Blog Arşivi

25 Ocak 2014 Cumartesi

Türkiyədəki səfirliyimiz Suriyaya gedən muzdlu azərbaycanlıların qardaş ölkədən keçdiyini təsdiqlədi



Suriyada Bəşər Əsəd rejiminə qarşı döyüşlərə iştirak edən azərbaycanlıların sayı barədə hər gün yeni xəbərlər yayılır. Bu xəbərlərdə muzdlu azərbaycanlıların sayı ilə bağlı hər ötən gün artım müşahidə olunur.
Dəqiq statistik rəqəmlər açıqlanmasa da, həmin döyüşlərdə ölən muzdlu azərbaycanlıların sayının 100-dən çox olduğu bildirilir. Məlumatlara görə, Suriyaya yollanan Azərbaycan vətəndaşları sərhədi keçmək üçün əsasən Türkiyə ərazisindən tranzit ölkə kimi istifadə edirlər.



Məsələyə münasibət bildirən Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanlı Modern.az saytına bildirib ki, Türkiyədən Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarına qarşı mübarizəyə başlanılıb.

Artıq mübarizədə ilkin nəticələri əldə olunub. Onun sözlərinə görə, üç aydır ki, Azərbaycan vətəndaşlarının Suriyaya getmələri ilə bağlı məsələnin üzərində işlənilir.

“Üç ay öncə Türkiyənin müxtəlif yüksək vəzifəli şəxslərinə bununla bağlı öz etirazlarımızı bildirmişik. Hətta Əhməd Davudoğlu Bakıda olarkən ona da lazımi qaydada bildirildi ki, Azərbaycan vətəndaşlarının Suriyaya getməsinin qarşısı alınsın”.

Türkiyə sərhədlərini aşaraq Suriyaya keçmək istəyən Azərbaycan vətəndaşlarının saxlanılması, geri qaytarılması və deportasiya edilmə hallarının olduğunu da bildirən Elsevər Slmanlı qeyd edib ki, azərbaycanlıların Suriyaya getməsi onlar üçün də çox böyük və ciddi məsələdir. Odur ki, bununla bağlı müvafiq addımlar atılır.

“Konkret say deyə bilməsəm də, Azərbaycan vətəndaşların Suriyaya getməsinin qarşısının alınması halları olub. Həm də belə hallar kifayət qədər olub. Bizim səfirliyimiz Azərbaycan vətəndaşlarının həyatının təhlükəsizliyini daim ön planda tutur. Vətəndaşlarımızı lazım gəldiyi qədər oraya getməmələri üçün məlumatlandırırıq. Müxtəlif vasitələrlə vətəndaşlarımıza xəbərdarlıqlar edirik”.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel