Əlaqə
Popüler Yayınlar
28 Temmuz 2013 Pazar
Rotşildlər, sionizm və Fələstin
Biz İsrail övldlarına kitabda: "Siz mütləq iki dəfə yer
üzündə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz"-bildirdik
İsra surəsi, ayə-4
Deyildiyi kimi Rotşildlərin Fransa qolu Ceyms Rotşild tərəfindən
əsası qoyulub. Onun ölümündən sonra oğlu Alfons Rotşild (1827-1905) Fransa
qolunu ələ keçirdi. 3-cü Napoleonun məğlubiyyətindən sonra 1870 – ci ildə
taladıqları Fransa sərvətindən bir azını məğlub olmuş Fransanın boynuna
qoyulmuş ziyan kimi ödədilər. 1871-72 –ci illərdə Alfons Rotşild böyük məbləğdə
pulu Adolf Tiyer dövlətinə sələmli borc kimi (faiz) verdi. Onun əmisi oğlu
Natan Oğlu Leonil isə 4 milyon lirə məbləğində ingiltərə baş Naziri Dirzailiyə
faiz verdi.
Fransa şaxəsinin ən məşhur üzvü Baron Edmunt Ceymz Rotşild
(1845-1934) Ceymsin ən kiçik oğlu idi. Onun adı İsrailin yaranması və Fələstin
müsəlmanlarının faciəsi ilə sıx bağlıdır. Baron dünya xalqlarından soyulmuş 70
milyon frank qızılı Fələstində müsəlmanların öldürülməsinə, qovulmasına və yəhudilərin
o ərazidə məskunlaşmasına sərf edib. O, siyasi sionizmin öncüllərindən olan Him
Vaysmen və digər sionistlər tərəfindən sionizmin öndəri adlanırdı. Edmund
dünyanın müxtəlif yerlərindən nadir incəsənət əsərlərini oğurlatdırır, eyni
zamanda Avropa ziyalıları ilə sıx əlaqə saxlayırdı. Hətta yəhudi
ensiklopediyasının yazdığına görə Edmuntun təsiri altında Aleksandr Düma (oğul)
bəzi əsərlərində yəhudilərin Fələstinə köç məsələsini önə çəkir və etiraf
edirdi ki, bu təsiri ona Rotşildlər qoyub.
Qeyd edək ki, 1897 –ci ildə Rotşildlər İsveçrənin Bazel şəhərində
Ümumdünya Sionist Təşkilatının əsasını qoymuşdular və Teodor Hersli bu təşkilatın
prezidenti seçmişdilər. Rotşildlərin altıguşəli ulduzu sionistlərin simvoluna
çevrildi. 51 il sonra İsrailin dövlət bayrağında bu simvol peyda oldu.
Edmunt əməli sionizm hərəkatının ilk banisi kimi tanınır.
Çünki məhz onun maliyyəsi səbəb oldu ki, 1883-cü ildə Fələstin ərazilərində ilk
mühacir yəhudi məskənləri meydana şıxdı. Rotşild çox sərt bir təşkilat vasitəsilə
yoxsul yəhudiləri gələcək İsraili qurmaq üçün Fələstinə köçürdür, hətta qəddarlıqdan
çəkinmirdi. Bu sərt rəftar yəhudilər arasında çaxnaşmalar yaradırdı. Rotşild
1887-1893-1899-cu illərdə yəhudi düşərgələrinə baş çəkdi, onlara məsləhətlər
verdi, yəhudi dilində danışmağı, qənaət etməyi, öz dini ayinlərini yerinə
yetirməyi tövsiyə etdi. Həmin səfərlərdə Cövlan məntəqəsində və Fələstinin digər
ərazilərində yəhudiləri məskunlaşdırmaq üçün torpaqlar aldı. Rotşild 14 milyon
frank həcmində vəsait ayırıd ki, 32000 hektar yer alsınlar və 12 yeni məntəqə
salsınlar . 1914-cu ildə Edmunt Fələstinə 4-cü səfərində öz səylərinin nəticəsindən
sevindiyini bildirdi. O eyni zamanda kənd təsərrüfatına vəsait ayırmaqdan əlavə
şərabçılığı da Fələstində yaydı və ibri universitetini təsis etdi. (bu günün
özündə sionizm qədəm basdığı hər ölkədə əsas gücü şərabçılığa qoyur. Bu haqda
sonra danışarıq.) Bu görüşdə Rotşild Him Vaysmenə dedi: "Mən olmasaydım
sionistlər heç bir işi qabağa apara bilməzdilər. Sionistlər də olmasaydı, mənim
işlərim nəticəsiz qalardı." Vaysmen də Rotşildə xitabən onu siyasi və
milli təfəkkür baxımından müdrik adlandırdı. (encyclopeadia judaica, vol 14
p344)
2 noyabr 1917-ci ildə Böyük Britaniyanın xarici işlər naziri
Artur Balfur Volter Rotşildə Böyük Britaniyanın Sionist Federasiyasına ötürmək
üçün bu məzmunda məktub yazdı:
"Xarici işlər nazirliyi, 2 noyabr 1917-ci il.
Cənab lord Rotşild.
Yəhudilərin sionist cəhdlərini dəstəkləyən və nazirlər
kabinetinə baxılmaq üçün təqdim olunmuş deklarasiyanı Hökumət həzrətlərinin
adından sizə təqdim etmək şərəfinə nail oluram:
Əlahəzrət hakim Fələstində yəhudi xalqı üçün milli ocaqların
yaranması məsələsinə razılıqla yanaşır və bütün gücündən bu hədəfə çatmaq üçün
istifadə edəcək. Əlbətə, aydın şəkildə nəzərdə tutulur ki, Fələstində yaşayan
qeyri-yəhudilərin vətəndaş və dini hüquqları, yaxud digər ölkələrdə yaşayan yəhudilərin
istifadə etdikləri hüquqi və siyasi haqlarınnın pozulmasına yol verilməməlidir."
Sizə çox təşəkkür edərdim əgər bu deklarasiyanı Sionist
Federasiyasına çatdırasınız
Hörmətlə, sizin Artur Ceyms Balfur"
Əlbəttə, tarixdə gördüyümüz kimi "...Fələstində yaşayan
qeyri-yəhudilərin vətəndaş və dini hüquqları, yaxud digər ölkələrdə yaşayan yəhudilərin
istifadə etdikləri hüquqi və siyasi haqlarınnın pozulmasına yol verilməməlidir"
cümləsi ancaq kağız üstündə yazılmış quru sözlər idi, əməldə bunun tam əksini
nümayiş etdirdilər.
Sonralar isə Edmunt Fransanı da Balfur deklarasiyasında öz
iradəsinə tabe etməyə müvəffəq oldu.
Birinci Dünya Müharibəsinin sonunda Ceyms Edmuntun oğlu
ingilis zabiti ünvanı ilə Fələstin ərazilərinə daxil oldu. 1923-cü ildə Baron Fələstin
yəhudilərinin yaşayış məskunlarına sərmayə qoydu. Bu işi oğluna tapşırdı, onun
məqsədi yeni yəhudi məntəqələri yaratmaq idi. 1924 və 25-ci illərdə də Rotşild
təzədən Fələstinə getdi və dəstə -dəstə köçüb gələn yəhudilər üçün çıxışlar
etdi. Bu görüşlərin birində Vaysmen dedi: "Mənim etiqadıma görə o,
dövrümüzdə siyasi sionizmin rəhbəridir" David ben Qurion sonralar dedi:
"Yəhudilərin məskunlaşdırılmasının ilk anlarından başlayaraq bizim
dövrümüzə qədər (1949) heç kim onun qədər İsraildə yəhudi məskənlərini qurmaq
üçün səhnədə fəal olmamışdır." Baron 1929-cu ildə yəhudi təşkilatının fəxri
rəisi seçildi. 1934-cü ildə Parisdə öldü, amma işğal olunmuş Fələstin
torpaqlarında 63000 hektar torpaq və 130 düşərgə irs qoydu. Ondan sonra Birinci
Ceymsin nəvələri iyirminci əsrin ikinci yarısında işğalçı İsrail rejiminin əsas
himayədarları və sionizm cərəyanının rəhbərləri oldular. Qabaq qeyd etdiyimiz
kimi Rotşild ingiltərəyə böyük borclar vermişdi və İngiltərəni Süveyş kanalının
çəkilişində təşviq etmişdi. Bununla yanaşı müsəlman Fələstin torpaqlarının yəhudiləşməsi
üçün ilk ciddi addımlar da atdılar.
Bir-birilə ilə güclü rəqabət halında olan Fransa və İngiltərə
müsəlmanların sıxışdırılması və müsəlman torpaqlarının yəhudiləşdirilməsi məsələsində
ixtilaf etmədilər. Fransa kasıb yəhudilərin tədricən Fələstinə köçürmək üçün
planlar cızır, İngiltərə dövlətinin nümayəndəsi Sermunt Fyur isə Osmanlı
sultanı ilə Fələstində torpaqları almaq və orada yəhudiləri məskunlaşdırmaq
üçün danışıqlara cəhd edirdi.
Bundan sonra İngiltərə dövlətinə sələm pul verib
onu özündən asılı vəziyyətə salan Leonil Natan Rotşild açıq-aşkar dövlətin
siyasi məsələlərinə müdaxilə edir. O İngiltərə məclisinə yol tapır, kiçik
qardaşı Antoni Rotşild isə kraliça Viktoriya tərəfindən ser ləqəbinə layiq
görülür. O, ilk dəfə İngiltərə sinaqoqlar İttifaqını təsis edir və iki qızını
yüksək rütbəli ingilisə ərə verir. Yeznələrindən biri Arçi Bald Gladeston hökümətində
xarici işlər nazirliyini ələ almış, sonralar isə baş nazir olmuşdur. Rotşildlərin
nüfuzu hesabına artıq sionizm ideyalarının zəmzəməsi qulaqlara çatmağa başladı
və Britaniya Yaxın Şərqlə ciddi maraqlanmağa başladı. Onlar Osmanlı dövlətini
aradan aparmaq və böyük yəhudi mədəniyyətini yaxın Şərqdə qurmaq üçün səhnəyə
girdilər. Rotşildlərin mövqeyini əks etdirmiş, bu gün də onlardan asılı olan
Londonun Tayms qəzeti 1840-ci ilə İsveçrənin Bazel şəhərində ilk sionist
konqressindən 57 il qabaq 1897-ci ildə ilk sionistlər təşkilatı təsis
olunmazdan qabaq "Suriya-yəhudilərin dönüşü" məqaləsində yazır:
"Beş böyük qüdrətin təklifiilə yəhudilərin öz ata-baba yurdunda məskunlaşması
artıq xəyali bir məsələ deyil."
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.