Blog Arşivi

10 Mayıs 2014 Cumartesi

Fələstin ərazilərinə hücum

Sionistlər Fələstin ərazilərinə hücum ediblər

,Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Beyt Fəcar qəsəbəsinin qərbinə hücum edərək, fələstinliləri zorla evlərindən çıxmağa məcbur ediblər.

Əl-Risalə xəbər portalının məlumatına görə, sionistlər həmçinin İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərinin cənubunda üç fələstinli gənci həbs ediblər.İşğal olunmuş ərazilərdən daxil olan digər bir məlumata görə, sionist rejim ordusuna məxsus dörd hərbi maşın Qəzzə Zolağının cənubunda, Xan Yunus şəhərinin ətrafındakı əkin sahələrini dağıdıblar. Bu təcavüzkarlığı himayə məqsədilə bir neçə sionist tank da sərhəd məntəqədə yerləşib.

Sionist rejim hərbçiləri davamlı olaraq iordan çayının qərb sahilində və Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı hücumlar təşkil edərək, onları evlərini tərk etməyə məcbur edir, əmlaklarına zərər və ziyan yetirirlər.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel