Əlaqə
Popüler Yayınlar
- Nazpəri Dostəliyeva İmam Hüseyn ehtiramına ad günü keçirmədi
- Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
- Həbs olunanlar azadlığa buraxılmayana kimi etirazlar davam edəcək
- "Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız
- Qəzzada həlak olanların sayı 900-ə yaxınlaşdı
- Roma Papası İŞİD-ə qarşı
- “Anonymous” hakerləri Azərbaycan hakimiyyətinə müharibə elan etdi və 23 aprel hərəkatına məktub göndərilib
- Ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
2 Şubat 2014 Pazar
Azərbaycanda elektrik enerjisinin qiyməti qalxdı
Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.
AXCP Müsavatın təklifini rədd edib
“Siyasi
partiyaların əsas vəzifəsi seçkilərə hazırlaşmaqdır. Biz həm ölkədəki
siyasi vəziyyəti, həm də partiya strukturlarında durumu araşdırırıq.
Bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qərarımız bu
araşdırma başa çatdıqdan sonra məlum olacaq”.
Silahlı Qüvvələr ötən ay 7 nəfər itirib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına
görə, 2014-cü ilin ilk ayında Azərbaycanın təhlükəsizlik və müdafiə
sektoru 7 nəfər itirib. İtkilərin 2-si döyüş, 5-i qeyri-döyüş
itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar
edib.
Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.
Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.
Baş nazirin müavini: “Azərbaycan müharibəyə hazırdır”
“Azərbaycan müharibəyə hazırdır. Eyni zamanda ermənilərin təxribatları
əsasında atəşkəslə bağlı baş verən hadisələr və onların nəticələri də
Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər
verir”.
“Qarabağda müharibə niyə də indi başlamasın...”
Rusiyalı nüfuzlu ekspert hesab edir ki, Bakının savaş qərarı Kremli
olduqca çətin duruma sala, onun reputasiyasına sarsıdıcı zərbə vura
bilər...
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.