Əlaqə
Popüler Yayınlar
- Ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq
- Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi
- Azərbaycanda nikaha girən 86 min nəfərdən 11,6 faizi boşanır
- Şəhidlər Xiyabanı satıldı
- mətbuatlara senzura bəsdir
- Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib
- Ingiltərəli ailə İŞİD-ə qoşuldu: 10ingiltərəli ailə İŞİD-ə qoşuldu
- Nə üçün hakimiyyətə bağlı olan amillər korrupsiya , tərəf tutma və tamahkarlıq çoxalıb ?
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
-
Ekim(84)
- Eki 20(1)
- Eki 13(1)
- Eki 10(7)
-
Eki 09(10)
- Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan...
- Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
- Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluq...
- İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və...
- Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir,...
- oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları...
- Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülleten...
- 125 yaşlı nənə səs verdi
- Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
- MSK-dan mobil seçki saxtakarlığı
- Eki 08(11)
- Eki 07(10)
- Eki 06(8)
- Eki 05(7)
- Eki 04(4)
- Eki 03(4)
- Eki 02(11)
- Eki 01(10)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
9 Ekim 2013 Çarşamba
oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq
Milli Şuranın prezidentliyə namizədi Cəmil
Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim
edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1
saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin
işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb
vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin
35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib
Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda
seçki bülleteninin topa halında atıldığı aşkar edilib.
17 saylı Yasamal üçüncü seçki dairəsinin 31
saylı məntəqəsində bu rayonun ərazisində fəaliyyət göstərən 60 saylı MKİS-in
işçiləri həmin seçki məntəqəsində qeydiyyatda olmamalarına baxmayaraq, səsvermədə
iştirak etmələrinə imkan yaradılıb.
22 saylı Nəsimi ikinci seçki dairəsindən səlahiyyətli
nümayəndə Xeyrulla Balaxanlının verdiyi məlumata görə, bu dairənin ərazisində
yerləşən 14 saylı Mənzil İstismar Sahəsinin Ramin adlı rəisi beynəlxalq müşahidəçilərin
gözü qarşısında öz işçilərinin 2, 3 və 4 saylı seçki məntəqələrində təkrarən səs
vermələrini təşkil edib.
15 saylı Yasamal birinci seçki dairəsindən
verilən məlumata görə, bu dairənin 2 və 3 saylı məntəqələrində seçicilər kütləvi
şəkildə qeydiyyatdançıxma vəsiqəsi ilə səs verir.
8 saylı Binəqədi birinci seçki dairəsinin
28 saylı məntəqəsində bir seçicinin bir neçə dəfə təkrar səsverməsi qeydə
alınıb.
27 saylı Sabunçu seçki dairəsinin 2 saylı
seçki məntəqəsində səlahiyyətli nümayəndə Elşən Həsənli məntəqəyə buraxılmır.
8 saylı Binəqədi birinci seçki dairəsinin
15 saylı məntəqəsində seçkidə iştirak edən seçicilərin sayı barədə Dairə Seçki
Komissiyasına şişirdilmiş məlumat
verilib
47 saylı Mingəçevir seçki dairəsində səlahiyyətli
nümayəndə Nurəddin Rüstəmov seçki məntəqəsinə buraxılmır.
120 saylı Cəbrayıl – Qubadlı seçki dairəsinin
29 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya
üzvü Xəqan Əliyevi saxlanılaraq polis
bölməsinə aparılıb.
83 sayli Agcabədi-Füzuli seçki dairəsinin
35 sayli secki məntəqəsində müşahidəçi Anar Gəraylının verdiyi məlumata görə, məntəqə
seçki komissiyasının sədri topa halında seçki bülletenlərini seçki qutusuna şəxsən
doldurur.
113 saylı Şəki şəhər seçki dairəsinin 9
saylı seçki məntəqədən müşahidəçi Cavid Əliyevin verdiyi məlumata görə, seçicilərin
barmaqlarının boyanması üçün mürəkkəb yoxdur. Bu seçki məntəqəsində başqa
rayonlarda qeydiyyatda olan şəxslərin səs verməsinə imkan yaradılır, karusel əməliyyatı
həyata keçirilir.
61 saylı Neftçala seçki dairəsindən Adil Əjdəroğlunun
verdiyi məlumata görə, bu dairənin 2, 3, 4, 5 və 6 saylı məntəqələrində kütləvi
qanun pozuntularına və saxtakarlıqlara yol verilir. Müşahidəçilərin seçki
prosesini izləməsinə imkan verilmir. Seçki qutularına topa şəkildə bülletenlər
atırlar. 6 saylı seçki məntəqəsində məntəqə seçki komissiyasının işində seçki
komissiyasının üzvü olmayan şəxs iştirak edir.
34 saylı Xətai ikinci secki dairəsinin 15
saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Ceyhun Babayevin
verdiyi məlumata görə, karusel əməliyyatı həyata keçirilir. Məşvərətçi səs
hüquqlu komissiya üzvünün barmağa mürəkkəb vurulması prosesini müşahidə etməsinə
imkan verilmir.
34 saylı Xətai ikinci seçki dairəsinin 4
saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Elnur Məcidlinin
verdiyi məlumata görə, barmağında mürəkkəb olan seçicilər təkrarən bu məntəqədə
səs verməyə buraxılıblar. Elnur Məcidlinin seçki komissiyasının işində iştirak
etməsinə imkan verilməyib, o, polis vasitəsilə məntəqədən çıxarılacağı ilə hədələnib.
10 saylı Binəqədi seçki dairəsindən səlahiyyətli
nümayəndə Akif Babayevin verdiyi məlumata görə dairənin 31, 33, 34 saylı məntəqələrində
seçki bülletenləri kütləvi şəkildə seçki qutularına atılır. Karusel əməliyyatı
həyata keçrilir
54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8
saylı məntəqəsində müşhahidəçi Nazir Adıgözəlovun verdiyi məlumata görə, 3 nəfərlik
qrup 8 seçici əvəzinə səs verib. YAP-ın nümayəndəsi Xankərəm Orucov karusel əməliyyatına rəhbərlik edir.
91 saylı Ucar seçki dairəsinin 1 saylı məntəqəsindən
səlahiyyətli nümayəndə Fəzli Mehdiyevin verdiyi məlumata görə, o, “Azadlıq”
radiosunun əməkdaşı ilə birgə seçki məntəqəsinə daxil olan zaman başqa bir
otaqda seçki bülletenlərinin küncləri kəsilib seyfə qoyulmasının şahidi olub.
Bu məntəqədə seçki qutusuna topa şəkildə seçki bulletenləri atilir.
27 saylı Sabunçu birinci seçki dairəsinin
15 saylı məntəqəsindən müşahidəçi Teymur Kərimovun verdiyi məlumata görə, başqa
ünvanda qeydiyyatda olanlar bu məntəqədə səs verir. Bu məntəqədə seçki
qutularına topa şəkildə seçki bülletenləri atılır.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder