Blog Arşivi

16 Nisan 2013 Salı

Xorvatiya hökuməti İlham Əliyevə görə məşhər ayağına çəkildi


 “Özünüzü Şimali Koreya liderini xatırladan bir şəxslə görüşdə necə hiss edirsiniz?”

“Azərbaycanda ailə diktaturası mövcuddur; Əliyevin fəaliyyəti korrupsiya mövzusunda dərslik sayıla bilər; Onun Xorvatiyaya səfəri zamanı hansı dərsi götürmüsünüz”

İlham Əliyevin Xorvatiyaya səfəri yerli hökumətə qarşı sərt ittihamlara səbəb olub. Əliyevin səfərilə əlaqədar Adriatik Institutu Xorvatiyanın baş naziri Zoran Milanoviç və xarici işlər naziri Vesna Pusikə açıq məktub ünvanlayıb. Məktub müəllifləri baş nazir və xarici işlər nazirindən Əliyevlə bağlı bir sıra kəskin suallarına cavab istəyir.
“Bizi dəhşətə gətirən odur ki, Azərbaycan prezidenti Ilham Əliyev Xorvatiyada yüksək səviyyədə qarşılanıb. Xorvatiya vətəndaşları və bu ölkənin vergi ödəyicilərinin mənafeyi naminə bu məsələ ilə bağlı verəcəyimiz suallar var”, - deyə məktubun hansı zərurətdən göndərildiyi əsaslandırılır.
Məktubda öz əksini tapmış sualları təqdim edirik:
- Avropa Ittifaqının digər üzv dövlətləri bu avtoritar dövlət başçısını öz ölkələrində görmək istəmədikləri halda, necə olur ki, Ilham Əliyev Xorvatiyaya gəlir? Avropa Ittifaqı və qanunun aliliyinə hörmət edən digər ölkələr müxalifətçiləri həbsxanaya göndərən Bakıdakı diktatura rejimini pislədiyi bir vaxtda, Ilham Əliyevin Xorvatiyada qəbul edilməsi onlara qarşı çıxmaq deyilmi?
- Əliyevlə görüşmək üçün konkret səbəb var idimi? Bu görüş Xorvatiya prezidentinin rolu deyilmi? Əliyev sizinlə görüşmək üçün öz ölkəsinin baş nazirini gətirə bilməzdimi? Siz bilmirsinizmi ki, Azərbaycanda hökumət Ilham Əliyev və onun ailəsinə xidmət edir?
- Azərbaycanın avtoritar lideri Ilham Əliyev ölkəsinə, xüsusən də atasına diqqəti cəlb eləmək üçün böyük pullar xərcləyir, külli miqdarda vəsait hesabına xarici ölkələrdə onun heykəllərini ucaltdırır. Məsələn, Meksikada və Serbiyada olduğu kimi. Siz Əliyevin atasının heykəlini ucaltmaqla ondan pul almaq istəyirsinizsə, bu halda, yerli və beynəlxalq qəzəblə qarşılaşmağa hazırsınızmı?
- Əliyev deyir ki, o, turizmin inkişafında maraqlıdır. Heç kimə sirr deyil ki, Azərbaycan dəniz kənarında yerləşən daşınmaz əmlakı almaq istəyir və bu sahədə Rusiya investoru ilə rəqabətə girib. Xorvatiya Adriatik dənizi sahilində Azərbaycanın əyaləti olacaqmı?
- Siz Ilham Əliyevlə bu şəkildə əməkdaşlıq etmək üçün Avropa Ittifaqındakı həmkarlarınızla məsləhətləşmisinizmi? Sizin kommersiya razılaşmalarınız nə dərəcədə açıq olacaq? Ilham Əliyev bu tipli məlumatların yayılmasına razılıq veribmi?
- Siz özünüzü tamamilə Şimali Koreya lideri Kim Çen Unu xatırladan bir şəxslə görüşdə necə hiss edirsiniz? Lakin kasıb Şimali Koreyadan fərqli olaraq, bu ölkə neft və qazla zəngindir və burada da ailə diktaturası mövcuddur. Sizin Əliyevlə söz və mətbuat azadlığının boğulması məsələlərinə dair razılaşmanız varmı?
Əliyevin fəaliyyəti korrupsiya mövzusunda dərslik sayıla bilər. Bu ölkədə orta aylıq əməkhaqqı 400 dollardır, prezident və onun ailəsi isə milyardlara sahibdir. Bu barədə Amerikanın CNBC kanalının araşdırma materialından xəbəriniz varmı?
- İlham Əliyevin Xorvatiyaya səfəri zamanı siz hansı dərsi götürmüsünüz və bunun nəticəsində Azərbaycandakı korrupsiya Xorvatiyada da təkrarlanmayacaq ki?



23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel