Əlaqə
Popüler Yayınlar
- Bakıda vəhhabi əməliyyatı
- İslamçıların məhkəməsi: Sabah 4 islamçı fəalın məhkəməsi keçiriləcək
- İçərişəhər “Cümə” məscidi dini icması və DEVAMM “Qarabağ və Qüdsü Unutma!” adlı konfrans keçirdi
- Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycanda döyüşmək üçün hazırlıq hesab edirlər
- “Biz hicabla da öndə olmağı bacarırıq və bununla fəxr edirik” Məktəblinin hicabı
- Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi
- Vətənimiz
- Azərbaycanda satılan bu dərmanlar bəla ola bilər
19 Şubat 2013 Salı
Xırdalanda evləri su basıb
Xırdalan şəhər H.Zərdabi küçəsi məhəllə 26-nın sakinləri özləri
demişkən az qala hər ailəyə bir qayıq almalı olacaqlar
Çünki yaşadıqları ünvanda kanalizasiya, çirkab sularının həyətyanı
sahələrə, evlərin içinə qədər dolması onların yaşayışını sözün həqiqi mənasında
dözülməz hala salıb. İndi biçarə sakinlər dizdən olan bu çirkab suların içində
övladlarını kürəklərinə alaraq, iş başına növbə ilə geyindikləri rezin çəkmələrlə
getməyə məcburdurlar. Deyirlər ki, hətta bir neçə sakin bu çirkab sularında
yıxılıb, ayağı sınıb, amma mövcud vəziyyət təcili tibbi yardım maşının əraziyə
daxil olmasına imkan verməyib. Çirkab suyunun istər ahıllar, istər gənc, istərsə
də uşaqlar üçün yaratdığı xəstəliklərsə heç şübhəsiz qaçılmazdır.Buradakı vəziyyətin
ələxüsus yağış yağanda daha da acınacaqlı hala düşdüyünü deyən sakinlər evlərinə
çay kimi axan suyun qarşısını nə vedrə ilə, nə də qabla ala bildiklərini dedilər.
Bənzər vəziyyət qonşu küçələrdə də yaşanırdı. Yəni hərə bir
rezin çəkmədə, ya da gedəcəyi yer üçün şəxsi avtomobilində bu suları yara-yara
addımlayırdı. 26-ci məhəllə sakinlərinin dərdini Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr
departamentinin rəisi Anar Cəbrayıllı ilə bölüşdük. Departament rəisi bildirdi
ki, sözügedən ünvandakı vəziyyətdən xəbərdardılar. Mövcud vəziyyətə səbəbsə ərazidəki
xətlərin köhnə olması, üstəlik ətrafda tikilən göydələnlərin ümumi kanalizasiya
xəttinə qoşulmasıdır. Buna görə də suyu çəkməyə nasosların gücü çatmır. A.C.
bildirdi ki, bütün bu problemlər nəzərə alındığından hələ ötən ilin sonlarından
Xırdalanda çirkab sularının qarşısının alınması üçün layihə hazırlanıb. Hazırda
icrası həyata keçirilən layihəyə əsasən adıçəkilən ərazilərdəki kanalizasiya
suları əvvələr Hövsana axıdılırdısa, indi Lökbatan qəsəbəsində tikiləcək təmizləyici
qurğuya istiqamətlənəcək. 7 km uzunluğunda olan tunel tipli kanalizasiya xətti
həm Masazır, həm də Xırdalan şəhər ərazisindəki çirkab sularını aradan
qaldıracaq. Layihənin tam başa çatacağı tarix 2014-cü ildir.
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.