Blog Arşivi

10 Mayıs 2014 Cumartesi

Şeytanın İç Üzü

Kimisə məhkəməyə verməyəcəyinə söz vermiş Fəthullah Gülən sözünün üstündə dayanmadı + Foto

Məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib

  “Xidmət” hərəkatının lideri Fəthullah Gülənin 2000-ci ildə yazdığı kitabda heç kimi məhkəməyə verməyəcəyinə dair söz verdiyi məlum olub.

Azərbaycan KİV-nin məlumatına görə, 17 dekabrdan sonra Fəthullah Gülənin jurnalistlərə qarşı təzminat tələbi ilə məhkəməyə 600-dən çox müraciəti olduğu məlum olub.

Məlumata görə, bu məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib.

Bundan başqa F. Gülən yazdığı kitablardan birində heç kimi məhkəməyə verməyəcəyni də ifadə edib.

2000-ci ildə “Nil” nəşriyyatından çıxan, F. Gülənin müəllifi olduğu “İşığın gördüyü üfüq” kitabının 217-ci səhifəsində, “Allaha aid hüquqa qarışa bilmərəm, mənə aid heç bir haqqdan ötrü heç kimi məhkəməyə verməyəcəyimə söz verirəm” – yazılıb.


0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel