Blog Arşivi

17 Mayıs 2014 Cumartesi

Ukraynada döyüşən 400 ABŞ əsgəri haqda

ABŞ təhlükəsizlik şirkəti “Blackwater”in davamı olan “Akademi”yə bağlı muzdlu əsgərlərin Ukraynanın şərqində rus separatçılarına qarşı döyüşməsi haqda iddia irəli sürülmüşdü. Bildirilirdi ki, “Akademi”yə bağlı 400 muzdlu əsgər partizan əməliyyatlarını idarə edir.

Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti mövzuyla bağlı məlumatı Alman xarici kəşfiyyat təşkilatı BND-dən əldə etdiyini bildirir.

xəbərdə Ukraynada təxminən 400 Amerikan muzdlu əsgərin rus aktivislərinə qarşı əməliyyata hazır olduğu bildirilir.

Qəzetdə qeyd olunur ki,...
muzdlu əsgərlər Əfqanıstan və İraqda tapşırıq yerinə yetirən “Blackwater” adlı təhlükəsizlik şirkətinin davamı olan “Akademi”yə bağlı dəstədir. Eyni zamanda yaxşı təhsilli və ağır silahlı əsgərlərin Luqansk şəhərində partizan əməliyyatlarını idarə edir.

Qəzet əldə etdiyi məlumatların Ukraynada xüsusi birliklər tərəfindən təşkil olunan əməliyyatları əks etdirdiyini irəli sürür. Eyni zamanda qəzet, BND-nin bu məlumatları 29 aprel tarixində Almaniya baş nazirliyinə hesabat verdiyini irəli sürür.

Qəzet bir çox maraqlı məqamlara toxunur, rus hərbi hava qüvvələrinin dəfələrlə Ukrayna hava sərhədini qəsdən pozduğunu irəli sürür. Eyni zamanda rus ordusunun qərargah mövqeyində olan əsgərlərin telsiz rabitə danışıqlarını Amerikan kəşfiyyat təşkilatı NSA tərəfindən izlənildiyi, deşifrə edildikdən sonra isə Alman kəşfiyyat təşkilatına ötürüldüyü bildirilir.

Məlumat üçün bildirək ki, “Vikiliks” şəbəkəsi İraq müharibəsində tapşırıq yerinə yetirən əsgərlərin iraqlı vətəndaşlara atəş açaraq öldürdüyünü və işgəncə verdiyini ortaya qoyan sənədlər nəşr etmişdi. Buna görə də “Blackwater” qara adını silmək üçün 2009-cu ildə “Xe Services”, 2011-ci ildə isə “Akademi” adı ilə fəaliyyət göstərmişdi.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel