Blog Arşivi

14 Nisan 2014 Pazartesi

Nurçulara qarşı əməliyyat: Ötən gecə "nurçu"lara qarşı Bakının Yasamal rayonunda əməliyyat keçirilib

Ötən gecə "nurçu"lara qarşı Bakının Yasamal rayonunda əməliyyat keçirilib

Dünən 22.00 radələrində Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu olan ərazidə, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində,...
Capsella mağazasının yaxınlığında 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində 30 nəfərdən çox insan tutularaq polis maşınları ilə aparılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.Bundan sonra "nurçu"lar açıqlama yayıblar.Ötən gün gecə saatlarında Bakının Yasamal rayonunda polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox insanın vəkili Yasamal Rayon Polis Şöbəsinə müraciət edəcək.

“Nur təriqətinə” məxsus olduğunu deyən şəxslərdən biri ANS PRESS-ə açıqlamasında saxlanılan şəxslərin nurçu olduğunu olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan şəxslər barəsində onlara heç bir məlumat verilmir:

“Onları bölməyə aparıblar. Ordan isə hara apardıqları barəsində bizim məlumatımız yoxdur. Onların saxlanması ilə bağlı günortadan sonra vəkil polis idarəsinə gedəcək. Vəkil ordenlə gedəcək və nə üçün onların saxlandığını öyrənəcək. Saxlanılanlardan heç biri buraxılmayıb. Onlar Nur camatıdırlar, Gülən camaatı deyillər. Ora onların öz evləridir. Orada namaz qılırlar, kitab oxuyurlar. Ora bir kişinin evidir, mülküdür. O evin sahibi Hacıdır. Qanunsuz şəkildə gəlib evə giriblər, sanki orada terrorçular yaşayır”.

Məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz iş günü olmadığı üçün bir nəticə vermədi.

Qeyd edək ki, Bakının Yasamal rayonunda "İnşaatçılar" metrosu ərazisində, Şərifzadə-Talıblı, Xıdır Mustafayev küçələrinin kəsişməsində 2 mərtəbəli yaşayış evində Yasamal rayon polis əməkdaşlarının apardığı əməliyyat nəticəsində saxlanılan 30-dan çox şəxs saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar da müsadirə edilib.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel