Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
20 Ocak 2014 Pazartesi
Yanvarın 20-sində helikopterdən yayılan vərəqlərdə nə yazılmışdı?
1990-cı il 20 Yanvar hadisələrindən sonra hərbi komendantlıq tərəfindən helikopterdən bildiriş vərəqələri atılırdı.
Azərbaycan xalqının mübarizə əzmini hər yolla qırmaq istəyən
rus ordusu və hərbi komendantlıq müxtəlif təbliğat fəaliyyəti də
aparırdı. Komendantlıq müxtəlif bildiriş vərəqələri çap etdirərək Bakı
səmalarından vertolyotlarla aşağı buraxır, televiziyanın işləmədiyi,
qəzet və jurnalların çap edilmədiyi bir zamanda xalqı öz maraqlarına
görə yönləndirməyə çalışırdı.
Həmin çağırış vərəqələrindən 2 bildirişi
oxuculara təqdim edirik. Rus dilində yazılan həmin vərəqələrdən birində
Sovet hakimiyyətinin şəhərdə nəzarəti tam ələ aldıqdan sonra fövqəladə
vəziyyətin ləğv olunacağı və ictimai asayişin bərpa olunacağı deyilir.
Həmin vərəqədə Bakı sakinlərinə səslənilərək, 24 yanvar saat 09:00-a
kimi əllərində olan silahlarını aidiyyatı orqanlara təhvil vermələri
istənilir və həmin şəxslərin heç bir məsuliyyətə cəlb olunmayacağı vəd
edilir.
Digər vərəqədə isə xalqa sakitləşmə
çağırısı edilərək, hökumət qüvvələrinə bu barədə köməklik göstərmələri
xahiş olunur. Vərəqədə Azərbaycanın müəyyən bölgələrindən əhalinin
çeşidli miqdarda silah və sursatı hökumətə təhvil verdikləri iddia
olunur. Xanlar rayonu (Göygöl) sakinlərinin 27 yanvar 1990 tarixinə
qədər 1 zirehli maşın, 1 hərbi piyada nəqliyyat maşını, 242 avtomat və 1
əl pulemyotunu təhvil vermələri nümunə göstərilir. Lənkəran
sakinlərinin də 300-dən artıq odlu silah və 170 000 mərmini təhvil
verdiklərinin yazıldığı vərəqə bu cümlə ilə bitir: “Bakı sakini, doğru
qərar qəbul et və silahını təhvil ver”
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder