Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
5 Şubat 2013 Salı
Füzuli sakini özünü İcra Hakimiyyətinin qarşısında yandırdı
Füzuli rayonunun Horadiz şəhərində bir nəfər özünü yandırıb.
Füzuli rayon Dilağarda kənd sakini Dünyamin Adıgözəlov adlı şəxs Füzuli rayon
İcra Hakimiyyətinin qarşısında üzərinə benzin tökərək özünə od vurub.
Qohumları bildiriblər ki, D.Adıgözəlovun Ağdam rayonundan məcburi
köçkün olan Zahid adlı bir nəfərlə məhkəmə çəkişməsi olub.
Belə ki, onlar bir müddət şərikli soğan əkib satmaqla məşğul
olublar. Lakin sonradan aralarında narazılıq yaranıb. Bunun üçün də tərəflər məhkəməyə
müraciət ediblər. D.Adıgözəlov dünən Füzuli rayon Polis Şöbəsinin rəis müavini
Rəhim Mirzəyevin qəbulunda olub. Oradan çıxandan sonra isə binanın qarşısında
üzərinə benzin tökərək özünü yandırıb. D.Adıgözəlov ilkin tibbi yardım göstərildikdən
sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib
İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb
İsmayıllı üsyanı ilə bağlı yeni təqib dalğası başlayıb. Əhalının sözlərinə görə, yanvarın 25-də İsmayıllı şəhərində keçirilən aksiyada iştirak edənlər polisə çağırılır. Yanvarın 25-inə keçən gecə baş verən hadisələrin iştirakçılarının ardınca bu dəfə səhəri günkü aksiyanın iştirakçılarının da dindirilmə adı ilə İsmayıllı rayon Polis Şöbəsinə çağırılmasına başlanılıb. Aksiyanın videogörüntülərinin incələnməsindən sonra görüntülərdəki adamlar sahə müvəkillərinin vasitəsilə istintaqa cəlb edilir. Polisə getməkdən imtina edənlərin zorla aparılması barədə göstəriş var. Sahə müvəkkillərindən biri etiraf edib ki, onlara xüsusi siyahılar verilib və adı siyahıda olanların gətirilməsi tələb edilir. İlkin məlumatlara görə, saxlanılanları İsmayıllı Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Kərimov dindirilir.
Bu videoda çoxlu sözlər deyilib və aşkarlama var.
30 Ocak 2013 Çarşamba
Yenə əsgər ölüm xəbəri - “Silahları üstümüzdən çəkin"
“Silahları
üstümüzdən çəkin"
Son iki gündə 3 əsgər ölümü barədə məlumatlar mediaya çıxdı.
20 günün əsgərinin xəstəlikdən dünyasını dəyişməsi xəbəri, 7 ayın əsgərinin
özünə intihar etməsi və 45 gün hərbi xidmətdə olan əsgərin meningitdən vəfat
etməsi. Öncədən bildirək ki, dünyasını dəyişmiş hər üç əsgərin yaxınları rəsmi
məlumatın gerçəkliklə uzlaşmadığını söyləyirlər.
Ötən il dekabrın 9-da hərbi hissədə ölmüş 19 yaşlı əsgər
Zeynal Zeynalov Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissəyə 2012-ci ilin
aprelin 28-də xidmətə çağırılıbmış. Rəsmi məlumatda deyilib ki, o, tabeliyində
olan avtomat silahdan açılan atəş nəticəsində həlak olub.
Indiki durumda bu hadisələr xalqımızda pis təsirləri var
hakimiyyətdə o böyük böyük işlərindən əl çəksin və vətən oğlanlarına ki ölkədən
müdafiyə edirlər baxsın....!!!
28 Ocak 2013 Pazartesi
vəhdət həftəsi mübarək
Dünya üzrə geniş qeyd olunan mübarək "Vəhdət" həftəsini
yaşamaqdayıq. Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaranış fəlsəfəsi olan Həzrət
Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə 23 aprel hərəkatı
"Vəhdət" həftəsi münasibətilə bütün müsəlmanlara təbrik edir.
BAKIDA MÖHTƏŞƏM AKSİYASI
anvarın 26-da Azərbaycanda növbətiaksiyası baş tutdu.Bu
aksiyadan sonra belə bir qənaət də formalaşır ki, artıq Azərbaycan cəmiyyəti
siyasi müxalifətin təşəbbüsləri olmadan da mövcud hakimiyyətə qarşı təşkilatlana,
etiraz edə bilir. İsmayılı üsyanı da belə bir qənaət üçün ciddi material sayıla
bilər.
Sabir bağı, “İçərişəhər” metrosu, “Malakan bağı”, Fəvvarələr
meydanı - hər addımda polis gözə dəyirdi.Gənclər hərəkətə gəldi və şüarlar səsləndirirdilər.
Polis bulvara çatanda isə artıq gənclər dağılışdı. Bir sözlə,
gənclərin İsmayıllı və “Binə” üsyanlarına dəstək aksiyası fərqli taktika ilə
seçildi. Polis isə qeyd etdiyimiz kimi, böyük qüvvədə şəhərə yeridilsə də nədənsə
nümayişləri dağıtmaqda aciz idi. Yalnız tək-tək ələ keçirə bildiyi fəalları
saxlayırdılar.
Aksiyada jurnalistlər, vətəndaş cəmiyyəti fəalları da iştirak edirdilər. Jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə İsmayıl, vəkil İntiqam Əliyev də aksiyada saxlanıldı.
Aksiyada jurnalistlər, vətəndaş cəmiyyəti fəalları da iştirak edirdilər. Jurnalistlər Şahvələd Çobanoğlu, Xədicə İsmayıl, vəkil İntiqam Əliyev də aksiyada saxlanıldı.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.





