oğurluğu ilə məşğul
olan mütəşəkkil cinayətkar təşkilat - "ölüm eskadronu " tərəfindən
oğurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin geri
qaytarılması ücün qardaşı huquq professoru Elşad Abdullayevədən 1 milyon ABŞ
dolları tələb etmişdir ;
2. Rasim İldrımzadə zərərcəkmiş Elşad Abdullayevlə BDU-nun
huquq fakültəsində birgə oxuduqları dövrü və müəllimləri xatırlayırlar:
3. Rasim İldrımzadə “Mahiri məndən başqa hec kim gətirə bilməz,
Siz mənə qarant durmalısınız “-deyir;
4. Rasim İldrımzadə qeyd edir ki, Mahirin “yerini bilirəm, o,
sag-salamatdır, gözümlə görmüşəm”;
5. Rasim İldrımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki,
Mahiri 3-5 günə şəxsən gətirib təhvil verəcəm Sizə ;
6. “Mahir hazırda Azərbaycanın sərhəddindədir”;
7. “Mahiri siravi oğrular oğurlamayıbdır, hökumətin icindəki
banditlər oğurlayıbdır”;
8. “Mahirə görə kim sənin yanına gəlsə qov getsin, hətta mənim
adımdan da gəlib desələr belə, yaxınına buraxma”;
9. “Mahir sağdır gəlib nə olubsa hər şeyi sənə danışacaq , sənilə
telefonla danışmağa qoymurlar”;
10. “Elsad muəllim Mahiri məndən alarasan, bu gündən Mahirə mənəm
cavabdeh” .
Video internetə yüklənən kimi biz də oxucularımızı
onunla bağlı daha geniş məlumatlandırmağa çalışacağıq.
19 Şubat 2013 Salı
Xırdalanda evləri su basıb
Xırdalan şəhər H.Zərdabi küçəsi məhəllə 26-nın sakinləri özləri
demişkən az qala hər ailəyə bir qayıq almalı olacaqlar
Çünki yaşadıqları ünvanda kanalizasiya, çirkab sularının həyətyanı
sahələrə, evlərin içinə qədər dolması onların yaşayışını sözün həqiqi mənasında
dözülməz hala salıb. İndi biçarə sakinlər dizdən olan bu çirkab suların içində
övladlarını kürəklərinə alaraq, iş başına növbə ilə geyindikləri rezin çəkmələrlə
getməyə məcburdurlar. Deyirlər ki, hətta bir neçə sakin bu çirkab sularında
yıxılıb, ayağı sınıb, amma mövcud vəziyyət təcili tibbi yardım maşının əraziyə
daxil olmasına imkan verməyib. Çirkab suyunun istər ahıllar, istər gənc, istərsə
də uşaqlar üçün yaratdığı xəstəliklərsə heç şübhəsiz qaçılmazdır.Buradakı vəziyyətin
ələxüsus yağış yağanda daha da acınacaqlı hala düşdüyünü deyən sakinlər evlərinə
çay kimi axan suyun qarşısını nə vedrə ilə, nə də qabla ala bildiklərini dedilər.
Bənzər vəziyyət qonşu küçələrdə də yaşanırdı. Yəni hərə bir
rezin çəkmədə, ya da gedəcəyi yer üçün şəxsi avtomobilində bu suları yara-yara
addımlayırdı. 26-ci məhəllə sakinlərinin dərdini Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr
departamentinin rəisi Anar Cəbrayıllı ilə bölüşdük. Departament rəisi bildirdi
ki, sözügedən ünvandakı vəziyyətdən xəbərdardılar. Mövcud vəziyyətə səbəbsə ərazidəki
xətlərin köhnə olması, üstəlik ətrafda tikilən göydələnlərin ümumi kanalizasiya
xəttinə qoşulmasıdır. Buna görə də suyu çəkməyə nasosların gücü çatmır. A.C.
bildirdi ki, bütün bu problemlər nəzərə alındığından hələ ötən ilin sonlarından
Xırdalanda çirkab sularının qarşısının alınması üçün layihə hazırlanıb. Hazırda
icrası həyata keçirilən layihəyə əsasən adıçəkilən ərazilərdəki kanalizasiya
suları əvvələr Hövsana axıdılırdısa, indi Lökbatan qəsəbəsində tikiləcək təmizləyici
qurğuya istiqamətlənəcək. 7 km uzunluğunda olan tunel tipli kanalizasiya xətti
həm Masazır, həm də Xırdalan şəhər ərazisindəki çirkab sularını aradan
qaldıracaq. Layihənin tam başa çatacağı tarix 2014-cü ildir.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.







