Blog Arşivi

19 Nisan 2014 Cumartesi

QMİ-də halal qida məhsulları istehlakçılarının haqlarının qorunması ilə bağlı İşçi Qrupu yaradılıb

QMİ-də halal qida məhsulları istehlakçılarının haqlarının qorunması ilə bağlı İşçi Qrupu yaradılıb

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclası keçirilib.  QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Şuranın sədri, Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib.

İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan,...
bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.

İndiyədək “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdıran QMİ nümayəndələri gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi təqdirdə halal qida məhsulları istehlakçılarının haqlarının qorunmasının mümkün olacağını vurğulayıblar. Halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi İşçi Qrupun yaradılması qərara alındı. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirilib.

Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil ediliblər.

İclasda, həmçinin məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurəti xüsusi vurğulanıb. Çıxış edən Müfti Salman Musayev QMİ Qazılar Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadənin bölgələrə səfərlərinin olduqca vacib əhəmiyyət daşıdığından danışıb, bu səfərlərin davam etdiriləcəyini bildirib.

İclasda bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi xüsusi vurğulanıb.

İclas iştirakçıları öz çıxışlarında QMİ Qazılar Şurasının bu ilin yanvar ayında verilmiş Fətvasının dindarlar arasında böyük əks-səda doğurduğunu xüsusi vurğulayıblar.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel