Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
26 Temmuz 2014 Cumartesi
Qəzzada həlak olanların sayı 900-ə yaxınlaşdı
İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil
etdiyi hücumlarda
208-i uşaq, 101
qadın və 51-i yaşlı olmaqla 884 insan həlak olub. 1779-u uşaq,
1112-si qadın və 230-u yaşlı olmaqla isə 5 min 840 insan yaralanıb.
Səhiyyə Nazirliyi sözçüsü Kudra, İsrailin Qəzzaya təşkil
etdiyi son hücumda biri tibb işçisi olmaqla, 4 insan həyatını itirdiyini bildirib.
İsrailin Xan Yunusa hücumu zaman 7-i bir ailə üzvləri
olmaqla, 8 nəfərin həlak olduğu 20 insanın yaralandığı deyilir.
Qəzzada 12 saatlıq müvəqqəti atəşkəs qüvvəyə minməsindən
sonra bombalanan ərazilərdə axtarış işləri aparılır. Lakin İsrail əsgərləri
ambulanslara və tibbi yardım maşınlarına mane olur. Atəşkəs başlar-başlamaz 20
cəsəd dağıntıların altında tapılıb.
şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü, BMT İsrail rejiminin cinayətlərini araşdıracaq
Qəzzada şəhidlərinin sayı 712-ə, yaralıların sayı isə 4550-ə
yüksəlib. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.
İsrail rejiminin ordusu öldürülən əsgərlərinin sayının 33-ə yüksəldiyini rəsmən etiraf edib. Bundan əvvəl isə bu rəqəm 28 olaraq açıqlanmışdı. HƏMAS isə 65 sionist əsgərinin məhv edildiyini bildirir.
Daha bir sionist əsgəri HƏMAS tərəfindən ötən gecə əsir
götürülüb.
BMT isə İsrail rejiminin Qəzzada həyata keçirdiyi əməliyyatları
araşdırmaq üçün xüsusi komissiya yaratmaq barədə qərara gəlib. BMT-də qəbul
edilmiş bu qərar İsrail rejimi tərəfindən çox ciddi narahatlıqla qarşılanıb.
ABŞ Dövlət Departamentinin sözcüsü Marie Harf isə ötən gecə
verdiyi açıqlamasında deyib: "Beynəlxalq arenada yalnız qalsaq belə, yenə
də İsraili müdafiə edəcəyik"
Onlarla hərbçisinin öldürüldüyünü, yüzlərlə hərbçisinin
yaralandığını, ən azı 2 hərbçisinin əsir götürüldüyünü görən İsrail rejimi
HƏMAS-a atəşkəs çağırışı edib. HƏMAS isə cavabında deyib ki, Qəzzaya tətbiq
olunan embarqo aradan qaldırılmayana qədər atəşkəs olmayacaq.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.










