Blog Arşivi

5 Nisan 2014 Cumartesi

Xaç Yürüşlərinin Davamında Mərkəzi Afrika Respublikasında radikal “xaçpərəstlər” 4 Müsəlmanı amansızcasına Şəhid etdilər


 Mərkəəzi Afrika Respublikasında bədnam “Xaç Yürüşləri” davam etməkdədir.

Ölkədə xüsusi ilə də paytaxt Banqidə yaşayan Müsəlmanlar azğın xristian yaraqlılarının vəhşiliklərindən əziyyət çəkirlər...

Belə ki, bu gün xaçpərəst yaraqlılarının “Anti-Balaka” adlı anti-İslam qruplaşmasının ünsürləri paytaxt Banqidə Müsəlmanların yaşayan məhəlləsinə soxularaq 4 Müsəlman vətəndaşı qətlə yetirmiş və bununla da növbəti cinayət aktını həyata keçirdiblər.

Hücumun dünən xaçpərəst məhəlləsində bombalı hücuma qarşılıq olaraq reallaşdırıldığı bildirilsə də lakin bunun nə dərəcə də doğru olduğu hələ ki, şübhə altındadır.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasının Təhlükəsizlik Nazirliyinə yaxın və adının açıqlanmamasını istəməyən mənbə cari ayın 8-də 3 sivil Müsəlman vətəndaşlarının xüsusi maşınla İmpoko hava limanına gedərkən Paytaxtın Kumpetan məntəqəsində radikal xristian qruplaşmasının silahlı hücumuna məruz qaldıqlarını və onların xaçpərəstlər tərəfindən qətlə yetirdikdən sonra vəhşicəsinə bədən əzalarının tikə-tikə doğrayaraq şaqqaladıqlarını bildirmişdir.

Qeyd edək ki, İmpoko hava limanı yaxınlığında yerləşən Paytaxtın Kumpetan məntəqəsi Fransa Silahlı Qüvvələri və Afriqa İttifaqının hərbiçilərinin ixtiyarındadır. Bu səbəbdən də qeyd olunan məntəqə Müsəlmanlar üçün ən qorxulu yer sayılır. Yarımhərbiçi və qarətgər xristian birləşmələri əksərən bu məntəqələrdə fəaliyyət göstərirlər. Həmçinin, dörd min Müsəlmanın yaşadığı Bodo şəhəri tamamilə boşaldılıb.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel