Blog Arşivi

15 Aralık 2013 Pazar

Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür




Ölkə prezidenti İlham Əliyev dünən Bakıda Dədə Qorqud abidəsinin açılışında deyib ki, ölkəmizin paytaxtı artıq parklar və bağlar şəhərinə çevrilib. Geniş çıxışın bu məqamı diqqətimi daha çox çəkdi, çünki YAP hakimiyyətinin axır 10 illik dövründə - böyük neft pullarının axmağa başlayandan Bakı tikinti meydançasına çevrilib. Bu prosesdə isə ən çox zərbə yaşıllıqlara dəyib. Yeni azərbaycanlıların hakimiyyəti dövründə yaşılıq zolaqlarını, ağacları məhv edib yerində göydələnlər tikməyin onlarla nümunəsi var. 


Bakı onsuz da tarixən yaşıllıq baxımından yoxsul şəhər olub, amma qeyri-peşəkar şəhər planlaması vəziyyəti daha da ağırlaşdırdı. Dünya təcrübəsində yanaşma belədir: yeni tikintilərə start verildikdə hər hektar tikinti üçün yaşıllıq zonasının normativi müəyyən olunur, yeni məskunlaşma ərazilərində yaşayacaq hər 10 000 nəfər üçün sosial infrastruktur ehtiyacı müəyyən edilir (məktəblər, bağçalar, kitabxanalar, mədəniyyət müəssisələri, səhiyyə qurumları və s.), hər 100 (yaxud 1000) maşın hesabı ilə parklama sahələri müəyyən olunur. Bir sözlə, yüksək peşəkarlıqla şəhər planlaşdırılması aparılır. Binalar arasında məsafələr üçün də dünyada qəbul olunmuş standart var: iki yanaşı tikilən bina arasında məsafə belə müəyyən edilir: bir binanın tam hündürlüyü, digər binanın hündürlüyünün 50%-i qədər. Sizcə Bakıda bu standartlardan hansı birinə əməl olunur. 
Nə isə mövzu Bakıda yaşıllıqların vəziyyəti idi... Amma müqayisələr göstərir ki, vəziyyətimiz çox ağırdır. Rəsmi məlumata görə, hazırda Bakının mərkəzi hissəsinin (təxminən 1600 hektar) cəmi 7%-i (115 hektar) yaşıllıqlardan ibarətdir. Dünyada ərazisinin 30%-dən çoxunu yaşıllıqlar təşkil edən paytaxtlar var (məsələn, elə Moskvanın özü). Hazırda Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür. Halbuki, məsələn, dünyanın ayrı-ayrı paytaxt şəhərlərində bu göstərici 10-30 kvadratmetr aralığında dəyişir. 
İndi biz nə təhər özümüzə "parklar və bağlar şəhəri" deyə bilərik. Bu doğru olmayan məlumatları ölkə başçısına kim verir?

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel