Əlaqə
Popüler Yayınlar
28 Temmuz 2013 Pazar
65 il öncə İslam dünyasının ürəyinə sancılan bıçaq - İSRAİL!
İsrail rejiminin yaranmasının 65-ci ili
tamam olur. İsrail rejimi yarandığı gündən bu yana bölgədə qan və göz yaşı
durmayıb. May ayının 14-ü 1948-ci ildə BMT-nin qərarı ilə müsəlman Fələstin
torpaqlarında İsrail adında qondarma respublika qurulması ilə Avropa böyük bəladan
xilas oldu. Yaxın Şərqdə sionist İsrail işğalının xronologiyası 15-ci əsrdən
19-cu əsrədək - Fələstin Osmanlı hakimiyyəti altında olmuşdur.
1876 - İlk Osmanlı parlamentinə Qüdsdən seçilən fələstinli deputatlar da
girir.
1881 - Osmanlı imperiyası xarici dövlətlərdən yəhudilərin Fələstindən kənar
Osmanlı torpaqlarına yerləşməsinə icazə verir.
1882 - Fələstinə ilk sionist köçü dalğası; Osmanlının Həcc ziyarəti və
iş üçün məskunlaşmamaları şərtiylə yəhudilərə icazə verməsi.
1888 - Sionistlərin məskunlaşmaları üçün
Avropa dövlətlərinin Osmanlıya təzyiqlər etmələri.
1891 - Fələstində sionist qüvvələrin əməllərinə qarşı ilk etiraz.
1892 - Osmanlı imperiyasının Osmanlı vətəndaşı olmayan sionistlərə
torpaq satışını qadağan etməsi.
1896 - Avstriyalı sionizmin banisi Teodor Herzlin "Der
Judenstaat"ı ("Yəhudi Dövləti") nəşr etdirməsi; Osmanlı
imperatoru Sultan II Əbdulhəmidin Herzlin Fələstində bir sionist rejimi
qurulması fikrini rədd edir.
1897 - İsveçrənin Bazel şəhərində I sionist konqresinin keçirilməsi və
Dünya Sionist Təşkilatının yaradılması.
1900 - "Kerin Keyemes"in (Yəhudi Milli Fondu) Dünya Sionist Təşkilatının
Fələstində torpaq əldə etmə orqanı olaraq yaradılması.
1905 - 7-ci sionist konqresinin Şərqi Afrikadakı Uqandada bir sionist
dövləti qurulması fikrini rədd etməsi.
1908 - Osmanlıda Jön-Türk İnqilabı (II Hökumət)
1909 - Sultan II Əbdulhəmidin taxtdan uzaqlaşdırılması; İlk sionist şəhəri
Təl-Əvivin yaradılması.
1911 - Ərəblərin Osmanlıdan müstəqillik elan etməsi məqsədiylə Əl-Fatat
məxfi təşkilatının yaradılması.
1913 - Parisdə I Ərəb Milli Konqresinin toplanması.
1914 - I Dünya Müharibəsinin başlanması.
1916 - Məkkə əmiri Şərif Hüseynin Osmanlıya üsyana qalxması.
1917 - Fələstində İstrail rejiminin yaradılması üçün İngiltərənin dəstəyini
ifadə edən Balfor bəyannaməsinin imzalanması; Qüdsdəki Osmanlı ordusunun
İngilislərəyə təslim olması.
1918 - I Dünya Müharibəsinin sonu.
1919 - Versal sülh müzakirələri; I Fələstin Milli Konqresinin Balfor bəyannaməsini
rədd etməsi və müstəqillik istəyinin elanı.
1920 - Fələstində ingilis hakimiyyətinin yaradılması.
1922 - "Cəmiyyəti-Akvam"ın Fələstində ingilis mandatını təsdiqləməsi;
İlk siyahıya almaya görə yəhudi əhalisinin nisbəti 11%, ərəb əhalisi isə
89%-dir.
1922 - ABŞ Nümayəndələr Palatasının Balfor bəyannaməsini dəstəkləməsi.
1929 - Qüdslü fələstinlilərin sionistlərin təzyiqlərinə qarşı üsyanı.
1931 - Növbəti siyahıya almaya əsasən sionist əhalisi 16,9%-ə
çatdırılır.
1933 - Sionist köçü qarşısında ilk ümumi tətil.
1936 - Fələstinin şəhər və kəndlərində milli komitələrin yaradılması;
Böyük Üsyanın başlaması.
1937 - Fələstini ərəb hakimiyyəti və sionist rejimi arasında bölən Peel
Komissiyası Təklifi.
1938 - Peel Komissiyasının təklifini rədd edən və yeni bir təklif təqdim
edən Woodhead Komissiyası.
1939 - İngilis MacDonald hökumətinin sionistlərin Fələstində torpaq
satın almasına, sionist köçünə və Fələstində İsrail rejiminin yaradılmasına
qarşı qərarı; II Dünya Müharibəsinin
başlanması.
1942- Baltimor konfransında Fələstində bir Sionist Millətlər İttifaqının
və sionist ordu yaradılması qərarının verilməsi.
1945 - II Dünya Müharibəsinin sonu; BMT-nin yaradılması.
1946 - İrqun və Stern Ganq sionist təşkilatlarının Qüdsdəki Kral Davud
otelini bombalamaları.
1947- Fələstin mövzusunda BMT Xüsusi Komitəsinin yaradılması; 181 saylı
qətnaməyə əsasən Fələstin ərazisinin Fələstin və İsrail rejimi arasında iki yerə
bölünməsinin təklif
edilməsi.
1948 - İsrail rejiminin elan edilməsi; I ərəb-israil müharibəsi.
1949 - Rodos atəşkəs müqaviləsinin imzalanması.
1950 - Sionist İsrailin didərgin edilmiş fələstinlilərin torpaqlarına
sahib çıxması; Qərbi Şəriyənin İordaniyaya, Qəzzanın Misirə birləşdirlməsi.
1951 - Kral Abdullahın Məscidül-Əqsada öldürülməsi.
1955 - İsrail rejminin Qəzzaya hücum etməsi və soyqırım törətməsi.
1956 - Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra İsrail rejimi,
Fransa və İngiltərənin Misirə müharibə elan etməsi; Sina yarımadasının sionist
İsrail rejimi tərəfindən işğal edilməsi;
1956 - İsrail rejiminin Qalqiliya, Kafr Qasım və Xan Yunisə hücumları və
soyqırım törətməsi.
1957 - İsrail rejiminin Sina yarımadası və Qəzzanı Misirə geri
qaytarması.
1959 - Yasir Ərəfat və tərəfdarları tərəfindən FƏTHin yaradılması.
1964 - Fələstin Azadlıq Təşkilatının (FAT) yaradılması.
1965 - FƏTHin Qərbi Şəriyədə ilk hərbi əməliyyatı.
1967 - 6 Günlük müharibədə İsrail rejiminin Qəzza və Qərbi Şəriyəni
işğal etməsi.
1969 - Yəsir Ərafatın FAT liderliyinə gəlməsi.
1973 - Misir və Suriyanın 1967-ci ildə işğal edilən torpaqları geri
almaq məqsədiylə İsrail rejiminə müharibə elan etmələri, Yom Kippur Müharibəsi;
Yaxın Şərq üzrə Cenevrə Konfransının keçirilməsi.
1974 - BMT və Ərəb Liqasının FAT-ı fələstinlilərin yeganə qanuni nümayəndəsi
olaraq tanıması; Yəsir Ərafatın BMT-də çıxışı.
1975 - FAT-ın BMT Təhlükəsizlik Şurasına daxil olmasına icazə verilməsi;
Sionizmi irqçiliyin bir növü olaraq təyin edən 3379 saylı BMT qətnaməsi.
1978 - İsrail rejiminin cənubi Livanı işğal etməsi; Kemp-Devid müzakirələri.
1979 - İsrail rejimi ilə Misir arasında atəşkəsin imzalanması; BMT Təhlükəsizlik
Şurasının sionist məskunlaşmalarını qeyri-qanuni olaraq qiymətləndirməsi.
1980 - Avropa İqtisadi Birliyinin fələstinlilərin öz müqəddəratını təyin
etmə haqqını tanıması və İsrail rejiminin işğal etdiyi torpaqlardan çəkilməsi
çağırışını səsləndirməsi; İsrail rejiminin Qüds Təməl Qanunu ilə Şərqi Qüdsü rəsmi
olaraq işğal etməsi.
1981 - İsrail rejiminin İraqdakı nüvə obyektlərini və Beyrutu
bombalaması; Ənvər Sədatın öldürülməsi; Suriyanın Holan Təpələrinin sionist
rejimi tərəfindən işğal edilməsi.
1982 - Sionist rejiminin Səbrə və Şatilla qətliamları; Sionist İsrailin
Livanı işğal etməsi.
1986 - Yəhudi alimi Mordexay Vanunun İsrail rejiminin nüvə silahına
malik olmasına dair məşhur açıqlaması.
1987 - I İntifadanın başlaması.
1988 - HƏMAS-ın yaradılması; müstəqil Fələstin dövlətinin elan edilməsi.
1991 - I Körfəz müharibəsi; Madrid Sülh konfransının keçirilməsi.
1993 - I Oslo müqaviləsinin imzalanması.
1994 - Hebronda Xəlil İbrahim məscidi qətliamı; Fələstin
administrasiyasının qurulması;
1995- II Oslo müqaviləsinin imzalanması; İshaq Rabinin sui-qəsd nəticəsində
öldürülməsi.
1996 - Fələstində ilk dəfə seçkilərin keçirilməsi; Yasir Ərafatın dövlət
başçısı seçilməsi; İsrail rejimində Netanyahunun baş nazir olması.
1997 - Hebron razılaşması; Şeyx Əhməd Yasinin sərbəst buraxılması.
1998 - Wye River memorandumunun elan olunması.
2000 - Ariel Şaronun Məscidül-Əqsaya soxulmaqla bu müqəddəs məkanı təhqir
etməsi; II İntifadanın və ya Əl-Əqsa İntifadasının başlanması; II Kemp Devid
zirvəsi.
2001 - Ariel Şaronun İsrail rejiminin baş naziri olması və Fələstinlə
keçirilən sülh müzakirələrinin sona çatdırması; ABŞ-da 11 sentyabr hadisələri.
2002 - İsrail rejiminin Qərb Şəriyənin yenidən işğal etməsi; Səudiyyə Ərəbistanının
sülh cəhdi; ABŞ-ın sülh müzakirələri üçün "Yol Xəritəsi" mülahizəsi.
2003 - Yol Xəritəsininin hər iki tərəf tərəfindən qəbulu; Fələstin idarəetməsində
dəyişiklik edilərək Baş nazirlik mövqeyinin yaradılması; Mahmud Abbas və Əhməd
Kureyin baş nazirliyi.
2004 - Həmas lideri Şeyx Əhməd Yasin və Əbdüləziz Rantisinin İsrail
rejiminin mərmiləriylə qətlə yetirilməsi; Yasir Ərafatın şübhəli ölümü; Mahmud
Abbasın Fələstin muxtariyyatının prezidenti seçilməsi.
2005 - Fəthin seçkiləri qazanması.
2006 - HƏMAS-ın seçkilərdə qalib gəlməsi; Dünyanın HƏMAS-a qarşı
embarqosu; sionist İsrail - Livan müharibəsi, Hizbullahın 33 günlük müharibədə
sionist İsrail rejimi üzərində qələbəsi.
2007 - İsrailin rejiminin Qəzzanı mühasirəyə alması və embarqo tətbiqinə
başlaması; Fəth ilə HƏMAS arasında qarşıdurmaların başlanması və HƏMAS-ın Qəzzada
idarəetməni ələ alması.
2008 - İşğalçı İsrail rejimi ilə HƏMAS arasında 6 aylıq atəşkəsin elan
olunması; atəşkəsin sonunda işğalçı İsrailin rejiminin Qəzzaya hücumu.
2010 - İsrail rejimi humanitar yardım daşıyan Mavi Mərmərə gəmisinə
hücumu.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.