Əlaqə
Popüler Yayınlar
- Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
- Qəzzada həlak olanların sayı 900-ə yaxınlaşdı
- “Anonymous” hakerləri Azərbaycan hakimiyyətinə müharibə elan etdi və 23 aprel hərəkatına məktub göndərilib
- Bakıda sosial tələblərlə daha bir etiraz aksiyası oldu
- ABŞ-ın keçmiş səfiri: “Azəbaycanda heç bir dəyişiklik olmayacaq”
- Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi
- Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşılaşıb”
- 29 dekabr məhbuslarının işindən şikayət verilib
şəhidlərin sayı 712-ə yüksəldi, daha 5 sionist hərbçisi öldürüldü, BMT İsrail rejiminin cinayətlərini araşdıracaq
Qəzzada şəhidlərinin sayı 712-ə, yaralıların sayı isə 4550-ə
yüksəlib. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb.
İsrail rejiminin ordusu öldürülən əsgərlərinin sayının 33-ə yüksəldiyini rəsmən etiraf edib. Bundan əvvəl isə bu rəqəm 28 olaraq açıqlanmışdı. HƏMAS isə 65 sionist əsgərinin məhv edildiyini bildirir.
Daha bir sionist əsgəri HƏMAS tərəfindən ötən gecə əsir
götürülüb.
BMT isə İsrail rejiminin Qəzzada həyata keçirdiyi əməliyyatları
araşdırmaq üçün xüsusi komissiya yaratmaq barədə qərara gəlib. BMT-də qəbul
edilmiş bu qərar İsrail rejimi tərəfindən çox ciddi narahatlıqla qarşılanıb.
ABŞ Dövlət Departamentinin sözcüsü Marie Harf isə ötən gecə
verdiyi açıqlamasında deyib: "Beynəlxalq arenada yalnız qalsaq belə, yenə
də İsraili müdafiə edəcəyik"
Onlarla hərbçisinin öldürüldüyünü, yüzlərlə hərbçisinin
yaralandığını, ən azı 2 hərbçisinin əsir götürüldüyünü görən İsrail rejimi
HƏMAS-a atəşkəs çağırışı edib. HƏMAS isə cavabında deyib ki, Qəzzaya tətbiq
olunan embarqo aradan qaldırılmayana qədər atəşkəs olmayacaq.
Qüds və Ramallahda əliyalın gənclər sionist rejimlə mübarizə aparır
İsrail rejiminin Qəzzaya qarşı işğalçı əməliyyatları 16-cı
gününə daxil olub. Artıq Qəzza ilə yanaşı Ramallahda da fələstinli gənclərin
işğalçı qüvvələrə etirazları yüksələn xətlə davam edir. Təpədən dırnağa qədər
silahlanmış sionist işğalçıları ilə əliyalın gənclərin mübarizəsini aşağıdakı
video materiallardan izləyə bilərsiniz.
Bu video görüntülərdə isə gənclər İsrail rejiminin işğalı altındakı Qüdsün şərqində yerləşən Əbu Diş şəhərində işğalçı hərbi hissələrə etiraz edirlər.
Bu video görüntülərdə isə gənclər İsrail rejiminin işğalı altındakı Qüdsün şərqində yerləşən Əbu Diş şəhərində işğalçı hərbi hissələrə etiraz edirlər.
Britaniyalı deputatdan Qəzza ilə bağlı cəsarətli addım
Böyük Britaniyanın Demokrat Partiyasının deputatı Devid Vardu
bəyan edib ki, Qəzzada yaşasaydı o da İsrail rejiminə raket zərbələri endirərdi.
Bu Vardunu rəsmi "Twitter" bloqunda yazıb, - "RİA Novosti".
Vardunun partiyasının deputatları onun bu açıqlamasını sərt şəkildə
tənqid ediblər. Eyni partiyadan olan Qrant Şepps bildirib ki, Vardu bu sözlərinə
görə, intizam tənbehi alacaq. Qeyd edək ki, Vardu bundan öncəki illərdə də
İsrail rejimini tənqid edib.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.