Blog Arşivi

31 Mart 2013 Pazar

“New York Times” 10 MART aksiyasından yazdı




“Yüzlərlə gənc “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb edib”

Ötən bazar Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirilən aksiya barədə Amerikanın dünyaca məşhur “The New York Times” qəzeti də yazıb. Qəzet qeyd edir ki, Bakıda gənclərin keçirdiyi mitinqdə polis göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
“Yüzlərlə gənc paytaxtın mərkəzində həlak olan əsgərlərə görə ölkə başçısına xitabən “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb ediblər. 80 nəfərdən çox aksiyaçı zorakılığa məruz qalaraq saxlanılıb. Lakin bir müddət sonra onların əksəriyyəti azad edilib”, - deyə qəzet yazır.
Məqalədə bu ilin yanvarında əsgər Cehun Qubadovun orduda ölməsindən bəhs olunur. Qeyd edilir ki, əsgərin anasına onun ürək çatışmazlığından öldüyü deyilib, amma yayılan fotolarda onun bədənində ciddi zorakılıq əlamətləri görünür.
Məqalədə həmçinin aksiya öncəsi NİDA vətəndaş hərəkatının 3 fəalının həbs edildiyi haqda məlumat verilir. “Onlar qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma kimi ittihamlarla həs olunublar”.
Hərəkatın üzvü Zaur Qurbanlı qəzetə bildirib ki, o da bazar günü keçirilən aksiyada iştirak edib. Dostlarını televiziyalarda yayımlanan “etiraflara” təzyiq vasitəsilə məcbur ediblər.

Foto “The New York Times” qəzetindən götürülüb

Azərbaycan aksiyaları dağıtmaq üçün xüsusi qurğuları ABŞ-dan alıb






Hakimiyyət nümayişçilərə qarşı LRAD tətbiq etməyə hazırdır

 Bazar günü etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin dağıdılması üçün “səs/akustik top” kimi də tanınan uzaq məsafədən təsir göstərən akustik qurğu (LRAD “Long Range Acoustic Device”) tətbiq etməyə hazır idi.

Bu qurğular bazar günü ən az dörd yerdə, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının qərargah-mənzilində görünüb.

“Vikipediya”dakı məlumata görə, LRAD 2000-ci ildə American Technology Corporation tərəfindən terrorçulardan, piratlardan, hərbi nümayişçilərdən müdafiə üçün hazırlanıb. İnsanlara təsir üçün 150 desibel gücündə səsdən istifadə olunur.

Müqayisə üçün reaktiv təyyarənin mühərrikinin səsi təxminən 120 desibel təşkil edir, 130 desibel isə insanın eşitmə aparatını zədələyə bilər.

Ekspertlər iddia edirlər ki, bu sistemlər daxili orqanların ağır xəsarət almasına səbəb ola bilər.

2007-ci ildə Gürcüstanda hökumət əleyhinə nümayişçilərin dağıdılması zamanı akustik toplardan istifadə olunub. Nəticədə 508 nəfər tibbi yardım üçün müraciət etmək məcburiyyətində qalıb. Zərərçəkənlərdə zəhərli maddələr üçün səciyyəvi olan simptomlar qeydə alınıb: şüurun pozulması, panika, yaddaşın itirilməsi.

Maraqlıdır ki, Amerika QHT-lərini inqilabi siyasi texnologiyalar ixrac etməkdə imtina edən Azərbaycan hakimiyyəti özü Qərbdən cəza vasitələri alır.


Martın 10-da Bakıda “Əsgər ölümlərinə son!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin dağıdılması üçün küçəyə uzaq məsafədən təsir göstərən akustik qurğu (LRAD “Long Range Acoustic Device”) çıxarıb. Xəbərdə bildirilir ki, bu qurğular martın 10-da ən azı dörd yerdə, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında görünüb. “Yeni Müsavat”ın aksiyanı izləmiş reportyor qrupu da silahın həmçinin “McDonalds” restoranının qarşısında, “Zümrüd” restoranının yaxınlığında və Mərkəzi Universal Mağazanın qarşısında yerləşdirildiyini müşahidə ediblər.

İstanbulda erməni fonduna mehmanxana tikir




İstanbulda fəaliyyət göstərən erməni fonduna mehmanxana və bina tikmək icazəsi verilib.
Ermənistan mətbuatına verilən xəbərinə görə, Mxitaryan kolleci və kilsəsi Fondunun 15 min kvadrat metrlik ərazidə tikinti layihəsi təsdiqlənib.
Layihəyə edilən dəyişikliklər nəticəsində indiyədək “İnci Sineması” kimi tanınan fondun ərazisində erməni kilsəsi  və kollec qorunub saxlanmaqla mehmanxana və yaşayış evi tikiləcək.
Son illərdə rəsmi əlaqələr qurulmasa da Türkiyə ilə  Ermənistan arasında  ticarət əlaqələri və hava üçüşlarının sayı  artıb.
Qeyd edək ki, dəyişiklik nəticəsində ərazidə ticarət mərkəzi tikilməsi planı ləğv edilib.

Hacı Mövsüm və digər dindarların kassasiya şikayəti təmin edilməyib




 bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Fərhad Kərimovun sədrliyi ilə Hacı Mövsüm və digər dindarların ilkin məhkəmə instansiyalarından kassasiya şikayətinə baxılmışdır. Məhkəmə prosesində vəkillərin ərizəsinin olmasına baxmayaraq, məhkumların iştirakı təmin olunmamış, bəhanə kimi məhkumların ərizəsinin olmaması əsas kimi gətirilmişdir.
Müxbirimizin verdiyi məlumata görə, vəkillərin çıxışından sonra dövlət ittihamçısı məhkəməyə kassasiya şikayətinin təmin olunmaması barədə çıxış edib və məhkəmənin yekun qərarı fevralın 21-də saat 14.30-a qədər təxirə salınmışdır.
Qeyd edək ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Mayın 17-də Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib.
Mövsüm Səmədovla birgə həbs edilən digər dindarlar da şərlənərək Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.

Nazirlərin əyləndikləri yer




Azərbyacan Respublikasının nazirləri və onların ailələri hökumətin  2 milyard avroya yaxın vəsait xərclədiyi Şahdağ Qış-Yay Turizm Kompleksində əylənirlər.
Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində əylənərkən idman və gənclər naziri Azad Rəhimov Yeni Musavat qəzetinin müxbirinin foto-aparatında qaça bilməyib.
Qəzetin müxbiri yazır : “Kompleksdə bizim isə diqqətimizi kurort zonasında idman və gənclər naziri Azad Rəhimov çəkdi. Nazir kafedə oturub dincəlirdi. O da xizək sürməkdən gəlmişdi. Onunla birlikdə yaxınları oturmuşdular. Biz həmin şəxslərin nazirin ailəsi olduğunu güman edib jurnalist kimi yaxınlaşmağı, onu narahat etməyi etik saymadıq. Nazirin şəkillərini çəkdik”!!

Indi də qadınlar icra hakimiyyətindən narazıdırlar




 Zaqatala rayonunun Mamrıx kəndinin qadınlarından ibarət bir qrup icra hakimi Mübariz Əhmədzadənin əməlləri ilə bağlı etirazlarını bildirmək üçün Azərbaycan Prezident Administrasiyasına yürüş edəcəklərini bildirir.

Qadınlar icra hakimiyyəti başçısının fevralın 17-də kəndə gəldiyi zaman davranışını özləri üçün təhqiredici hesab ediblər. Həmin gün Əhmədzadənin kartejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər.

Qadınların bu hərəkəti icra hakimiyyəti başçısını özündən çıxarıb, o, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb şokundan iki qadın – M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb.

Bu barədə azadliqnews.tv saytına məlumat verən Mamrıx kənd sakini Fatimə Əfəndiyeva deyib ki, mayda baş vermiş zəlzələsindən sonra kənddə bir çox evlər yararsız hala düşüb, lakin bərpa işləri zəif gedir və heç kim şikayətlərə cavab vermir.

Zəlzələ zamanı yaşadığı mənəvi travma nəticəsində Əfəndiyevanın oğlu Mərkəzi Tibbi Yardım Xəstəxanasında müalicə alıb. Onun evi yararsız hala düşüb, lakin FHN evin yaşayış üçün yararlı olduğunu bildirir.

Mənbənin verdiyi məlumata görə, maşında Əhmədzadə ilə yanaşı, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var idi və o, qadınların etirazına heç bir reaksiya verməyib.

Bir gün əvvəl “Kür” vətəndaş cəmiyyəti qərargahının monitorinq qrupu Zaqatala rayonunda olub. Yerli icra hakimiyyəti rəhbərliyinə və FHN-ə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin birgə monitorinqini həyata keçirmək təklif olunub, lakin bu təşəbbüs dəstəklənməyib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel