Blog Arşivi

18 Ocak 2014 Cumartesi

Hüquq müdafiəçiləri İlham Əliyevlə razı deyil


Azərbaycanın hüquq müdafiəçiləri ölkədə siyasi məhbusların olmaması ilə bağlı dövlət başçısı İlham Əliyevin fikirləri ilə razı deyil. Onlar hətta İ.Əliyevin “siyasi məhbus” termininin tərifinin olmadığını söyləməsindən də təəccübləniblər.


İnsan Haqları Klubunun (İHK) rəhbəri Rəsul Cəfərov Turan-ın müxbiri ilə söhbətində xatırladıb ki, Azərbaycan hakimiyyəti “siyasi məhbus” anlayışının olmadığını bildirərək AŞPA məruzəçisi Kristof Ştrasserin səfərinə əngəl törətdikdən sonra Ştrasser AŞPA-nın tapşırığı ilə müvafiq hesabat hazırladı. Həmin hesabatın əsasında 2012-cü il oktyabrın 3-də AŞPA “Siyasi məhbus anlayışı” adlı 1900 saylı qətnamə qəbul etdi.

Sənəddə “siyasi məhbus” anlayışının 5 meyarı müəyyən edilib:

a) əgər saxlanma Avropa İnsan Hüquqları Konvensiyası və ona əlavə protokollarda əksini tapmış əsas zəmanətlərdən birinin - əsasən fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması azadlığı, informasiya, toplaşma və birləşmə azadlığının - birbaşa pozulması ilə həyata keçirilibsə;

b) əgər həbsdə saxlama barədə qərar hər hansı cinayətlə əlaqədar olmadan sırf siyasi səbəblər üzrə çıxarılıbsa;

c) əgər siyasi motivlərlə saxlama zamanı həbsdə saxlanmanın müddəti və şərtləri cinayətə proporsional deyilsə;

d) əgər siyasi motivlərlə saxlama zamanı vətəndaş başqa şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanılıbsa;

e) əgər saxlama açıq-aşkar ədalətsiz çəkişmələrin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

R.Cəfərovun sözlərinə görə, məhz həmin meyarların əsasında İHK, Sülh və Demokratiya İnstitutu və hüquqi araşdırmalar üzrə beynəlxalq birlik 2013-cü ilin oktyabrında Azərbaycanda 142 nəfər siyasi məhbusun olmasına dair siyahı hazırlayıblar.

Lakin siyahı tez-tez dəyişir, belə ki, onların bəzisi əfv edilib, bəzisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və s. Eyni zamanda yeni siyasi məhbuslar var – vətəndaş cəmiyyətinin fəalı Anar Əbilov, bloger Abdul Əbilov.

“Bunu nəzərə alaraq, ölkədə yüzdən çox siyasi məhbus var”, - R.Cəfərov bildirib.

Digər tərəfdən, əgər Azərbaycan hakimiyyəti AŞPA-nı nüfuzlu təşkilat hesab edirsə, onun insan hüquqları və siyasi məhbuslar probleminin həllini tələb edən bəyanatına da hörmətlə yanaşmalıdır.

Bir qrup hüquq müdafiəçisi AŞPA-nın qış sessiyasına (27-31 yanvar) gedəcək. Məqsəd deputatların diqqətini Azərbaycanda insan hüquqları və siyasi məhbuslar probleminə yönəltməkdir.

“Biz bildirəcəyik ki, AŞPA 2013-cü ilin yanvarında siyasi məhbuslarla bağlı Ştrasserin məruzəsini qəbul etmədikdən sonra Azərbaycanda 30 yeni siyasi məhbus var. Odur ki, Avropa Şurası strukturları bu problemlə ciddi məşğul olmalıdırlar. Bundan əlavə, Azərbaycan bu ilin mayında AŞ Nazirlər Komitəsində sədrliyə başlayacaq”, - R.Cəfərov bildirib.

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının rəhbəri Elşən Həsənov  qeyd edib ki,  təkcə 2013-cü ildə Azərbaycanda siyasi motivlərlə 33 jurnalist, bloger, gənc fəal və müxalifət partiyaların üzvləri həbs olunub.

Alyansın məlumatına görə, siyasi məhbusların ümumi sayı 140 nəfərdən çoxdur. Əgər 2012-ci ilin oktyabrında Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı həbs olunmuş “hicab məhbusları”nı da bura əlavə etsək siyasi məhbusların sayı 164 nəfərə çatır, E.Həsənov qeyd edib.

Onun sözlərinə görə, siyasi motivlərlə həbslərə səbəb adamların korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığından narazlığından hakimiyyətin qorxmasıdır.

“Əgər hakimiyyət siyasi məhbusları azad etməsə, biz beynəlxalq birliyi Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağıracağıq”, - E.Həsənov bildirib

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel