Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
16 Şubat 2013 Cumartesi
""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
""Ziyalılar
Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur". Bu
açıqlamanı Ziyalılar Forumunun üzvlərindən tanınmış alim-ziyalı Rafiq Əliyev
verib. Forumla qurulmaqda olan hərəkatı eyniləşdirənlərə R.Əliyevin mesajı belə
olub: "Şəxsən mən Rafiq Əliyevlə "El" hərəkatının heç bir əlaqəsi
yoxdur. Bir qrup insanlar ki, hərəkat yaratmaq istəyirlər, bu insanların
kimlikləri də mətbuatda açıqlanıb. Mənim bu insanlara bu mənada heç bir aidiyyətimi
yoxdur, bu hərəkatda da iştirak etmirəm. Ancaq Ziyalılar Forumu təqdir edib ki,
belə bir hərəkat yaranarsa, yaxşı olar. Onu biz qurmuruq. Mən əvvəllər də demişəm,
bu, Ziyalılar Forumunun layihəsi deyil və şəxsən mən Rafiq Əliyev də bu layihədə
təmsil olunmuram".
"Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, inidi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq", - sonda R.Əliyev vurğulayıb.
"Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, inidi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq", - sonda R.Əliyev vurğulayıb.
Bakıda qara bayraqla etiraz
ağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri bu
gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz aksiyası keçiriblər.
Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı
yataqxanasının sakinləri bu gündən öz balkonlarına qara bayraqlar asaraq etiraz
aksiyası keçiriblər.
Bu barədə bu gün hüquq müdafiəçisi Ələkbər Məmmədov Media Mərkəzində
keçirilən mətbuat konfransında bildirib. Onu sözlərinə görə, yataqxanada
yaşayan 80 ailə artıq qəzalı binada qala bilmir, yeni mənzil isə verilmir. Heç
kim sakinlərin şikayətlərinə məhəl qoymur. Yeni ildən əvvəl sakinlər baş
nazirin müavini Abid Şərifovla görüşmüşdülər. O, bir ay ərzində problemin həll
olunacağını vəd etmişdi, lakin olmadı.
Ə.Məmmədov bildirib ki, dünəndən MİS əməkdaşları yataqxananın
qarşısında ərazini abadlaşdırırlar və “yuxarıdan” kiminsə gələcəyini deyirlər.
Bundan əlavə, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini yataqxana ərazisinə
gələrək sakinlərə bildirib ki, onlara mənzil bir şərtlə veriləcək ki, şikayət
etməsinlər.
Hüquq müdafiəçisi həmçinin deyib ki, yataqxananın sakinləri
binaya baxış keçirmək üçün ekspert tutublar. Ekspert deyib ki, 3,5 bal gücündə
zəlzələ olarsa bina uçacaq və təmiri də mümkün olmayacaq.
Ə.Məmmədov qeyd edib ki, sakinlər Prezident
Administrasiyasının qarşısında piket keçirmək niyyətindədir, artıq belə yaşaya
bilmirlər.
Xatırladaq ki, 2000-ci ilin noyabrında baş vermiş zəlzələdən
sonra bina yararsız vəziyyətə düşüb. Paytaxtın İcra Hakimiyyəti yataqxanada
yaşayan 160 ailə üçün yeni binanın tikintisi məqsədilə 40 sot ərazi ayırıb. 18
mərtəbəli, 2 bloklu, 432 mənzilli ev tikilib. Lakin binaya yalnız 80 ailə
köçürülüb. Qalan 80 ailə hələ də yataqxanada qalır.
9 Şubat 2013 Cumartesi
İsmayıllılara da qubalılarla eyni ittihamlar irəli sürüldü
Ombudsman Aparatının əməkdaşları DİN-in Mütəşəkkil Cinayətkarlığa
qarşı Mübarizə Baş İdarəsində 23-24 yanvar İsmayıllı hadisələri üzrə həbs
edilmiş 12 nəfərə baş çəkiblər.
“Bu şəxslər saxlanma şəraitindən və onlara qarşı rəftardan
şikayət etməyiblər”, deyə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında
bildirilir.
10 nəfər barəsində CM-in 186.2.1 (əmlakı qəsdən məhvetmə və
ziyan vurma, zərərçəkmişə böyük ziyan vurulduqda), 233 (ictimai asayişin
pozuntusunun təşkili) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və
ya zorakılıq göstərilməsi) maddələri üzrə cinayət işi başlanıb. Qeyd edək ki,
ötən il Quba hadisələri iştirakçılarına da bu maddələrlə ititham irəli
sürülmüşdü.
Daha iki nəfər – “Çıraq” otelinin inzibatçısı və daha bir nəfər
isə xuliqanlıqda ittiham edilir. Təqsirləndirilən şəxslərin hər biri dövlət
hesabına vəkillə təmin edilib, bu barədə 23-24 yanvar iğtişaşları zamanı
İsmayıllıda olmayan ombudsman işçiləri məruzə edir.
Öz növbəsində, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin
Behbudov və onun köməkçisi Elçin Şirinov da MCMBİ təcridxanasına baş çəkiblər.
Elçin Behbudovun Turan-a verdiyi məlumata görə, o, “Çıraq” otelinin inzibatçısı
Emin Şəmdinov və Bakı sakini Elməddin Məmmədov da daxil olmaqla, 12 məhbusla
görüşüb.
Birinci təqsirini etiraf edərək, hadisə zamanı sərxoş
olduğunu bildirib. Elməddin Məmmədova gəlincə, o, özünü təqsirli bilmir. O, Şəmdinova
hücum olduğunu görərək, onun köməyinə gəlib.
Behbudov İsmayıllı sakinləri ilə də söhbəti edib. “Biz
onların bədənlərinə baxdıq, amma döyülmə izləri görmədik. Onlar saxlanma şəraitindən
və onlara qarşı rəftardan şikayət etməyiblər”, deyə hüquq müdafiəçisi bildirib.
5 Şubat 2013 Salı
Füzuli sakini özünü İcra Hakimiyyətinin qarşısında yandırdı
Füzuli rayonunun Horadiz şəhərində bir nəfər özünü yandırıb.
Füzuli rayon Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs Füzuli rayon
İcra Hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünə od vurub.
Qohumları bildiriblər ki, D.Adıgözəlovun Ağdam rayonundan məcburi
köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub.
Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul
olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə
müraciət ediblər. D.Adıgözəlov dünən Füzuli rayon Polis Şöbəsinin rəis müavini
Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında
üzərinə benzin tökərək özünü yandırıb. D.Adıgözəlov ilkin tibbi yardım göstərildikdən
sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb
İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb. Əhalının sözlərinə görə, yanvarın 25-də İsmayıllı şəhərində keçirilən aksiyada iştirak edənlər polisə çağırılır. Yanvarın 25-inə keçən gecə baş verən hadisələrin iştirakçılarının ardınca bu dəfə səhəri günkü aksiyanın iştirakçılarının da dindirilmə adı ilə İsmayıllı rayon Polis Şöbəsinə çağırılmasına başlanılıb. Aksiyanın videogörüntülərinin incələnməsindən sonra görüntülərdəki adamlar sahə müvəkillərinin vasitəsilə istintaqa cəlb edilir. Polisə getməkdən imtina edənlərin zorla aparılması barədə göstəriş var. Sahə müvəkkillərindən biri etiraf edib ki, onlara xüsusi siyahılar verilib və adı siyahıda olanların gətirilməsi tələb edilir. İlkin məlumatlara görə, saxlanılanları İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov dindirilir.
Bu videoda çoxlu sözlər deyilib və aşkarlama var.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.


