Blog Arşivi

25 Ocak 2014 Cumartesi

Ermənilər əsgərimizi yaraladılar

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Erməni silahlı bölmələri son günlər Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar kəndindəki mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı
Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Cəvahirli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Tovuzdakı qaynaqlarımızdan aldığımız məlumata görə atışma zamanı ordumuzun 1 əsgəri yaralanıb. Həmin əsgər Tapdıq Əhədli hərbi hospitala yerləşdirilib. Ağsudan hərbi xidmətə çağırılan T.Əhədlinin ayağından yaralandığı bildirilir. Bundan əvvəlsə düşmən tərəfinin açdığı atəş nəticəsində Əlibəyli kənd sakini, 38 yaşlı Ruhiyə Əhməd qızı Hüseynova ayaq nahiyəsindən yaralanıb. Əlibəyli sakinləri deyirlər ki, hava qaralandan sonra kənddəki bütün evlər düşmən tərəfindən fasiləsiz olaraq iri çaplı silahlardan atəşə tutulur. Sakinlər ordumuzun düşmənə layiqincə cavab verməməsindən də şikayətlənirlər.

Məlumatı gec aldığımızdan Müdafiə Nazirliyinin mövqeyini öyrənə bilmədik. Növbəti sayımızda Müdafiə Nazirliyinin də mövqeyini dərc etməyə çalışacağıq.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel