Əlaqə
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
-
Mart(12)
-
Mar 31(10)
- Hacı Mövsüm Səmədovun zindandan mesajı
- Son 10 ildə qeyri-döyüş şəraitində 471 əsgər ölüb
- Zabratda etiraz aksiyası
- “New York Times” 10 MART aksiyasından yazdı
- Azərbaycan aksiyaları dağıtmaq üçün xüsusi qurğula...
- İstanbulda erməni fonduna mehmanxana tikir
- Hacı Mövsüm və digər dindarların kassasiya şikayət...
- Nazirlərin əyləndikləri yer
- Indi də qadınlar icra hakimiyyətindən narazıdırlar
- Qara bayraq
- Mar 02(2)
-
Mar 31(10)
- Şubat(12)
- Ocak(58)
31 Mart 2013 Pazar
“New York Times” 10 MART aksiyasından yazdı
“Yüzlərlə gənc “Ali Baş Komandan, cavab ver bizə” deyib,
müdafiə nazirinin istefasını tələb edib”
Ötən bazar Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirilən
aksiya barədə Amerikanın dünyaca məşhur “The New York Times” qəzeti də yazıb. Qəzet
qeyd edir ki, Bakıda gənclərin keçirdiyi mitinqdə polis göz yaşardıcı qazdan və
rezin güllələrdən istifadə edib.
“Yüzlərlə gənc paytaxtın mərkəzində həlak olan əsgərlərə görə
ölkə başçısına xitabən “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə
nazirinin istefasını tələb ediblər. 80 nəfərdən çox aksiyaçı zorakılığa məruz
qalaraq saxlanılıb. Lakin bir müddət sonra onların əksəriyyəti azad edilib”, -
deyə qəzet yazır.
Məqalədə bu ilin yanvarında əsgər Cehun Qubadovun orduda ölməsindən
bəhs olunur. Qeyd edilir ki, əsgərin anasına onun ürək çatışmazlığından öldüyü
deyilib, amma yayılan fotolarda onun bədənində ciddi zorakılıq əlamətləri
görünür.
Məqalədə həmçinin aksiya öncəsi NİDA vətəndaş hərəkatının 3 fəalının
həbs edildiyi haqda məlumat verilir. “Onlar qanunsuz olaraq narkotik vasitələri
əldə etmə, saxlama və ya satma kimi ittihamlarla həs olunublar”.
Hərəkatın üzvü Zaur Qurbanlı qəzetə bildirib ki, o da bazar
günü keçirilən aksiyada iştirak edib. Dostlarını televiziyalarda yayımlanan
“etiraflara” təzyiq vasitəsilə məcbur ediblər.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.