Blog Arşivi

31 Mayıs 2014 Cumartesi

ABŞ Azərbaycanda vəhabilərdən istifadə edə bilər – ŞOK XƏBƏRDARLIQ!

“Əgər Azərbaycan bu xəbərdarlıqdan nəticə çıxarmasa və mümkün tədbirlərini almasa, o zaman rəsmi Bakı ilə danışıqlar başqa müstəvidə davam edə bilər”. bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Qərbin Azərbaycana təzyiq cəhdi ilə bağlı Rusiyada da aparılan müzakirələr barədə danışarkən deyib. O, ABŞ-ın Azərbaycana hələlik xəbərdarlıq etdiyini bildirib:
“ABŞ hələlik Azərbaycana xəbərdarlıq edir. Problem ondadır ki, Amerika son on ildə heç kimi elə-belə təhdid etməyib və söz oyunları ilə məşğul olmayıb. Əgər o nəyisə deyirsə,...
tez və ya gec, öz maraqlarını reallaşdırır”.
Politoloq “Maydan”ın yerli versiyasının bir dəfə Azərbaycanda sınaqdan keçirildiyini söyləyib:
“Azərbaycanda bir dəfə “Maydan”ın yerli versiyasını sınaqdan keçirməyə çalışıblar. Bu, təxminən 2004-2005-ci illərdə olub. O zaman ölkə küçələrində aktivlik artmışdı. Amma elə o vaxtlar Azərbaycan hakimiyyəti bu aksiyaların sonunun hara gedəcəyini başa düşdü və doğru qərarlar verdi.
Bu gün isə vəziyyət dəyişib, artıq Bakı üçün “Maydan” təhlükəsi yoxdur. Rəngli inqilablar dövrü çoxdan arxada qalıb. İndi separatçıların silahlandırılması və hərbi güc vasitəsilə hakimiyyətə təsiri sınaqdan keçirilir və bu, dəhşətli təhlükədir. Xüsusilə bundan seçkilər zamanı istifadə edirlər. Azərbaycanın spesifik şəraitini nəzərə alsaq, o zaman sizdə vəhabizm və digər dini radikal qruplardan istifadə imkanlarını sınaya bilərlər. Bu ciddi təhlükəyə qarşı çox ciddi ölçülər götürülməlidir”.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar Azərbaycanda “Maydan”ın qacılmaz olduğunu bildirmişdi. Bu açıqlama ictima-siyasi çevrədə ciddi etiraza səbəb oldu və hətta MDB məkanında da müzakirələrə yol açdı. Azərbaycanın sərhədlərini aşan bu müzakirələrdə ABŞ-ın Qafqazı da qeyri-stabil əraziyə çevirmək ehtimalları səsləndirilir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel