Blog Arşivi

17 Ağustos 2014 Pazar

Hollandiya vətəndaşı işğalçı İsrailin medalından imtina etdi

İsrail rejiminin təqdim etdiyi “Millətlər arasında ədalət” medalından Holandiya vətəndaşı imtina edib.
91 yaşlı Henka Zanoli ikinci dünya müharibəsi zamanı yəhudi uşağını xilas etdiyi üçün bu medala laiq görülüb. Hollandiya vətəndaşı bu medaldan imtina etməsini, işğalçı İsrail rejiminin Qəzza zolağını bombardman etməsi zamanı 6 qohumunun həlak olması ilə əlaqələndirib.
Henka Zanoli medaldan imtina etməsinin səbəbini yazdığı məktubu Haaqada yerləşən işğalçı İsrail rejiminin səfirliyinə göndərib.
Atası faşistlərin həbsxanasına sürgün olunan və bacısının əri faşistlərə qarşı apardığı mübarizəyə görə edam edilən Zanoli məktubda bunları qeyd edib: "Mən yaxınlarımın ölümündə günahkar olan rejimin verdiyi medalnan fəxr edə bilmərəm".
Qeyd edək ki, İsrail rejiminin Qəzza zolağını bombardman etməsi nəticəsində 2 mindən artıq insan həyatını itirib. Həlak olanların arasında uşaqlar və qadınlar çoxluq təşkil edir.

Nəqədər imkanlara sahib olsalarda acizdilər.

İsrail əsgərləri günlərdir 3 yəhudi gənci axtarırlar.
İsrail ordusu, itkin 3 Yəhudi gənci tapmaq üçün əməliyyatlarını davam etdirir. Qərb Şəriyədə evlərə basqın edən İsrail əsgərləriylə mübahisə edən 1 Fələstinlinin də infarkt keçirərək həyatını itirdiyi bildirildi. İsrail günlərdir, itən 3 Yəhudi gənci axtarır.
Təhlükəsizlik gücləri, 12 İyunda itən gəncləri tapmaq üçün əməliyyat üzərinə əməliyyat təşkil edir. Ancaq İsrailli gəncləri tapmaq məqsədiylə başladılan əməliyyatlarda mülki fələstinlilərə istiqamətli qırğınlar edilir.
İsrail rəhbərliyi, 3 Yəhudi gəncin qaçırılmasından Həması məsul tutmuş, İsrail parlamenti tapılmaları üçün orduya geniş səlahiyyətlər vermişdi. İsrail hökuməti itkilərin tapılması üçün maddi imkanlarını da səfərbər etdi. Hökumətin gənclərin tapılmasına qatqı təmin etmək məqsədiylə yollara və avtomobil dayanacaqlarına təhlükəsizlik kamerası yerləşdirilməsi üçün, təxminən 1 milyon dollar büdcə ayırdığı bildirilir.

İŞİD Britaniya baş nazirini qorxuya salıb: Terrorçulara qarşı bütün dünyanı əməkdaşlığa çağırır

İngiltərənin Baş naziri Devid Kemeron İŞİD haqqında qorxunc fikirlər söyləyib.
Axar.az xəbər verir ki, Baş nazir İŞİD-in göründüyündən də təhlükəli olduğunu bildirib:
“İŞİD müvəffəqiyyət qazanarsa, Aralıq dənizinin sərhədlərində bir terrorçu dövlətlə qarşı-qarşıya qalmış olacağıq. Onlar NATO üzvünə qonşu olacaqlar”.
Baş nazir onu da bildirib ki, İŞİD indi məhf edilməsə, ciddi təhlükələrlə üz-üzə olacağıq:
“Onlar Türkiyə sərhədinə qədər irəliləyiblər. İordaniya və Livan üzərində də onların nəzarəti var. Bu, Avropa üçün real təhlükədir”.
Terror təşkilatının gündən-günə gücləndiyini, minlərlə kilometr əraziyə nəzarət etdiyini deyən Baş nazir terrorçu bir "dövlət"in yaranmağa başladığını etiraf edib:
“Onlar təkcə insanların düşüncələrinə nəzarət etmir. Hazırda minlərlə kilometr ərazidə hakimiyyət qurublar. Bir müddətdən sonra İngiltərə küçələrində də biz onları görə bilərik. Son dərəcə təhlükəli bir zamandayıq”.
Baş nazir çıxış yolunu dövlətlərin əməkdaşlığını gücləndirməklə konkret addım atılmasında görüb:
“Terrorçuların hərəkətlərini öncədən görmək, qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir. Kəşfiyyat məlumalarına əsasən onların hər addımı izlənilməlidir”.
Baş nazir bu mövzuda ərəb ölkələri ilə əməkdaşlığın gücləndirilməsinin də vacibliyini qeyd edib:
“Vahid təhlükəyə qarşı İngiltərə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İran kimi ölkələrlə əməkdaşlıq etməlidir. Prinsipial siyasəti bir kənara atmaq lazımdır”.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel