Blog Arşivi

5 Mayıs 2014 Pazartesi

Azərbaycan və Əhli-beyt irsi” kitabı: “Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunub

“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan “Azərbaycan və Əhli-beyt irsi” adlı kitab işıq üzü görüb

DQİDK-nin Mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən və ön sözü Dövlət Komitəsinin sədri Elşad İskəndərov tərəfindən yazılan əsər akademik Vasim Məmmədəliyevin ümumi redaktəsi ilə çap olunmuşdur. Kitabın elmi rəyçisi AMEA-nın M.Fizuli adına Əlyazmalar İnstitutunun direktoru, professor Teymur Kərimlidir.

Əsərdə Azərbaycanın sosial və mədəni həyatının Əhli-beyt irsi ilə bağlı yönlərini tədqiq edən məqalələr öz əksini tapmışdır. Azərbaycanda Əhli-beyt mənsublarının adları ilə bağlı ziyarətgahlar, ədəbiyyatımızda Əhli-beyt irsinin rolu, ölkəmizdəki birgəyaşayış ənənəsinin və dinlərarası tolerantlıq mühitinin formalaşmasında Əhli-beytə olan sevginin rolu, Əhli-beyt irsinin qorunmasında Azərbaycan xalqının rolu və digər mövzularda ölkəmizdəki ilahiyyat sahəsindəki aparıcı mütəxəsislər tərəfindən qələmə alınmış sanballı məqalələrə yer verilmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin tədqiqi sahəsində yazılmış nadir əsərlərdən olan “Azərbaycan və Əhli-beyt irsi” kitabının əsas məqsədi azərbaycanlıların milli kimliynin formalaşmasında, ölkəmizin dini, ədəbi və sosial həyatında tarixən bu irsin oynadığı rolu üzə çıxarmaqdır.

Əsər milli-mənəvi dəyərlərimizin tədqiqi, ənənəvi dini dəyərlərimiz barəsində cəmiyyətin maarifləndirilməsi sahəsində yeni araşdırmaların aparılacağına da ümid verir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel