Əlaqə
Popüler Yayınlar
- Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi
- Şəhidlər Xiyabanı satıldı
- Lavrovun davranışları vəhşilikdir: Kerri "Lavrovun davranışları vəhşilikdir"
- Azadlıq və bərabərliyin bərpası 23 aprel hərəkatı üçün əsas prinsiplərdəndir...
- Füzuli sakini özünü İcra Hakimiyyətinin qarşısında yandırdı
- İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi
- Seçilən zaman da təsadüfi olmayıb
- 7 qəzet tətil edərək piket keçirmək qərarı verdi
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
6 Mayıs 2014 Salı
Nida”çılara hökm oxunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi önündə gərginlik yaranıb + Foto
Gənclər “Nizami” kinoteatrının qarşısında da oturaq aksiyaya başlayıblar.
Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə hökm oxunandan sonra ərazidə gərginlik yaranıb.
Məlumata görə, məhkəmə önündə toplaşmış gənclər etiraz şüarları səsləndiriblər. Polis sərt müdaxilə ilə gəncləri binanın önündən uzaqlaşdırıb, bu zaman jurnalistlərin də fəaliyyətinə əngəllər yaradılıb. Saxlananlar var.
Daha sonra gənclər “Nizami” kinoteatrının qarşısında oturaq aksiyaya başlayıblar. Bu aksiyaya da polis və mülki geyimlilər kəskin müdaxilə edib. Bəzi şəxslər saxlanıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bir qədər əvvəl “Nida”çılar Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.
Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.

Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder