Blog Arşivi

19 Nisan 2014 Cumartesi

Vəhhabiliyə qarşı 50 mindən artıq kitab çap edilib Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib.Səsvermə yolu ilə yeni qazilər və səlahiyyətli nümayəndələr seçilib. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son dövrlər görülən işlər barədə məruzə ilə çıxış edib.

Şeyx bildirib ki, vəhhabiliyə və radikallığa qarşı 50 mindən artıq kitab çap edilərək ictimaiyyət arasında, həmçinin vəzifəli şəxslərə, polislərə, icra başçılarına, ağsaqqallara paylanıb. Vəhhabi cərəyanı kitabında doğru istiqamətin, haqqyolunun hansı olduğu izah edilib. Bütün Qafqazın Şeyxi axund və qaziləri radikallığa qarşı mübarizədə fəal olmağa,...
moizə və xütbələrində təbliğat işlərinə diqqət yetirməyə çağırıb.

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə: “Bizim axundlarımızı qazilərimiz elmi şuranın üzvləri bir az fəal olsunlar, qorxmasınlar. Əgər mənəmsə mən də sizə deyirəm, hər hansı bir qüvvə istər din yolunda, istər şiə, istər sünni olsun, istər təkfirçi olsun, istər vəhhabi olsun, istər nurçu olsun və başqa təriqətlər, əgər bunlar Azərbaycanda radikal formada mənim dövlətim var, mənim qərarım var, əgər belə radikal qüvvələr təbliğat aparacaqsa, bizim borcumuz və burda oturanlar hər birinin borcudur, cavabdehlik daşıyır. Bunların qarşısında əyilməmək sizin arxanızda dövlət var, Azərbaycan dövləti var, Azərbaycan qanunları var".

Toplantıda həmçinin son zamanlar qida məhsullarının halallığı ilə bağlı ictimaiyyəti maraqlandıran məsələ müzakirə olunub. Bildirilib ki, halallıq sırf şəriət səciyyə daşıyan məfhum olduğundan dini mərkəzin rəyi vacibdir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel